İcraatda olan Layihələr (2014):
Proqram
KİÇİK HESABAT
- Oktyabr ayında Ucar rayon İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları və Ucar rayonunda Ümidli Gələcək təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyilə yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaqlar üçün Ucar Regional Sosial Reabilitasiya Mərkəzinin” əməkdaşları üçün 2 günlük təlim kursu təşkil edilmidir.
- Noyabr ayının 17-18 tarixlərində Ucar, Kürdəmir, Göyçay, Zərdab, Hacıqabul, Yevlax və Ağdaş rayonlarının İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölmələrinin, əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları, mərkəzi rayon xəstəxanalarının həkimləri və məktəb müəllimləri və psixoloqları üçün 2 günlük təlim kursu da təşkil edilmişdir.
- Təlimlər zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış plakat, buklet, habelə İSİM tərəfindən 2013-cü ildə hazırlanmış praktik tövsiyələr paylanmışdır.
- İlin sonunadək isə məişət zorakılığının profilaktikası və məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, psixoloji, hüquqi və sosial işin aparılmasına dair Metodik tövsiyələr Toplusunun hazırlanması və çapı da nəzərdə tutulub.
ƏTRAFLI HESABAT
Xüsusilə də, qadınlara və uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara və uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq İSİM tərəfindən artıq əməli işlər aparılır və bir sıra əhəmiyyətli layihə və tədbirlər icra edilmiş, yenilərinə isə start verilmişdir.
2014-cü ilin oktyabr ayından başlanmış yeni layihənin əsas məqsədi məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrlə psixoloji, sosial və tibbi yardım işini aparan müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlarının, o cümlədən, polislər, həkimlər, sosial işçilər, psixoloqlar, müəllimlərin, bilik və bacarıqlarının genişləndirilməsidir. Layihə çərçivəsində artıq oktyabr ayında Ucar rayon İcra hakimiyyəti nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları və Ucar rayonunda Ümidli Gələcək təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyilə yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaqlar üçün Ucar Regional Sosial Reabilitasiya Mərkəzinin” əməkdaşları üçün 2 günlük təlim kursu təşkil edilmidir. Bununla yanaşı noyabr ayının 17-18 tarixlərində Ucar, Kürdəmir, Göyçay, Zərdab, Hacıqabul, Yevlax və Ağdaş rayonlarının İcra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının, polis idarələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölmələrinin, əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları, mərkəzi rayon xəstəxanalarının həkimləri və məktəb müəllimləri və psixoloqları üçün 2 günlük təlim kursu da təşkil edilmişdir. Bu təlim proqramı vasitəsilə 40 nəfər məişət zorakılığının profilaktikası, habelə məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrlə reabilitasiya işinin əsaslarına yiyənməşdir.
Təlimlər zamanı iştirakçılara layihə çərçivəsində hazırlanmış plakat, buklet, habelə İSİM tərəfindən 2013-cü ildə hazırlanmış praktik tövsiyələr paylanmışdır. İlin sonunadək isə məişət zorakılığının profilaktikası və məişət zorakılığına məruz qalmış şəxslərlə tibbi, psixoloji, hüquqi və sosial işin aparılmasına dair Metodik tövsiyələr Toplusunun hazırlanması və çapı da nəzərdə tutulub.
Coğrafi əhatə: Ağdaş; Bakı; Göyçay; Hacıqabul; Kürdəmir; Ucar; Yevlax; Zərdab;
Əhali kateqoriyası: 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: İSİM;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova; Nabil Seyidov;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;