Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsi ilə geniş təbliğ edilməsi üçün KİV-də, radio və televiziya kanallarında mütəxəssisərin çıxışlarının təşkili
Proqram
Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 6 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının” həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.2 bəndinə əsasən gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsi ilə geniş təbliğ edilməsi üçün KİV-də, radio və televiziya kanallarında “İdman və sağlamlıq” mövzusunda mütəxəssislərin çıxışlarının təşkili İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə edilib.
Bu məqsədlə idman və sağlamlıq mövzularını özündə əks etdirən çıxışların Azərbaycan Dövlət Televiziyasının “Səhər” proqramında İSİM tərəfindən təşkil edilməsi təklif olunur.
KİÇİK HESABAT
2014-cü ilin noyabr ayından etibarən İSİM tərəfindən Azərbaycan Televiziyasının “Səhər” musiqi-informasiya proqramı ilə əməkdaşlığa başlanıldı. Proqram çərçivəsində “Şəkərli diabetin profilaktikası” mövzusunda və “Sağlam həyat tərzi səhər yeməyindən başlayır” adlı diabet gününə həsr edilmiş tədbir haqda , “Uşaq qidalanması və dispanserizasiya”, “Tütünçəkmənin zərərləri” , “Arterial təzyiq, maqnit dalğalarının insan orqanizminə təsiri” , “İdmançıların qida rasionu” mövzularında İSİM-in əməkdaşları və 5 saylı şəhər klinik xəstəxanasının həkimi çıxış ediblər.
ƏTRAFLI HESABAT
12.04.2014-cü il tarixdə Bakının Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına Parkda “Fiziki aktiv ol, idmana başla! Həyatına rəng qat və sağlam yaşa!” şüarı altında Gənclər və İdman Nazirliyi, İSİM, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatları tərəfindən keçirilən və “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan “Sağlamlığını qoru” mədəni-kütləvi aksiya ilə bağlı AzTV-nin “MAG” verilişində reportajda İSİM-in əməkdaşı tərəfindən müsahibə verildi. Aksiya barədə KİV-də xəbərlər yayımlanıb, “Zerkalo” qəzetində reportaj çap olunub. http://www.zerkalo.az/2014/k-zdorovyu-cherez-fizicheskuyu-aktivnost/