İcra edilmiş Tədbirlər (2014):
Proqram
KİÇİK HESABAT
Oktyabr ayında İSİM və Ümidli Gələcək təşkilatı tərəfindən Ucar rayonu İcra hakimiyyətinin iclas zalında Ucar rayon İcra hakimiyyəti nəzdində yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiya və Ucarda yaradılmış Regional Reabilitasiya Mərkəzinin əməkdaşları üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təiimdə 10 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir.
Oktyabr ayında həmçinin Ucar rayon İcra Hakimiyyətinin konfrans zalında yerli dövlət qurumları, o cümlədən, gənclər və idman idarəsi, mərkəzi xəstəxana, təhsil idarəsi, polis idarəsi, əhalinin sosial müdafiəsi mərkəzi, yerli QHT-lər və həkimlər üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təiimdə 25 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir.
Noyabr ayının 17-18 Ucar rayon İH-nin konfrans zalında Hacıqabul, Yevlax, Ağdaş, Kürdəmir, Göyçay və Zərdab rayonlarının yerli dövlət qurumları, o cümlədən, gənclər və idman idarəsi, mərkəzi xəstəxana, polis idarəsi, təhsil idarəsi, əhalinin sosial müdafiəsi mərkəzi, yerli QHT-lər və həkimlər üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təlimdə 30 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir.
Təlimlərin iştiakçılarına məişət zorakılığına dair İSİM tərəfindən hazırlanmış buklet, plakat və həmçinin praktik tövsiyələr kitabçası paylanmışdır.
Coğrafi əhatə: Ağdaş; Göyçay; Hacıqabul; Kürdəmir; Ucar; Yevlax; Zərdab;
Əhali kateqoriyası: 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: İSİM;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- “Məişət zorakılığına məruz qalmış şəxslərə tibbi-psixoloji yardımın göstərilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə Ucar və Ucar ətrafı rayonlarda təlimlərin keçirilməsi (pdf)