İcra edilmiş Tədbirlər (2014):
Proqram
MƏLUMAT
2014-cü ilin sonunadək Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı rayonlarında əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üçün "exit-poll" üsulu ilə sorğunun aparılması, sorğu nəticələri əsasında hesabatın hazırlanması, sorğu nəticələrinin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə açıqlanması planlaşdırılır.
KİÇİK HESABAT
Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının “Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi” barədə 26-cı (28.3) bəndinin icrası məqsədi ilə Azərbaycanda əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi üzrə Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında ilkin səhiyyə müəssisələrinə (poliklinikalar) müraciət etmiş 500 pasiyent arasında sorğu keçirilmişdir. Əldə olunmuş nəticələr 26 dekabr 2014-cu il tarixində keçirilmiş dəyirmi masa tədbirində təqdim və müzakirə olunmuş və ictimaiyyətə açıqlanmışdır.
ƏTRAFLI HESABAT
2014-cü ilin noyabr ayında İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ölkədə əhalinin səhiyyə sisteminə etimadının və göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi məqsədi ilə ilkin səhiyyə səviyyəsində “exit-poll” üsulu iləpasiyentlər arasında sorğu həyata keçirilmişdir. Sorğu Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının “Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi” barədə 26-cı (28.3) bəndinin icrası məqsədi ilə təşkil olunmuşdur.
Sorğunun aparılması üçün respublikanın şimal, cənub, şimal-qərb və cənub-şərq istiqamətlərində yerləşən şəhər və rayonlar seçilmişdir. Sorğuda Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında ümumilikdə ilkin səhiyyə müəssisələrinə (poliklinikalar) müraciət etmiş 500 pasiyent iştirak etmişdir.
Sorğu vərəqəsinin əsasını Demoqrafiya və Sağlamlıq Sorğusunun sorğu vərəqəsi və digər ölkələrdə tibbi xidmətlərin göstərilməsi keyfiyyətindən əhalinin məmnunluğu üzrə araşdırmalarda istifadə olunan sorğu vərəqələri təşkil etmişdir. Sorğu vərəqəsi pilot olaraq Bakı şəhərində sınaqdan keçirilmışdir. Sorğunun aparılması üçün hər birində 1 supervayzer və 2 intervüyer olan 5 qrup təşkil edilərək təlimləndirilmişdir.
Sorğu zamanı pasiyentlərin sosial-demoqrafik xüsusiyyətləri, tibb müəssisəsinə müraciətlərin səbəbləri, tibbi yardımın əlçatan olması, tibb personalının peşəkarlığı, həkim-pasiyent münasibətləri, əhalinin tibbi yardımın keyfiyyətindən məmnun qalması, tibbi yardım məsələlərinə dair məlumatlı olması və pasiyentin hüquqlarına dair məlumatlar toplanılmışdır.
Pasiyentlərin sorğuda iştirakı tamamilə anonim, məxfi və könüllü olmuşdur. Sorğu yuxarıda adları çəkilən şəhər və rayonların ilkin səhiyyə xidmətləri göstərən tibb müəssisələrində aparılmışdır. Sorğuda toplanılmış məlumatlar əsasında yekun hesabat hazırlanır.
2014-cü il dekabrın 26-da İSİM-də Səhiyyə Nazirliyi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, İSİM və şəhər poliklinikalarının nümayəndələrinin iştirakı ilə “Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üzrə sorğunun nəticələrinin açıqlanması” mövzusunda dəyirmi masa keçirildi.
Coğrafi əhatə: Bakı; Gəncə; Xaçmaz; İsmayıllı; Quba; Lənkəran; Masallı; Mingəçevir; Şamaxı;
Əhali kateqoriyası: 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: İSİM;
Təşkilatçılar: Lütfi Qafarov;
Koordinatorlar: Lütfi Qafarov;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üçün sorğunun aparılması və həmin sorğu nəticələrinin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə açıqlanması (pdf)