İcraatda olan Layihələr (2015):
Proqram
MƏLUMAT
2015-ci il aprelin 1-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyi arasında 2015-ci il üçün illik İş Planının icrasının təmin edilməsinə başlanılıb. Dekabrın 31-dək davam edəcək İş Planının icrasının təmin edilməsi məqsədilə bir sıra tədbirlər keçiriləcək.
BMT-nin İnkişafa Yardım üzrə Çərçivə sənədinin (UNDAF) nəticələrinə görə, 2015-ci ildə aztəminatlı əhali yüksək sosial inteqrasiya nəticəsində keyfiyyətli səhiyyə, təhsil, sosial müdafiə sistemlərindən bərabər şəkildə istifadədən faydalanacaq.
Fəaliyyət çərçivəsində kişi, qadın və gənclər məsuliyyətli, sağlam reproduktiv və cinsi davranış üzrə lazımi bilik və bacarıqlar əldə edəcəklər. Eləcə də, QHT, qərarverici və milli ekspertlərin iştirakı ilə reproduktiv sağlamlıq və hüquqlar üzrə siyasət və qanunvericiliyin hazırlanması nəzərdə tutulub.
ƏTRAFLI HESABAT
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) 2015-ci ildə ”Azərbaycan əhalisinin reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsi” dördaylıq layihəsinin həyata keçirilməsinə başlamışdır. Layihə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin texniki dəstəyi ilə həyata keçirilir. Layihədə 2014-cü ildə İSİM tərəfindən yaradılmış www.saglamliq.isim.az məlumat-təhsil elektron portalının resurslarından istifadə nəzərdə tutulmuşdur. Həmin portal xəstəliklərin profilaktikası və sanitar savadlılığın yüksəldilməsi ilə bağlı ən aktual məsələlər üzrə əhalinin məlumatlandırılması üçün yaradılmışdır. UNFPA ilə birgə layihənin vəzifəsi isə əhalinin reproduktiv sağlamlıq problemləri haqqında məlumatlılığının artırılması, ana sağlamlığı ilə bağlı riskin davranış faktorlarının azaldılması, reproduktiv yaşlı qadınların antenatal, perinatal və postnatal xidmətlər üçün vaxtında müraciət edilməsinin vacibliyi haqqında məlumatlandırılması, eləcə də selektiv abortlar və gender zorakılığı ilə bağlı spesifik məsələlərin işıqlandırılmasıdır.
Layihə çərçivəsində www.saglamliq.isim.az elektron portalına mütəmadi olaraq elmi-sübutlu təbabətin mötəbər faktlarına əsaslanan ən yeni müasir tövsiyələr əlavə ediləcək. Bundan ötrü layihədə UNİCEF, UNFPA, ÜST, CDC, NİCE və reproduktiv sağlamlıq, ailə planlaşdırılması və gender zorakılığının profilaktikası sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materialları istifadə edilərək, azərbaycan dilinə tərcümə ediləcək və uyğunlaşdırılacaq.
İlk görüşlərdə işçi qrupun üzvləri arasında görüləcək işlərin bölgüsü aparıldı, mütəmadi olaraq həftə ərzində görüşün keçirilməsi üçün gün təyin edildi.
E-portalda reproduktiv sağlamlıq problemlərinin işıqlandırılması üzrə İş Planı (əlavə olunur) və e-portal üçün reproduktiv sağlamlıq üzrə mövzuların Siyahısı(əlavə olunur) tərtib olunmuşdur.
Layihə çərçivəsində reproduktiv sağlamlıq üzrə maarifləndirmə konsepsiyası yazılmalı idi. Onun yazılması işçi qrupun üzvü, ekspert Aynur Rəşidovaya həvalə olunmuşdu. Bir ay ərzində Konsepsiya yazıldı, redaktə edildi, işçi qrupun üzvləri tərəfindən iclasda baxıldı, müzakirə edildi və bəyənildi (Konsepsiya əlavə edilir).
Bu məqsədlə İSİM tərəfindən www.saglamliq.isim.az internet saytında Reproduktiv Sağlamlığa dair xüsusi portal yaradılıb. Portalda sübutlu təbabətə əsaslanan:
- fizioloji hamiləlik və doğuş
- hamiləlik dövrünün infeksiyaları və onların müalicəsi
- yenidoğulmuşlara qayğı
- hamiləlik dövründə şəkərli diabet
- hamiləlik dövründə yüksək qan təzyiqi
- hamiləlik dövründə çəki artımı
- doğuş zamanı və doğuşdan sonra baş verən ağırlaşmalar, o cümlədən, qanaxmalar və onların profilaktikası, habelə kişi və qadınlar, uşaq və yeniyetmələr üçün
reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair digər faydalı məlumatlar yer alıb.
İşçi qrup reproduktiv sağlamlıq üzrə portalda www.saglamliq.isim.az saytında əhali üçün müvafiq mötəbər maarifləndirici və sadə-elmi məlumatların əldə olunmasını əks etdirən leflet hazırladı. Leflet 1500-1600 nüsxədə çap ediləcək və qadın məsləhətxanaları və doğum evlərinə paylanılacaq (lefletin layihəsi əlavə olunur).
İstənilən qadın portalda yaradılmış “Mənim Reproduktiv Sağlamlığım” bölməsinə daxil olub reproduktiv sağlamlıq vəziyyətini qiymətləndirə, sağlam hamiləlik və doğuş üçün risk faktorlarını müəyyənləşdirə, onların aradan qaldırılması üçün dəyərli məsləhətlər əldə edə bilər.
Layihə çərçivəsində www.saglamliq.isim.az elektron portalına mütəmadi olaraq elmi-sübutlu təbabətin mötəbər faktlarına əsaslanan ən yeni müasir tövsiyələr əlavə ediləcək. Bundan ötrü layihədə UNİCEF, UNFPA, ÜST, CDC, NİCE və reproduktiv sağlamlıq, ailə planlaşdırılması və gender zorakılığının profilaktikası sahəsində çalışan digər nüfuzlu beynəlxalq təşkilatların əhali üçün nəzərdə tutulmuş informasiya və təlim materialları istifadə edilərək, azərbaycan dilinə tərcümə edilib və uyğunlaşdırılıb.
Bu layihə yekunlaşdıqdan sonra, İSİM tərəfindən müvafiq maarifləndirici və informasiya mövzuları ilə təmin edilməklə, Reproduktiv Sağlamlığa dair xüsusi portalın mütəmadi olaraq dövriliyinin saxlanılması planlaşdırılır.
Coğrafi əhatə:
Əhali kateqoriyası:
İcraçılar: İSİM; UNFPA;
Təşkilatçılar: Səbuhi Abdullayev; Teymur Hüseynov; Afət Məmmədova; Nabil Seyidov; Aynurə Rəşidova; Cəmilə Kərimova;
Koordinatorlar: Rauf Məmmədov;
Kuratorlar: Rauf Məmmədov;