İSİM-in mütəxəssisləri tərəfindən QİX və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi
Proqram
"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planı
MƏLUMAT
2016-cı ilin 14-15 və 16-17 noyabr tarixlərində Mingəçevir şəhəri və Yevlax rayonunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssislərinin iştirakı ilə qeyri-infeksion xəstəliklər (QİX) və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi.
KİÇİK HESABAT
Son zamanlar səhiyyə sisteminin bütün səviyyələrində müşahidə olunan inkişaf, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin yüksək səviyyəli təmiri, təchizatı, müasir standartlara uyğun yeni tibb ocaqlarının yaradılması, ölkə üzrə tibbi yardımın təşkilinin təkmilləşdirilməsi, pilot olaraq regionlarda icbari tibbi sığortaya hazırlıq işlərinin görülməsi tibb işçilərinin ixtisas səviyyələrinin yüksəldilməsi məsələsini daha da aktual edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqi aparılan Mingəçevir şəhəri və Yevlax rayonunun Mərkəzi xəstəxanalarının ilkin səhiyyə səviyyəsində (İSX) çalışan həkimləri üçün 2016-cı ilin 14-15 və 16-17 noyabr tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssislərinin iştirakı ilə qeyri-infeksion xəstəliklər (QİX) və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi.
Təlimlərin əsas məqsədi İSX səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsi idi. Çünki səhiyyə xidmətləri QİX nəticəsində insanların səhhətinə dəyən zərəri aradan qaldırmağa çalışsa da, bu problemin həllində əhəmiyyətli nəticələr əldə etmək üçün məhz əhali ilə bilavasitə təmasda olan İSX-də çalışan tibb işçilərinin bilik və bacarıqları mühüm rol oynayır. Layihənin ilkin mərhələsində təlimlərə qeyd olunmuş regionlarda ilkin səhiyyə səviyyəsində çalışan 40 həkim cəlb olundu. Təlimlər zamanı ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin QİX-in profilaktikasında rolu, xəstə gəlişinin strukturu (anamnez, fiziki baxış, daxili orqanların vəziyyəti, müalicə planı və riskin azaldılması üçün profilaktik tədbirlər/məsləhətlər), insanın yaşına və cinsinə əsaslanan QİX-in risk faktorlarına aid profilaktik məsləhətlər; eləcə də bədən çəkisinin azaldılması, qidalanma, davranışın dəyişdirilməsi və s. məsələlərə xüsusi diqqət yetirildi.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM;
Təşkilatçılar: Nabil Seyidov; Lütfi Qafarov; Tofiq Musayev;