İcra edilmiş Tədbirlər (2016):
Proqram
MƏLUMAT
20 aprel 2016-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliğ və təşviq etmək məqsədi ilə gənclərin sağlamlıq festivalı keçirildi.
KİÇİK HESABAT
“6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə 2013-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Gənclərin növbəti sağlamlıq festivalı “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən 2016-cı il aprelin 20-də Suraxanı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında keçirildi. 2016-cı il "7 aprel Ümumdünya Sağlamlıq Günü" mövzusunun şəkərli diabetlə mübarizəyə həsr olunmasını nəzərə alaraq, festivalda “Fiziki aktivliyi seç, diabeti ötüb keç!” şüarı altında diabetlə mübarizədə fiziki aktivliyin vacibliyi də önə çəkildi.
Gənclərin sağlamlıq festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala musiqi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində Suraxanı rayonu üzrə müxtəlif idman bölmələri fəaliyyətə başlayacaq və nümunəvi çıxışlar göstərdilər. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, akrobatika, basketbol, futbol daxil idi. Maraqlı əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışlar oldu.
Sonda musiqi nömrəsi oldu, müsabiqələrdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundular, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, sertifikat, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Coğrafi əhatə: Beyləqan;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; ÜST; Gənclər və İdman Nazirliyi; Suraxanı Rayon İcra Hakimiyyəti; "İnkişaf Naminə İdman" İctimai Birliyi;
Təşkilatçılar: Səadət Hənifəyeva; Elnarə Nuriyeva; Şəhla Mirzəzadə; İnci Ağayeva; Hafiz İbrahimov; Qadir Qurbanov;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rahib Məmmədov;