Planlaşdırılmış Tədbirlər (2015):
Proqram
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 06 №-li əmri ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.6.1.4 bəndinə uyğun olaraq Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına dair radio və televiziya kanallarında mütəxəssislərin çıxışlarının təşkilinin təkmilləşdirilməsi, 6.6.5. bəndinə uyğun olaraq Erkən nikahların qarşısını almaq üçün təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün mühazirələrin təşkili, 6.6.3. bəndinə uyğun olaraq Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün sağlam həyat tərzi və reproduktiv sağlamlığa dair mühazirələrin təşkili, "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planının 1.1 İdarə və təşkilatlarda donorluq aksiyalarının təşkil edilməsi məqsədilə tədbirlərin keçirilməsi” bəndlərinin icrası İctimai Səhiyyə və İslahatlar Mərkəzinə (İSİM) həvalə olunub.
Bu bəndlərin icrasını təmin etmək məqsədi ilə İSİM, Gəncə şəhər İcra Hakimiyyəti və "Odlar Yurdu" İctimai Birliyi ilə birgə 04-08 may 2015–ci il tarixlərdə "Sağlam beş (5) gün" şüarı altında Gəncə şəhərində üç Ali təhsil müəssisələrində və "Odlar Yurdu" İB-nin ofisində yuxarıda qeyd etdiyimiz mövzularda treninqlərin və iki gün ərzində şəhər ictimaiyyəti arasında məlumat xarakterli aksiyaların keçirilməsi nəzərdə tutulur.
KİÇİK HESABAT
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi.
ƏTRAFLI HESABAT
İSİM-in təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi.
Layihə çərçivəsində beş maarifləndirmə tədbiri və beş aksiya keçirildi. Belə ki, 4 saylı tam orta məktəbdə, “Odlar Yurdu” Gənclər İctimai Birliyində, Gəncə Tibb Kollecində, Azərbaycan Aqroekologiya İnstitutunda, Azərbaycan Texnologiya Universitetində, Gəncə Dövlət Universitetində yeniyetmə və gənclərlə maarifləndirici görüşlər təşkil olundu. Görüşlərdə cəmiyyəti narahat edən sağlamlıq problemləri ilə bağlı maraqlı məlumatlar verildi, müzakirələr aparıldı. Həmçinin nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrinin əhəmiyyəti gənclərin diqqətinə çatdırıldı.
Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən “Zəfər tağı”nda, alış-veriş mərkəzlərində məlumatlandırma aksiyaları keçirildi. Bu aksiyalarda əhalinin məlumatlandırılması məqsədilə qan donorluğu, sağlam həyat tərzi, fiziki aktivlik və düzgün qidalanma, erkən nikahlar və reproduktiv sağlamlıq, zərərli vərdişlər və narkomaniya mövzularında maarifləndirici çap materialları paylanıldı.
Həmçinin “1 iyun – Ümumdünya Uşaqlar Günü” ərəfəsində ehtiyacı olan körpələrə dəstək məqsədilə qanvermə aksiyası keçirildi.
Layihə çərçivəsində keçirilən bütün tədbirlərdə ekspert qismində İSİM, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri çıxış etdilər. Tədbir və aksiyalarda Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QHT və KİV nümayəndələri fəal iştirak etdilər.
Coğrafi əhatə: Gəncə;
Əhali kateqoriyası:
İcraçılar: İSİM; Gəncə Şəhər İcra Hakimiyyəti; "Odlar Yurdu" İctimai Birliyi;
Təşkilatçılar: Səbinə Babazadə;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələr keçirilməsi barədə (pdf)