İSİM-in əməkdaşları "Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması" layihəsi çərçivəsində növbəti görüşdə
Proqram
Ana və uşaqların sağlamlığını yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı
MƏLUMAT
Səhiyyə Nazirliyinin göstərişi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) BMT-nin Əhali Fondu (UNFPA) ilə strateji araşdırmalar, strateji siyasətin işlənib hazırlanması və fövqəladə hallara hazırlıq sahələrində birgə əməkdaşlığı çərçivəsində “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsinin icrası məqsədilə 23 may 2016-cı il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Ağsu rayon mərkəzi xəstəxanalarının baş həkimlərinin müavinləri və mama-ginekoloqları, Şamaxı Diaqnostika Mərkəzinin müdir müavini və doğum şöbəsinin baş həkimin müavini, Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin baş inspektoru, Şamaxı RPŞ-nin İTB-nin rəisi, baş inspektoru və qurumun digər nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müdir müavini, şöbə rəisi və qurumun digər əməkdaşlarının iştirak etdiyi tədbir keçirildi.
KİÇİK HESABAT
23 may 2016-cı il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan bu tədbirdə Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Ağsu rayon mərkəzi xəstəxanalarının baş həkimlərinin müavinləri və mama-ginekoloqları, Şamaxı Diaqnostika Mərkəzinin müdir müavini və doğum şöbəsinin baş həkimin müavini, Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin baş inspektoru, Şamaxı RPŞ-nin İTB-nin rəisi, baş inspektoru və qurumun digər nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müdir müavini, şöbə rəisi və qurumun digər əməkdaşları iştirak etdilər.
Bu tədbirdə İSİM-i təmsil edən Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov layihə çərçivəsində keçirilən görüşün məqsədini açıqlayıb, fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması barədə görüş iştirakçılarına məlumatlar verdilər. Eyni zamanda görüş zamanı fövqəladə vəziyyətə düşmüş insanlara humanitar xidməti göstərən və təşkil edən əməkdaşlar arasında cinsi istismarın və kobud hərəkətlərin istisna edilməsi məqsədi ilə təklif olunan etik qaydalar da müzakirə olundu.