İcraatda olan Tədbirlər (2014):
Proqram
MƏLUMAT
Respublikanın Bakı, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Sumqayıt şəhərlərində reproduktiv sağlamlığa dair təhsil müəssisələrində mühazirələrdə istifadə üçün təlim materialları və proqramı hazırlanması, Bakı şəhərində Azərbaycan Müəllimlər Universiteti, Təhsil Problemləri İnstitutu, Müəllimləri Təkmilləşdirmə İnstitutu və QHT-lərin nümayəndələri üçün reproduktiv sağlamlıq mövzusunda Təlimçilər üçün Təlim (TOT) təşkil edilməsi, Bakı şəhərinin və bir neçə seçilmiş rayonun orta ümumtəhsil məktəblərində gənc müəllimlər üçün pilot seminar-təlimlərin keçirilməsi, Bakı şəhərinin və bir neçə seçilmiş rayonun orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri üçün pilot seminar-təlimlər keçirilməsi, Pilot treninqlərin nəticəsində təkmilləşdirilmiş təlim materialları Təhsil Nazirliyində təsdiq üçün hazırlanması planlaşdırılır.
KİÇİK HESABAT
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində 2014-cü il dekabrın 27-28-də Bakı və Sumqayıt şəhərlərində biologiya müəllimləri üçün iki günlük təlim kursları keçirilmişdir. Təlimlər Bakıda Akademik Zərifə Əliyeva adına liseydə və Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə təşkil edilmiş və reproduktiv sağlamlıq, uşaq və yeniyetmələrin sanitar-gigiyenik maarifləndirmə, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, həmyaşıdlarla sağlam ünsiyyətin qurulması, məişət zorakılığı və s. mövzuları əhatə etmişdir.
ƏTRAFLI HESABAT

Bakı üzrə 20, Sumqayıt üzrə isə 26 müəllim təlim kurslarını müvəffəqiyyətlə bitirmiş və xüsusi sertifikatlarla təltif edilmişdir.
Layihənin ikinci mərhələsində iki günlük təlimlər həmçinin Gəncə, Mingəçevir, Lənkəran və Şəki şəhərlərində biologiya və həyat bilgisi fənnləri üzrə tədris aparan müəllimləri üçün təşkil ediləcəkdir.
Bununla yanaşı təlimdən keçmiş müəllimlər tərəfindən həmin altı şəhərin tam orta məktəblərinin şagirdləri üçün nümunəvi dərslərin təşkili də planlaşdırılır.
Coğrafi əhatə: Bakı; Gəncə; Lənkəran; Mingəçevir; Sumqayıt; Şəki;
Əhali kateqoriyası: 6-18 yaş;
İcraçılar: İSİM;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova; Nabil Seyidov;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;
Əlavə olunmuş fayl(lar):
- Reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsinə dair təhsil müəssisələrində mühazirələrin təşkili barədə (pdf)