İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
Ümumdünya Tütünsüz Günü ilə əlaqədar 31 may 2016-cı il tarixdə Bakının 189-190 №-li tam orta məktəbinin həyətində Səhiyyə Nazirliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə şagirdlərin iştirakı ilə asfalt üzərində “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi keçirildi və eyni zamanda media nümayəndələri üçün brifinq təşkil olundu.
KİÇİK HESABAT
Ümumdünya Tütünsüz Günü ilə əlaqədar 31 may 2016-cı il tarixdə Bakının 189-190 №-li tam orta məktəbinin həyətində şagirdlərin iştirakı ilə asfalt üzərində “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi keçirildi və eyni zamanda media nümayəndələri üçün brifinq təşkil olundu. Səhiyyə Nazirliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda da 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olundu.
Tədbirin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya istinad edərək əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan risklərin qarşısını almaq və geniş əhali kütləsini tütünün yaratdığı təhlükələr barədə məlumatlandırmaqdan ibarət idi.
Tütünün yaratdığı problemlərə ictimaiyyətin diqqətini çəkmək məqsədi daşıyan və sağlam həyat tərzinin təbliğinə yönəldilən bu tədbir Azərbaycanın da qoşulduğu Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)Çərçivə Konvensiyasının “Maarifləndirmə, məlumatın ötürülməsi, əhalinin hazırlanması və məlumatlandırılması” haqqında 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərinə tam cavab verir.
İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Lahiyələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış etdi, İSİM əhalinin müxtəlif qrupları arasında maarifləndirici tədbirləri daim həyata keçirdiyi vurğuladı. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə 31 may Ümumdünya Tütünsüz Gününün tarixi, Azərbaycanda tütünlə bağlı mövcud vəziyyət, qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiyada tütün probleminin əksi, əhali arasında tütünsüz mühit yaradılmasında KİV-in rolu haqda təqdimat etdi.
Brifinqdən sonra KİV nümayəndələri və tədbir iştirakçıları rəsm müsabiqəsinə qatılaraq qaliblərin mükafatlandırılma mərasimində iştirak etdilər.
Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; ÜST; SN; Səbail rayon İcra Hakimiyyəti;
Təşkilatçılar: Kamila Kərimova; Səbinə Babazadə; Elnarə Nuriyeva; Şəhla Mirzəzadə; İnci Ağayeva; Aytən Məmmədova; Murad Cavadov; Nicat Rüstəmli;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;