İcraatda olan Layihələr (2014):
Proqram
KİÇİK HESABAT
1. 2014-cü ilin oktyabr ayında İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı tərəfindən tam orta məktəblərdə reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair təlim-tədris prosesinin təşkili ilə bağlı ekspertlər qrupu yaradılmışdır.
2. İSİM-də yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün təlim keçirildi.
2014-cü il noyabr ayının 29-dan dekabrın 1-dək və daha sonra dekabrın 8-10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün iki təlim keçirildi. Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan 40 təlimatçı iştirak etdil. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, İSİM-in məsul əməkdaşı Nabil Seyidov və “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın fasilitatorluğu ilə İSİM-in əməkdaşları Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparıldı. Təlimin əsas hissəsində mövzu ilə əlaqədar təqdimatlar oldu. “Yeniyetmələrin sağlamlığının qorunmasının əhəmiyyəti”, “Cinsi yolla yoluxan xəstəliklər və bu xəstəliklərin profilaktikası” kimi mövzular üzrə reproduktiv sağlamlıq, sağlam həyat tərzi, fiziki inkişaf və aktivlik, qidalanma ilə bağlı məlumatlar verdi. Həmçinin uşaqlarda reproduktiv anatomiya, uşağın inkişaf mərhələləri, yetişkənlik dövründə fiziki və fizioloji əlamətlər, ailə planlaşdırılması ilə bağlı məqamlardan bəhs edildi. “Yeniyetmələrin orqanizmində, psixo-emosional sahəsində və davranışında olan dəyişiklər və onların hormonlar və beyin inkişafı ilə olan bağlılığı”, “Özünə qulluq (şəxsi gigiyena)”, “Zorakılıq və onun profilaktikası”, “Riskli və zərərli davranış”, “Cinsi münasibətlərin nəticələri”, “Erkən nikahlar və onların nəticələri” mövzularında təqdimatlar da maraqla dinlənildi. Təlimdə eyni zamanda statistik rəqəmlərin dili ilə reproduktiv sağlamlıqla bağlı vəziyyət, demoqrafiya və reproduktiv sağlamlıq, dövlət proqramlarında reproduktiv sağlamlığın yeri, Milli Qanunvericilik və reproduktiv sağlamlıqdan söhbət açıldı. Təlim çərçivəsində biliklərin təcrübədə tətbiqi məqsədilə testlər həll olundu, ünsiyyət qurma bacarıqları ilə bağlı biliklərə yiyələnən iştirakçılar tərəfindən təqdimatlar nümayiş etdirildi.
3. 2014-cü ilin dekabr ayının 26-27 tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumilikdə 42 nəfər biologiya müəllimi üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzularına dair regional təlimçilər üçün təlim kursları keçirilmişdir. Bu təlimlər isə yuxarıda qeyd edilmiş təlimçilər üçün təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən aparılmış, Təhsil nazirliyi, İSİM və Ümidli Gələcək təşkilatının ekspertləri isə müşahidəçi və supervayzer qismində iştirak etmişlər. Təlimlər zamanı “Yeniyetmələrin orqanizmində, psixo-emosional sahəsində və davranışında olan dəyişiklər və onların hormonlar və beyin inkişafı ilə olan bağlılığı”, “Özünə qulluq (şəxsi gigiyena)”, “Zorakılıq və onun profilaktikası”, “Riskli və zərərli davranış”, “Cinsi münasibətlərin nəticələri”, “Erkən nikahlar və onların nəticələri”, "Valideynlik bacarıqları", "Ailədaxili münasibətlər" və s. mövzularında təqdimatlar edilmişdir.
Coğrafi əhatə: Ölkə üzrə;
Əhali kateqoriyası: 6-18 yaş; 19-30 yaş; 31-50 yaş; 51-65 yaş;
İcraçılar: İSİM;
Təşkilatçılar: Teymur Hüseynov; Afət Məmmədova; Nabil Seyidov;
Koordinatorlar: Nabil Seyidov;
Kuratorlar: Rauf Məmmədov;