İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
İSİM-in əməkdaşları Bakı şəhərindəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının təşkilatçılığı ilə “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsindəiştirak etdi.
KİÇİK HESABAT
Azərbaycanda aparılan sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlardan biri də hal-hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni “sosial işçi” modeli yaranması üzrə işlərin aparılmasıdır. Bu məqsədlə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsini həyata keçirdi. “Sosial işçi” modeli insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığın təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib.
Təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olundu.
İSİM-in Səhiyyə Kommunikasiyası və İctimayyətlə Əlaqələr şöbəsinin əməkdaşı Ayşəm Balayeva və Səhiyyə Siyasəti ve İslahatlar şöbəsinin əməkdaşı Elmir Valehlinin iştirak etdiyi bu layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb və təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.
ƏTRAFLI HESABAT
Azərbaycanda aparılan sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlardan biri də hal-hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni “sosial işçi” modeli yaranması üzrə işlərin aparılmasıdır. Bu məqsədlə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsini həyata keçirdi. “Sosial işçi” modeli insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığın təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur. Təlimlər 05-08 aprel tarixlərində “Təlim metodları və sistemli yanaşma”, 26-29 aprel tarixlərində “Məişət zorakılığı”, 10-13 may tarixlərində “Ahıllar”, 17-20 may tarixlərində “Cəza çəkməkdən azad edilmiş şəxslər”, 7-10 iyun tarixlərində isə “Ailələr və uşaqlar” mövzularında keçirilib.
Təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olundu.
İSİM-in Səhiyyə Kommunikasiyası və İctimayyətlə Əlaqələr şöbəsinin əməkdaşı Ayşəm Balayeva və Səhiyyə Siyasəti ve İslahatlar şöbəsinin əməkdaşı Elmir Valehlinin iştirak etdiyi bu layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb və təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: ƏƏSMN; Avropa İttifaqı;
Təşkilatçılar: Ayşəm Balayeva; Elmir Valehli;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;