İcra edilmiş Tədbirlər (2013):
Proqram
MƏLUMAT
- Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamına uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Ağ ciyərdən kənar vərəmin diaqnostika və müalicəsi” üzrə klinik protokol işlənib hazırlanmışdır. Adı çəkilən protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 23 iyun 2014-ci il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir
- Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamına uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Ağ ciyər vərəmin kompleks müalicəsində cərrahi müdaxilənin tədbiqi" üzrə klinik protokol işlənib hazırlanmışdır. Adı çəkilən protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir
KİÇİK HESABAT
Ağciyərdən kənar vərəmin diaqnostika və müalicəsi üzrə klinik protokol:
Protokol həkim-ftiziatrlar, ilkin səhiyyə həkimləri, ağciyərdən kənar orqanların vərəmi problemləri ilə məşğul olan ixtisas həkimləri, səhiyyə təşkilatçıları və rəhbərləri üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: ağciyərdən kənar vərəm xəstəliyi olanlar.
Protokol ACKV xəstələrinin diaqnostikası və müalicə üsullarına dair sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tədbiqi üzrə klinik protokol:
Protokol vərəmlə mübarizə sahəsində çalışan aşağıda ğöstərilən tibb işçiləri üçün nəzərdə tutulur: həkim-ftiziatrlar, cərrahlar və anestezioloq - reanimatoloqlar.
Pasiyent qrupu: vərəm xəstəliyi olan şəxlər
Protokol vərəm xəstələrinin kompleks müalicəsində vaxtında və keyfiyyətli cərrahi müdaxilə üsullarının düzgün tətbiqi üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
ƏTRAFLI HESABAT
Ağciyərdən kənar vərəmin diaqnostika və müalicəsi üzrə klinik protokol
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d. Tərtibçilər: E.Məmmədbəyov Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının mumdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftiziatrı, professor, t.e.d.
İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm üzrə direktor müavini, t.f.d. İ.Qasımov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, elm üzrə ftiziatriya bölməsinin müdiri, t.f.d. T.Əhmədov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Konsultativ-Poliklinika şöbəsinin həkim-uroloqu, t.f.d. R.Məhərrəmova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ağciyərdən Kənar Orqanların Vərəmi şöbəsinin müdiri
N.Hətəmova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Konsultativ-Poliklinika şöbəsinin həkim-oftalmoloqu
M.Qurbanova Bakı Şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli Vərəm Əleyhinə Dispanserin Uşaq şöbəsinin müdiri, ftiziatr-pediatr X.Əliyeva Bakı Şəhər Baş Səhiyyə İdarəsi 4 nömrəli Vərəm Əleyhinə Dispanserin Meningit şöbəsinin həkim-ftiziatrı F.Hüseynov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin baş inspektoru (vərəm üzrə) İ.Əlizadə Səhiyyə Nazirliyi Ictimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti
Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tədbiqi üzrə klinik protokol
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d. Tərtibçilər: E.Məmmədbəyov Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftiziatrı, professor, t.e.d.
İ.Axundova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm üzrə direktor müavini, t.f.d. İ.Qasımov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun II terapiya şöbəsinin müdiri, t.f.d. F.Məcidov Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitunun Ftizio Cərrahiyə bölməsinin aparıcı elmi işçisi, t.e.d İ.Məmmədov Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitunun Ağciyər Vərəm İrinli Cərrahiyə şöbəsinin müdiri N.Murquzova Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitunun Ftiziatriya bölməsinin aparıcı elmi işçisi, t.f.d. K.Əliyev Elmi-Tətqiqat Ağciyər Xəstəlikləri İnstitunun Ftizio Cərrahiyə bölməsinin müdiri, t.e.d. G.Hüseynova İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin müdiri
Coğrafi əhatə: Ölkə üzrə;
Əhali kateqoriyası: 5 yaşadək; 6-18 yaş; 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: İSİM;
Təşkilatçılar: Rahib Məmmədov;
Koordinatorlar: Şəhla İsmayılova;
Kuratorlar: Rahib Məmmədov;