İcraatda olan Layihələr (2014):
Proqram
MƏLUMAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin araşdırılması üçün sorğu həyata keçirilmişdir.
KİÇİK HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin, ailədə qadınların səlahiyyətləndirilməsi və onların bu baxımdan səhiyyə xidmətlərindən istifadə imkanlarının öyrənilməsi məqsədi ilə 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş qadınlar arasında sorğu həyata keçirilmişdir. Sorğuda Lənkəran, Füzuli, Şəmkir və Beyləqan rayonlarında ümumilikdə 400 qadın iştirak etmişdir. Sorğu zamanı toplanmış məlumatlar əsasında yekun hesabat hazırlanacaq və nəticələr keçiriləcək dəyirmi masa zamanı təqdim və müzakirə olunacaq.
ƏTRAFLI HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin, ailədə qadınların səlahiyyətləndirilməsi və onların bu baxımdan səhiyyə xidmətlərindən istifadə imkanlarının öyrənilməsi məqsədi ilə tibb müəssisələrinə müraciət edən 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş qadınlar arasında sorğu həyata keçirilmişdir.
Sorğunun ilkin (hazırlıq) mərhələsində sorğunun məqsədi, dizaynı, əhatə dairəsi (regionlar) və hədəf əhalisi (18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş qadınlar) müəyyən edilmişdir. Demografiya və Sağlamlıq Sorğusu 2011-in nəticələrinə əsasən qadınların ailədə səlahiyyətləndirilməsi ilə bağlı göstəricilərin regionlar üzrə müqayisəsi əsasın hazırkı sorğunun Lənkəran, Füzuli, Şəmkir və Beyləqan rayonlarında keçirilməsi qərarlaşdırılmışdır. Sorğunun ümumilikdə 4 rayon üzrə 400 qadın arasında keçirilməsi müəyyən edilmişdir.
Növbəti mərhələdə sorğu vərəqəsi hazırlanmışdır. Sorğu vərəqəsinin əsasını Demografiya və Sağlamlıq Sorğusunun sorğu vərəqəsi, digər ölkələrdə məişət zorakılığı üzrə araşdırımalarda istifadə olunan sorğu vərəqələri və Ailə, qadın, uşaq Komitəsi tərəfindən təklif olunan suallar təşkil etmişdir.
Sorğu vərəqəsi işlənib hazırlandıqdan sonra Bakıda sınaqdan keçirilmişdir. Sınaq nəticəsində sorğu vərəqəsi təkmilləşdirilmişdir. Bundan sonra sorğunun sahə işləri üzrə heyyət müəyyən edilmişdir və həmin heyyət üçün sorğu vərəqəsi, sorğunun təşkili və keçirilmə qaydaları üzrə bir günlük təlim təşkil olunmuşdur. Eyni zamanda sorğunun keçirilməsi və bununla bağlı əməkdaşlıq və şəraitin yaradılmasına dair məktublar 4 rayonun Mərkəzi Rayon Xəstəxanalarının baş həkimlərinə göndərilmiş və onlarla əvvəlcədən telefon əlaqəsi yaradılmışdır.
Sorğunun sahə işçi heyyəti 2 komandaya bölünmüşdür: hər komandada 2 intervüyer və 1 supervayzer. Birinci komanda sorğunu Lənkəran və Beyləqan rayonlarında, ikinci komanda isə Şəmkir və Füzuli rayonlarında həyata keçirmişdir.
Sorğunun sahə işləri noyabr ayının 11-dən 15-dək həyata keçirilmişdir. Rayonlarda komandalar üçün tibb müəssisələrində bütün lazımi şərait yaradılmışdır. İntürvüyerlər sorğuları keçirdikdən sonra sorğu vərəqələrini bir daha yoxlayıb supervayzerlərə yoxlama üçün təhvil verirdilər. Sahə işləri ilə parallel olaraq sorğu vərəqəsi əsasında məlumat bazası yaradılmışdır.
Noyabrın 17-də bütün doldurulmuş sorğu vərəqələri İSİM-ə çatdırılmış və supervayzerlər tərəfindən bir daha yoxlanılıb, hesablanandan sonra operatora təhvil verilmişdir. Noyabr ayının 17-dən 26-dək sorğu vərəqələrindəki məlumatlar elektron məlumat bazasında daxil edilmişdir.
Coğrafi əhatə: Beyləqan; Füzuli; Lənkəran; Şəmkir;
Əhali kateqoriyası: 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: BƏŞ; İSİM;
Təşkilatçılar: Töhfə Cəmilova; Aynurə Rəşidova; Lütfi Qafarov; Tofiq Musayev;
Koordinatorlar: Töhfə Cəmilova;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu. (pdf)