Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim
Proqram
Məişət zorakılığının qarşısının alınması üzrə Tədbirlər Planı
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı və BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) və İSİM-nin təşkilatçılığı ilə 6-10 iyun tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzində İSİM-nin nümayəndələrinin iştirakı ilə “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim”lər keçirilmişdir.
KİÇİK HESABAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı və BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) dəstəyi ilə 6 iyun 2016-cı il tarixdən etibarən İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim”lər başlanmışdır.
Təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş "Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 1.2.4 (2)-cü və 1.2.8 (1)-ci bəndlərinə uyğun olaraq İSİM-in mütəxəssisləri tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) dəstəyi ilə 2015-ci ildə tərtib edilmiş “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardım göstərən tibb işçiləri üçün metodik vəsait”- in üzərində qTürkiyədən olan beynəlxalq mütəxəssislərin: Başkent Universitetinin BÜKÇAM-in direktoru Ayşe Akın və Ezgi Türkçelikin iştirakı ilə həyata keçirilən təlimlər iyunun 10-na kimi davam edəcək. 5 gün davam etmişdir. Tədbirin məqsədi ekspertlərin köməyi ilə yerli həkim-mütəxəssislər gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardımın zamanında və düzgün sistematik qaydada aparılması üzrə, həmçinin zərər çəkmişin emosional və fiziki durumunu nəzərə almaqla psixoloji yardımın və tibbi müayinənin hər tərəfli təmin edilməsi, zorakılıq halı ilə bağlı qanunla tənzimlənmiş qaydada hərəkət etmə kimi bilik və bacarıq səviyyələrini artırmağıdır.
Qeyd edək ki, İSİM-in mütəxəssisləri ilə yanaşı təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudan (ADHTİ), Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən, Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından, A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasından, 25 saylı şəhər poliklinikasından, 7 saylı qadın məsləhətxanasından olan həkimlər iştirak edir.
Təlimlər bitdikdən sonra bütün iştirakçılar sertifikatlarla təltif olundu.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; BMT - nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyi;