İcra edilmiş Tədbirlər (2017):
Proqram
MƏLUMAT
18-19 yanvar tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə təşkil olunmuş “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ÜST, UNFPA, UNİCEF, Qızıl Aypara Cəmiyyəti və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün ÜST-in beynəlxalq ekspertlərinin iştirakı ilə ikigünlük seminar keçirildi.
KİÇİK HESABAT
Avropada və digər ölkələrdə həyata keçirilən və uşaqların sağlamlığının təşviqinə dəstək verən tədqiqatın Azərbaycanda da tətbiq edilməsi üçün təşkil olunmuş bu seminar Azərbaycanda uşaqların vəziyyətinə dair aparılmış sorğuların nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmaq və uşaqların sağlamlığının qorunması yolunda Azərbaycanda həyata keçirilməsi düşünülən bu tədqiqatın iş strukturunu müzakirə etməyə yönəlmişdi.
Tədbiri İSİM-in direktoru Ceyhum Məmmədov iştirakçıları və qonaqları salamlamaqla açaraq ölkəmizdəki uşaqların sağlamlıqlarına dövlət tərəfindən göstərilən diqqətdən danışdı.
Seminarın birinci günündə tədbir iştirakçılarını ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində əldə olunmuş nailiyyətlər barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov məlumatlandırdı. O, uşaqların sağlam qidalanması, sağlam davranışları, dispanserizasiya və reproduktiv sağlamlıqla bağlı keçirilmiş sorğuların nəticələrini iştirakçıların diqqətinə çatdırdı.
Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber iştirakçılara ÜST-nin Uşaq və yeniyetmələrin sağlamlığı (HBSC CAH) strategiyası baxımından Azərbaycandakı ilkin vəziyyət və strategiya üçün əhəmiyyətli faktlar, Latviyanın Xəstəliklərə Nəzarət Mərkəzinin İctimai Səhiyyənin təhlili üzrə baş mütəxəssisi, ÜST-nin beynəlxalq eksperti İveta Pudele isə "Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu" şəbəkəsi və onun 2016-cı ilə dair beynəlxalq hesabatı haqqında geniş məlumat verdi.
Yekunda beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunmuş iki günlük bu tədbirin həm qonaqların, həm də yerli mütəxəssislərin təcrübələrinin artırılmasında böyük töhfə olduğu bildirildi və Azərbaycanın ÜST-nin “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinə daxil olması üçün piot monitorinqin keçirilməsi qərara alındı.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; ÜST;
Təşkilatçılar: Rauf Məmmədov; Rahib Məmmədov; Rüfət Rəhimov; Lütfi Qafarov; Səbinə Babazadə; Tofiq Musayev; Qəhrəman Haqverdiyev; İnarə Makayeva; Şəhla Mirzəzadə; Ayşəm Balayeva; Samir Mehdiyev; Raisa Əhmədova; Səlmi Əliyeva; Lətafət Dadaşova; Xatirə Hüseynova; Ceyhun Məmmədov;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;