İcra edilmiş Tədbirlər (2014):
Tədbirin adı
Proqram
Proqram
KİÇİK HESABAT
- 02.10.2014-cü il tarixində İSİM və Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı “Metropark” AVM-də maarifləndirici aksiya keçirildi. Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə və təbliğat işinin təkmilləşdirilməsi məqsədilə keçirilən aksiyada əhaliyə “Uşaq zorakılığı” və “İşgəncə” mövzularında bukletlər paylanıldı, mövzu ilə bağlı məlumatlar verildi.
- 02.10.2014-cü il tarixində “Beynəlxalq Qeyri-Zorakılıq Günü” ilə bağlı İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva və Səhiyyə siyasəti və islahatlar şöbəsinin meneceri Nabil Seyidov İctimai Televiziyanın “Müzakirə vaxtı” tok-şousunun qonağı oldu. Bu veriliş vasitəsilə ölkə əhalisinə Səhiyyə Nazirliyi tərəfindən məişət zorakılığının qarşısının alınması, zorakılığa məruz qalmış şəxslərlə tibbi-psixoloji işin qurulması sahəsində görülmüş işlərə dair ətraflı məlumat verildi, bu ilin sonunadək planlaşdırılmış layihələr, habelə növbəti illər üçün planlara dair açıqlamalar verildi. İSİM-lə yanaşı, Ombudsman Aparatının nümayəndəsinin iştirak etdiyi verilişdə məişət zorakılığının tibbi-psixoloji aspektlərilə bərabər, hüquq və qanunvericilik aspektlərinə də dair məlumatlar nəzərə çatdırıldı. Veriliş vasitəsilə məişət zorakılığının nə olduğu, hansı fəsadlara səbəb olduğu və onun qarşısının alınması barədə geniş müzakirələr aparıldı
ƏTRAFLI HESABAT

Coğrafi əhatə: Bakı;
Əhali kateqoriyası: 6-18 yaş; 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;
İcraçılar: İSİM;
Təşkilatçılar: Nabil Seyidov; Mehriban Məmmədova; Aysel Hacıyeva; Səadət Hənifəyeva; Səbinə Babazadə; Elnarə Nuriyeva; Elnarə Əliyeva; Nərmin İlyasova;
Koordinatorlar: Səbinə Babazadə;
Kuratorlar: Rauf Məmmədov;