İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
May ayının 31-indən iyun ayının 2-nə qədər ÜST-nın Avropa Regional ofisinin Qeyri-infeksion xəstəliklər idarəsinin mütəxəssislərinin və İSİM nümayəndələrinin iştirakı iləİSİM-də onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşləri təşkil olundu.
KİÇİK HESABAT
Bu ilin may ayının 31-indən başlayaraq ÜST-nın Avropa Regional ofisinin Qeyri-infeksion xəstəliklər idarəsinin mütəxəssisləri Dr. Marilis Korbeks və Dr. Andre İlbavinin iştirakı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşlər təşkil olundu. Görüşlərin keçirilməsi, dünyada eləcə də Azərbaycanda son illər sayı artan onkoloji xəstəliklərin önlənməsi, xərçəng xəstəliklərinin qarşısının alınması, effektiv skrininq proqramlarının tərtib edilməsi, onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəsisahəsində beynəlxalq təcrübənin, xüsusən də profilaktik tədbirlərə dair ÜST-nin təcrübəsini (dünyanın müxtəlif bölgələrində həyata keçirilən) öyrənmək məqsədi daşıyırdı.
İyun ayının 2-nə qədər davam edən bu görüşlər həmçininMilli Onkologiya Mərkəzində və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyində dəkeçirildi.
Bir neçə gün davam edən tədbirlərdə palliativ xidmətin ölkəmizdə yaradılmasının vacibliyi vurğulandı və ilkin mərhələdə palliativ xidmətin pilot modelinin təşkilinin zəruriliyi, palliativ xidmətlə bağlı qanunvericiliyin yaradılması kimi məsələlər müzakirə olundu. Əlavə olaraqHPV-yə qarşı vaksinasiya, uşaq və gənclər arasında effektiv profilaktika tədbirlərinin təşkili, xərçəng xəstəliklərinin müalicəsində həyati vacib dərman preparatlarının əlçatanlığı və s. məsələlər üzrə də fikirlər dinlənildi.
2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Milli Strategiya” nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.3 bəndinə əsasən QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsihaqda olan məqamlar yerli mütəxəssislər tərəfindən xarici ekspertlərin diqqətinə çatdırıldı. Bu istiqamətlərdə işin təşkilinin vacib olduğu bildirildi.
Yekun olaraq Azərbaycanda ən uğurlu strategiya və yanaşmaları tətbiq etmək, ölkəmizdə
QİX-lərin qarşısının alınmasına və əhali arasında xəstələnmə və vaxtından əvvəl ölüm hallarının azaldılması istiqamətində nailiyyətlər əldə etmək üçün atılacaq addımlar müəyyən edildi.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova; Töhfə Cəmilova; Nabil Seyidov; Səbinə Babazadə; Tofiq Musayev; Qəhrəman Haqverdiyev;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;