İcraatda olan Layihələr (2014):
Proqram
MƏLUMAT
Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının yaxşılaşdırılması məqsədilə həyata keçirilən dispanserizasiyanın monitorinqinin aparılması üçün 2014-cü ilin sonunadək Bakı şəhərində 50 orta ümumtəhsil məktəbinin 1000 şagirdi, habelə 400 valideyn və 50 pediatr arasında sorğunun aparılması, eləcə də valideynlərin və pediatrların iştirakı ilə 5 fokus qrup müzakirəsinin keçirilməsi, sorğu nəticələri əsasında hesabatın hazırlanması planlaşdırılır.
KİÇİK HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi, eləcə də uşaqların sağlamlığı və sağlamlığına təsir edən risk amilləri üzrə məlumatların toplanması məqsədilə 2014-cü ilin noyabr-dekarb aylarında Bakı şəhərinin orta ümumtəhsil məktəbinin şagirdləri, valideynlər və həkim-pediatrlar arasında sorğu keçirilmişdir. Sorğuda ümumilikdə 50 orta məktəbin 1000 6-10-cu sinif şagirdi, 400 valideyn və 5 rayon poliklinikalarının 50 həkim-pediatrı iştirak etmişdir. Sorğunun keçirilməsi üçün 3 müxtəlif sorğu vərəqəsi hazırlanmış və sınaqdan keçirilmişdir. Uşaqlar üçün sorğu vərəqəsi uşaqlar son bir il ərzində həkimə müraciətləri, keçdiyi müayinələr, həkim tərəfindən alınan təyinat və tövsiyələr barədə sualları, eyni zamanda uşaqların qidalanması, fiziki fəallığı və idmanlar məşğuliyyəti, sağlamlıq məsələləri üzrə məlumatlılıq səviyyəsi üzrə sualları əhatə edir. 15 yaşdan yuxarı uşaqlardan eyni zamanda zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərdən və narkotiklərdən istifadə) və reproduktiv sağlamlıq üzrə məlumatlar toplanılmışdır. Valideynlər üçün hazırlanan sorğu vərəqəsi valideynlərin dispanserizasiya haqqında məlumatlılığını, uşaqları keçdiyi həkim müayinələri və aldığı həkim tövsiyələri, aldığı peyvəndlər haqqında suallar, uşaqların qidalanması və fiziki fəallığı məsələlərini əhatə edir. Həkim-pediatrlar üçün hazırlanan sorğu vərəqəsinə pediatrların icbari dispanserizasiyanın keçirmə qaydaları üzrə bilik səviyyəsi, onların dispanserizasiyaya cəlb olunub-olunmaması və dispanserizasiya zamanı hansı müayinələrin apardıqları və təyinatların verdikləri barədə suallar daxil edilmişdir. Belə bir sorğunun keçirilməsi rəsmi statistik məlumatlarla yanaşı digər mənbələrdən, yəni uşaqlar, valideynlər və həkimlərdən alınan məlumatlar əsasında uşaqların icbari dispanserizasiyası və sağlamlığı ilə bağlı vəziyyətin öyrənilməsinə imkan yaradır. Sorğu nəticəsində toplanılan məlumatlar təhlil ediləcək və yekun hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Eyni zamanda bu mövzuda (uşaqların sağalamlığı və uşaqların icbari dispanserizasiyası) valideynlər və pediatrlarla mütəxəssislərin iştirakı ilə fokus-qrup müzakirələr həyata keçirilmiş və tərəfləri maraqlandıran məsələlər və suallar müzakirə və təhlil edilmişdir.
