Təhsil ocaqlarında “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar
Proqram
2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı
MƏLUMAT
2014-cü ilin sonunadək 15 təhsil ocağında maarifləndirmə tədbirlərin təkil edilməsi və keçirilməsi. Təqdimatlarda maarifləndirmə bukletləri də paylanıldı.
KİÇİK HESABAT
2014-cü il fevralın 19-dan etibarən İSİM-in əməkdaşları Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi, Suraxanı rayonunun 208, 87 və 226 saylı, 27.10.2014-cü il tarixində Bakı şəhəri A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında və Nəsimi rayon 16 saylı Texniki humanitar liseyində, 28.10.2014-cü il tarixində Nəsimi rayon N.Axundov adına 1 saylı orta məktəbdə və Səbail rayon E.Məmmədov adına 189 saylı orta məktəbdə, 29.10.2014-cü il tarixində Səbail rayon H.Mahmudbəyov adına 2 saylı liseydə və Nəsimi rayon 44 saylı orta məktəbdə, 30.10.2014-cü il tarixində Səbail rayon 49 saylı intellekt məktəb-liseyində və Səbail rayon 91 saylı orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar etmişdir. Təqdimatların sonunda əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, passiv tütünçəkmənin nəticələrini özündə əks etdirən videoçarx nümayiş etdirildi, bukletlər, qələm və məlumatlandırıcı nişan paylanılmışdır.
ƏTRAFLI HESABAT
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.2.3.4. “Qeyri-infeksion xəstəliklərin risk faktorları olan tütünçəkmə, piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam qidalanma tərzi, fiziki aktivliyin olmaması ilə mübarizə və bu sahədə maarifləndirmə işlərinin aparılması” bəndinin icrasını təmin etmək məqsədi ilə:
19.02.2014-cü il tarixində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində, 20.02.2014-cü il tarixində Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyində, 05.03.2014-cü il tarixində Suraxanı rayon 208, 87 və 226 saylı orta məktəbdə, 07.03.2014-cü il tarixində Bakı Slavyan Universitetində, 03.04.2014-cü il tarixində Bakı Dövlət Universitetində 240 şagirdi əhatə etməklə, Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə menecerləri Səadət Hənifəyeva və Kamran Cavadzadə tərəfindən, 27.10.2014-cü il tarixində Bakı şəhəri A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında və Nəsimi rayon 16 saylı Texniki humanitar liseyində, 28.10.2014-cü il tarixində Nəsimi rayon N.Axundov adına 1 saylı orta məktəbdə və Səbail rayon E.Məmmədov adına 189 saylı orta məktəbdə, 29.10.2014-cü il tarixində Səbail rayon H.Mahmudbəyov adına 2 saylı liseydə və Nəsimi rayon 44 saylı orta məktəbdə, 30.10.2014-cü il tarixində Səbail rayon 49 saylı intellekt məktəb-liseyində və Səbail rayon 91 saylı orta məktəbində 240 şagirdi əhatə etməklə, Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Səadət Hənifəyeva və Təlim-resurs şöbəsinin tərcüməçisi Leyla Eyvazova tərəfindən çap materialları paylanılmış və maarifləndirmə işləri görülmüşdür.