İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində İSİM və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 4 gün ərzində Gəncənin təhsil və tibb ocaqlarında, Gənclər Mərkəzlərində səhiyyənin aktual problemlərinə çevrilmiş mövzular ətrafında təlimlərin keçirildiyi "Sağlamlıq həftəsi" adlı kampaniya təşkil olundu.
KİÇİK HESABAT
2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində keçirilən "Sağlamlıq həftəsi" çərçivəsində İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, meneceri Elnarə Nuriyeva, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Rəhimov və Təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova Gəncə şəhərinə ezam olundular. İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər. Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər.
"Sağlamlıq həftəsi"-nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu.
Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi.
Coğrafi əhatə: Gəncə;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; Gənclər üçün Təhsil Mərkəzinin (GTM);
Təşkilatçılar: Rüfət Rəhimov; Elnarə Nuriyeva; Cəmilə Kərimova; Şəhla Mirzəzadə;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;