Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması
Proqram
Uşaqların icabri dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı
MƏLUMAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.07.2014-cü il tarixli 60 nömrəli əmri ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbayacan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nda 5.2 "Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması" bəndinin icrası İSİM-ə həvalə olunmuşdur. Bu məqsədlə şagirdlər arasında maarifləndirmə işinin aparılması planlaşdırılır.
Layihənin həyata keçirilmə məsələləri:
Şagirdlərin məlumatlandırılması məqsədilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsi”nə dair təlim paketi (icbari dispanserizasiya haqqında prezentasiya, post-test, paylanmaq üçün maarifləndirmə materialları –plakat, broşura və.s.) hazırlanacaqdır. Belə ki, bu materiallarda, dispanserizasiyanın məqsədi, uşaqların sağlamlığının qorunmasında əhəmiyyəti, xəstəliklərin daha erkən aşkarlanması və effektiv müalıcənin aparılması,əhalinin əlillik və vaxtından qabaq ölüm amilləri haqqında ərtaflı məlumatın verilməsi planlaşdırılır. Layihə çərçivəsində icbari dispanserizasiyanın əhəmiyyətinə dair bukletlərin, plakatların və digər əyani vəsaitlərin hazırlanması və çap edilməsi də nəzərdə tutulmuşdur. Təqdimat 1 saat ərzində aparılacaq və yekunda post-testin aparılması və mövzu ilə bağlı müzakirələr, informasiya materiallarının paylanması da həyata keçiriləcəkdir. Təlim sonunda şagirdlər arasında post-testin keçirilməsində (post-test işçi qrup tərəfindən hazırlanacaq) əsas məqsəd şagirdlərin təlimdən sonrakı bilgilərinin artması və gələcəkdə dispanserizasiyadan keçmək arzusunda olmasını aşkarlamaqdan ibarətdir. Bununla yanaşı, həm də post-testlərin nəticələrinin təhlilini aparmaq və hesabata da əlavə etmək nəzərdə tutulmuşdur.Layihə 2015-ci ilin sonunadək 15 orta məktəbdə həyata keçiriləcəkdir.
Layihə çərçivəsində orta məktəblərdə çalışan "Həyati bacarıqlara əsaslanan biliklər” fakultativ fənnini tədris edən müəllim heyəti üçün “İcbari dispanserizasiyanın əhəmiyyəti” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu, gələcəkdə müəllimlərin mütəmadi olaraq dispanserizasiya haqqında məlumatı digərlərinə, şagirdlərə və valideynlərə ötürmələri üçün həyata keçirilir. Layihə çərçivəsində müəllimlər üçün icbari dispanserizasiya haqqında metodik tövsiyə (işçi qrup hazırlayır) işlənib hazırlanacaqdır.Layihə 2015-ci ilin sonunadək 15 orta məktəbin müəllimləri üçün həyata keçiriləcəkdir.
Yekun olaraq İSİM-də KİV və maraqlı olan qurumlar üçün layihənin nəticələrinə əsasən təqdimatın keçirilməsi nəzərdə tutulmuşdur.
KİÇİK HESABAT
1. Şagirdlər və müəllim/tibb işçiləri üçün təqdimatlar və 1 günlük təlimlərin gündəliyi hazırlanmışdır.
2. Pre-post testlər və uşaqlar üçün broşuranın hazırlanması iş prosesindədir
ƏTRAFLI HESABAT
23.11.2015-ci il tarixdə 83 və 248 saylı, 24.11.2015-ci il tarixdə 135 və 115 saylı, 25.11.2015-ci il tarixdə 177 və 240 saylı, 26.11.2015-ci il tarixdə 111 və 211 saylı, 27.11.2015-ci il tarixdə 54 və 5 saylı, 30.11.2015-ci il tarixdə 9 və 161 saylı, 01.12.2015-ci il tarixdə 225 və 23 saylı məktəblərdə və 03.12.2015-ci il tarixdə Ankara liseyində “İcbari dispanserizasiyanın əhəmiyyəti” mövzusunda İSİM-in mütəxəssisləri tərəfindən şagirdlər üçün maarifləndirmə təqdimatları keçirildi. İSİM tərəfindən tərtib və çap edilmiş maarifləndirlmə bukletləri, metodiki tövsiyyələr və plakatlar təqdimatlarda şagirdlərə paylanıldı. Həm də həmin məktəblərin tibb məntəqələrində tibb işçiləri üçün icbari dispanserizasiyanın şagirdlər arasında aparılması qaydalarının, geydiyyat jurnalların aparılması və şagirdlərlə maarifləndirmə işlərinin apaılması istiqamətində şərhlər verildi.
“Uşaqların sağlamlığı və İcbari dispanserizasiyanın əhəmiyyəti” üzrə valideyinlər arasında sorğu aparılıb. Anketlərin təhlili aparılması və hesabatın hazırlanması planlaşdırılır.
08.12.2015-ci il tarixdə “Həyati bacarıqlara əsaslanan biliklər” fakultativ fənnini tədris edən müəllim heyəti, məktəbdə çalışan tibb bacıları üçün “İcbari dispanserizasiyanın əhəmiyyəti” mövzusunda təlim keçirildi.
Coğrafi əhatə: Ölkə üzrə;
Əhali kateqoriyası: 5 yaşadək; 6-18 yaş; 19-30 yaş;