İSİM-də ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın Azərbaycanda tətbiqinə dair seminar
Proqram
Ana və uşaqların sağlamlığını yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı
MƏLUMAT
2-3 mart 2017-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə ana və uşaq sağlamlığının inteqrasiyasına, ana və uşaq ölümünün səviyyəsinin azaldılmasına yönəlmiş 2 günlük seminar təşkil olundu.
KİÇİK HESABAT
Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyasının, ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin, BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin, BMT-nin Uşaq Fondunun (UNİCEF), ölkənin bütün perinatal mərkəzlərinin və bir neçə tibb müəssisəsinin nümayəndələrinin iştirakı ilə ana ölümlərinin qarşısının alınması və həmçinin azaldılmasında xüsusi əhəmiyyətə malik olan “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasının Azərbaycanda geniş tətbiqi müzakirə olundu. Bu metodologiyanın Azərbaycanda tətbiqi üçün texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi olaraq ÜST-nin Avropa Regional Bürosunun Seksual və Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane və ekspert cənab Steilian Xodorogea dəvət olunmuşdular.
ÜST-nin Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nın Avropa Regionunda tətbiqi və Avropa Regionunda ana sağlamlığı və 2017-2021-ci illər üçün seksual və reproduktiv sağlamlığın yaxşılaşdırılması üzrə Avropa Planı haqqında seminar iştirakçılarını məlumatlandırdı.
Seminarın yekununda İSİM-in direktoru adı çəkilən metodologiyanın tətbiqinin ölkəmiz üçün ana və uşaq ölümünün səviyyəsinin azaldılmasında böyük əhəmiyyət kəsb etdiyini deyərək, ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması, komanda işinin peşəkarlığının da olduqca önəmli olduğunu vurğuladı. “Bu baxımdan sözügedən seminar yerli mütəxəssislərimizin “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasını öz fəaliyyətlərində tətbiq etmələri üçün bir başlanğıc platformasıdır və seminar nəticəsində iştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqlara yiyələndilər”, – deyə direktor nitqini yekunlaşdırdı.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; ÜST;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova; Nabil Seyidov; İnarə Makayeva;