“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası məqsədi ilə maarifləndirici tədbirlərin təşkili haqqında”
Proqram
Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 06 nöməli əmri ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 6.6.1.(1) (Gənclər arasında zərərli vərdişlərin profilaktikasını, xüsusən tütünsüz həyat tərzinin təbliğini əhatə edən çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması və onların KİV ilə yayılmasının təşkil edilməsi), 6.6.1.(2). (Gənclər arasında zərərli vərdişlərin profilaktikası ilə bağlı Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird heyəti ilə müvafiq həkim-mütəxəssislərin görüşü və mühazirələrin təşkili), 6.6.1.(4). (Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına dair radio və televiziya kanallarında mütəxəssislərin çıxışlarının təşkilinin təkmilləşdirilməsi məqsədilə tədbirlərin keçirilməsi), 6.6.3.(2). (Təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün sağlam həyat tərzi və reproduktiv sağlamlığa dair mühazirələrin təşkili) bəndlərinə əsasən məktəblilərin sağlamlıqlarının mühafizəsi və onları zərərli vərdişlərdən çəkindirmək üçün mütxəlif maarifləndirici tədbirlərin təşkili İSİM-ə həvalə edilib.
Bu məqsədlə İSİM tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıqda “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif edilir:
Təhsil Nazirliyinin “Sağlam sinif” layihəsi üçün məktəblilərin, sinif rəhbərləri, biologiya, həyat bilgisi, bədən tərbiyəsi, incəsənət/rəsm fənlərinin müəllimlərinin, valideynlərin və məktəb tibb işçilərinin sağlam həyat tərzi, həyat tərzi ilə bağlı xəstəlikləri və onların profilaktikası, məktəb yaşlı uşaqların qidalanması, fiziki aktivlik və oturaq həyat tərzi, bədən tərbiyəsi, reproduktiv sağlamlıq və ağız boşluğunun gigiyenası mövzularına dair təlimlər, seminarlar və açıq dərslərin keçirilməsi;
Həmin mövzular üzrə didaktik və metodik vəsaitlərin, o cümlədən, audio-vizual materialların hazırlanması və pilot məktəblərdə tətbiqi;
Uşaqların icbari dispanserizasiyası prosesində iştirak edən həkimlərin iştirakı ilə və Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsinin mütəxəssisləri ilə birgə pilot məktəblərdə seçilmiş siniflərdə təhsil alan məktəblilərin layihənin başlanğıcında və 2016-cı ilin iyun ayında əldə etdikləri sağlamlıq durumunun qiymətləndirilməsi;
Məktəblərdə sağlam həyat tərzinin aşılanması və həyat tərzi ilə bağlı xəstəliklərin profilaktikasına dair ÜST-nın hazırladığı, habelə Avropa və MDB ölkələrində geniş tətbiq edilən innovativ texnologiyalar və təlim-tədris metodikalarının adaptasiyası və tətbiqi;
Uşaqların sağlamlaşdırılması və fiziki aktivliyinin artırılması məqsədilə bədən tərbiyəsi dərslərinin məzmunu və metodikasının Təhsil Nazirliyi ilə birgə işlənib yenilənməsi;
Uşaqların qidalanmasını yaxşılaşdırmaq üçün valideynləri, müəllimlər və uşaqlar üçün metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması, seminar və təlimlərin təşkili, habelə müxtəlif məktəb yaşlı uşaqların evdə və məktəbdə qidalanması üzrə tövsiyələrin tərtib edilməsi;
Uşaqların sağlamlaşdırılması və fiziki aktivliyin artırılması məqsədilə valideynlərlə birgə məktəb səviyyəsində bir sıra kütləvi idman oyunları və tədbirlərinin təşkili;
Məktəblərdə səhər gimnastikası proqramının hazırlanıb tətbiqi məqsədilə təlimatın hazırlanması və pilot olaraq 34 məktəbdə tətbiqi;
Məktəb tibb bacılarının hazırlanması və təkmilləşməsi məqsədilə Tibb Kolleci ilə xüsusi tematik tədris kursunun hazırlanması və pilot olaraq tətbiqi.