ƏTRAFLI HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi, eləcə də uşaqların sağlamlığı və sağlamlığına təsir edən risk amilləri üzrə məlumatların toplanması məqsədilə 2014-cü ilin noyabr-dekarb aylarında Bakı şəhərinin orta ümumtəhsil məktəbinin şagirdləri, valideynlər və həkim-pediatrlar arasında sorğu keçirilmişdir. Sorğuda ümumilikdə 50 orta məktəbin 1000 6-10-cu sinif şagirdi, 400 valideyn və 5 rayon poliklinikalarının 50 həkim-pediatrı iştirak etmişdir. İlkin mərhələdə sorğunun keçirilməsi üçün 3 müxtəlif sorğu vərəqəsi hazırlanmış və sınaqdan keçirilmişdir. Uşaqlar üçün sorğu vərəqəsi uşaqlar son bir il ərzində həkimə müraciətləri, keçdiyi müayinələr, həkim tərəfindən alınan təyinat və tövsiyələr barədə sualları, eyni zamanda uşaqların qidalanması, fiziki fəallığı və idmanlar məşğuliyyəti, sağlamlıq məsələləri üzrə məlumatlılıq səviyyəsi üzrə sualları əhatə edir. 15 yaşdan yuxarı uşaqlardan eyni zamanda zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərdən və narkotiklərdən istifadə) və reproduktiv sağlamlıq üzrə məlumatlar toplanılmışdır. Valideynlər üçün hazırlanan sorğu vərəqəsi valideynlərin dispanserizasiya haqqında məlumatlılığını, uşaqları keçdiyi həkim müayinələri və aldığı həkim tövsiyələri, aldığı peyvəndlər haqqında suallar, uşaqların qidalanması və fiziki fəallığı məsələlərini əhatə edir. Həkim-pediatrlar üçün hazırlanan sorğu vərəqəsinə pediatrların icbari dispanserizasiyanın keçirmə qaydaları üzrə bilik səviyyəsi, onların dispanserizasiyaya cəlb olunub-olunmaması və dispanserizasiya zamanı hansı müayinələrin apardıqları və təyinatların verdikləri barədə suallar daxil edilmişdir. Belə bir sorğunun keçirilməsi rəsmi statistik məlumatlarla yanaşı digər mənbələrdən, yəni uşaqlar, valideynlər və həkimlərdən alınan məlumatlar əsasında uşaqların icbari dispanserizasiyası və sağlamlığı ilə bağlı vəziyyətin öyrənilməsinə imkan yaradır.
Növbəti mərhələdə Təhsil Nazirliyindən razılıq əldə etdikdən sonra, Bakı şəhərinin 11 rayonunda fəaliyyət göstərən 318 orta ümumtəhsil məktəbindən 50 məktəb sistematik seçmə üsulu ilə müəyyən edilmişdir. Eyni zamanda sorğu vərəqələsi üzrə sahə işləri heyəti üçün təlim keçirilmiş və sorğunun aparılması qaydaları izah edilmişdir. Təlimdən sonra intevüyerlər və supervayzerlər 5 komanda üzrə bölüşdürülmüş, hər komanda üçün seçilmiş məktəblərdən 10 məktəb müəyyən edilmiş və komandaların iş qrafiki planlaşdırılmışdır. Sorğunun keçilməsindən öncə məktəblərdə valideynlərin və şagirdlərin məlumatı üçün elan yerləşdirilmişdir. Sorğuda iştirak həm şagirdlər, həm valideynlər üçün anonim və könüllü şəkildə təşkil edilmişdir.
Sorğunun sahə işləri dekabrın 10-dan başlamışdır. Sorğu zamanı uşaqların çəkisi və boyu da ölçülmüşdür.
Sorğu nəticəsində toplanılan məlumatlar təhlil ediləcək və yekun hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Eyni zamanda bu mövzuda (uşaqların sağalamlığı və uşaqların icbari dispanserizasiyası) valideynlər və pediatrlarla mütəxəssislərin iştirakı ilə fokus-qrup müzakirələr həyata keçirilmiş və tərəfləri maraqlandıran məsələlər və suallar müzakirə və təhlil edilmişdir.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası: 6-18 yaş; 19-30 yaş; 31-50 yaş; 51-65 yaş;
İcraçılar: İSİM;
Təşkilatçılar: Töhfə Cəmilova; Nabil Seyidov;
Koordinatorlar: Töhfə Cəmilova;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi üçün Bakı şəhərində sorğunun aparılması barədə (pdf)