İcra edilmiş Layihələr (2014):
Tədbirin adı
Proqram
Proqram
KİÇİK HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) UNİCEF-in dəstəyi ilə “Pnevmokokk peyvəndinin Azərbaycanda tətbiqi ilə bağlı sosial mobilizasiya tədbirləri” layihəsi çərçivəsində :
- 25 aprel 2014-cü il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Bakı şəhərində yerləşən 23 uşaq poliklinikasının peyvənd otaqlarında fəaliyyət göstərən 60 orta tibb işçisi üçün "Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması" mövzusunda təlim keçirtdi.
- 27 may 2014-cü il tarixində İSİM-in həkimləri tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasında Quba rayonunda fəaliyyət göstərən 45 pediatr üçün "Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması" mövzusunda təlim keçirildi.
- 23 iyun 2014-cü il tarixində Gəncədə İSİM-in həkimləri tərəfindən Gəncə Şəhər Səhiyyə İdarəsinin dəstəyi ilə 65 pediatr üçün "Pnevmokokk əleyhinə 10 valentli konyuqasiya olunmuş vaksinin tətbiqi, istifadəsinə dair əks-göstərişlər, təhlükəsizliyi, saxlanması, peyvəndin vurulması" mövzusunda təlim keçirildi.
- İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və UNİCEF tərəfindən “Pnevmokokk peyvəndinnin Azərbaycanda tətbiqi ilə bağlı sosial mobilizasiya tədbirləri” layihəsi çərçivəsində “Pnevmokokk” adlı kitabça tərtib və çap olundu. Respublikanın bütün peyvənd otaqlarında işləyən tibb işçilərinə, 10 valentli konyuqasiya olunmuş vaksin ilə birgə REM tərəfindən həmin kitabçalar da paylanıldı və tibb müəssisələrinin işçiləri Pnevmokokk vaksinini uşaqlara vuranda valideynlərə məlumat verdikdə həmin bukletdən istifadə edirdilər.
- İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və UNİCEF tərəfindən Bakı şəhərində yerləşən 5, 10, 12, 13 və 15 nömrəli poliklinikalarda, Quba rayonu və Gəncə şəhərində uşaqlarına “Pnevmokokk” vaksinini vurdurmaq üçün müraciət edən valideynlər üçün maarifləndirmə görüşləri keçirildi və valideynlərə Pnevmokokk peyvəndinin Azərbaycanda tətbiqi ilə bağlı məlumat verildi. Həmin poliklinikalarda, Quba və Gəncədə valideyinlər arasında sorğu aparılıdı. Tərtib olunmuş sorğu vərəqəsi vasitəsi ilə valideynlərarası informasiya materiallarının faydasının və informativliyinin monitorinqi aparıldı. Sorğuda Bakı-da 500, Qubada -250, Gəncədə isə -255 valideyin iştirak etdi.
- İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) UNİCEF-in dəstəyi ilə “Pnevmokokk peyvəndinin Azərbaycanda tətbiqi ilə bağlı sosial mobilizasiya tədbirləri” layihəsi çərçivəsində 25 iyun 2014-cü il tarixində Gəncədə Kəpəz TV kanalında verilişin təşkil edilmiş və geniş əhaliyə 10 valentli konyuqasiya olunmuş vaksinin faydası barədə məlumatları veriliş vasitəsilə çatdırılmışdır.
ƏTRAFLI HESABAT
Coğrafi əhatə: Bakı; Gəncə; Quba;
Əhali kateqoriyası: 19-30 yaş; 31-50 yaş; 51-65 yaş;
İcraçılar: İSİM; RGEM; UNICEF;
Təşkilatçılar: Aysel Hacıyeva; Səbinə Babazadə; Şəhla İsmayılova;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;