İcra edilmiş Tədbirlər (2013):
Proqram
MƏLUMAT
"Uşaqlarda tənəffüs orqanları vərəmin diaqnostika və müalicəsi" və "Hamiləlik və vərəm" üzrə klinik protokollar İSİM və Elmi- tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən hazırlanmışdır. 20 fevral 2014-ci il tarixdə Səhiyyə Nazirliyinin 05 saylı kollegiyasının qərarı əsasında təsdiq edilmişdir.
KİÇİK HESABAT
"Uşaqlarda tənəffüs orqanları vərəmin diaqnostika və müalicəsi" üzrə klinik protokol ftiziatrlar, pediatrlar, səhiyyə təşkilatçıları və rəhbərləri üçün nəzərdə tutulmuşdur. Pasiyent qrupu: vərəm xəstəliyi olan 0-18 yaşa qədər uşaqlar və yeniyetmələr. Protokol uşaqlarda vərəmin diaqnostika və müalicəsi üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
"Hamiləlik və vərəm" üzrə klinik protokol mama-ginekoloqlar, ftiziatrlar, ailə həkimləri, terapevtlət və mamalar üçün nəzərdə tutulub. Pasiyent qrupu: vərəmlə xəstə olan hamilə qadınlar. Protokol hamilələrdə vərəmin diaqnostika və müalicə üsullarına dair sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi və bununla xəstəliyin ciddi ağırlaşmalarının və zahılıq dövründəki ölümün qarşısının alınması məqsədini daşıyır
ƏTRAFLI HESABAT
Uşaqlarda tənəffüs orqanları vərəmin diaqnostika və müalicəsi üzrə klinik protokol
Redaktor: C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d. Tərtibçilər: E.Məmmədbəyov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin baş ftiziatrı, professor,
t.e.d.İ.Axundova Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elm üzrə direktor müavini, t.f.d. İ.Qasımov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ftiziatriya bölməsinin elm üzrə müdiri,
t.f.d.S.Məmmədova Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq vərəm şöbəsinin həkimi M.Qurbanova 1 saylı vərəm əleyhinə dispanserin Uşaq şöbəsinin müdiri, ftiziatr-pediatr Z.Qədimova Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının assistenti, t.f.d. X.Əliyeva 4 saylı Vərəm Əleyhinə dispanserin Meningit şöbəsinin həkimi İ.Əlizadə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Rəyçi: N.Abbasov Azərbaycan Tibb Universitetinin Ağciyər Xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d.
Bu protokolun hazırlanmasında A.D.Paseçnikov, İSXG/Abt Associates Inc şirkətinin vərəm üzrə baş məsləhətçisi, t.f.d. ekspert qismində iştirak etmişdir.
"Hamiləlik və vərəm" üzrə klinik protokol
Redaktor:
C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d.
Tərtibçilər: F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli Koordinator, tərtibçilər qrupunun rəhbəri
İ.Qasımov Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun II terapiya şöbəsinin müdiri, t.f.d.
Z.Qədimova Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının assistenti, t.f.d.
S.Məmmədova Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının dosenti, t.f.d.
L.Məmmədova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi
R.Yusifli Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-epidemioloqu
İ.Əlizadə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti
Rəyçilər:
H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq və ginekologiya kafedrasının müdiri, professor, t.e.d.
N.Abbasov Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d.
Bu protokolun hazırlanmasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” Layihəsinin vərəm üzrə baş məsləhətçisi, t.f.d. A. Pasecnikov ekspert qismində iştirak etmişdir.
Coğrafi əhatə: Ölkə üzrə;
Əhali kateqoriyası: 5 yaşadək; 6-18 yaş; 19-30 yaş; 31-50 yaş;
İcraçılar: İSİM; ETAXİ;
Təşkilatçılar: Rahib Məmmədov;
Koordinatorlar: Şəhla İsmayılova;
Kuratorlar: Rahib Məmmədov;