Dağınıq sklerozun diaqnostika və müalicəsi üzrə klinik protokol
Proqram
Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Səhiyyə Nazirliyinin Tədbirlər Planı
MƏLUMAT
Dağınıq sklerozun diaqnostika və müalicəsi üzrə klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli 38 saylı qərarı ilə təsdiq edilmişdir.
KİÇİK HESABAT
Protokol nevroloqlar, ailə həkimləri, fizioterapevtlər, psixiatrlar, oftalmoloqlar, müalicə bədən tərbiyəsi və fiziki müalicə metodları mütəxəssisləri, səhiyyə təşkilatçıları, ali və orta tibb təhsili müəssisələrinin tələbələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim müdavimləri üçün nəzərdə tutulmuşdur. Pasiyent qrupu: dağınıq sklerozu olan pasiyentlər. Protokol dağınıq sklerozun erkən diaqnostikasının və bununla bağlı ixtisaslaşdırılmış xidmətlərə ünvanlandırma sisteminin yaxşılaşdırılması, dağınıq sklerozu olan pasiyentlərin müasir müalicə ilə təmin edilməsi, həyat keyfiyyətinin aşağı düşməsinin qarşısı alınması və ya azaldılması, həmçinin bu xəstəliklə bağlı əlilliyin səviyyəsinin aşağı salınması üzrə sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.
ƏTRAFLI HESABAT
Redaktor: C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru, t.f.d. Tərtibçilər: R.Şirəliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d. F.Məmmədbəyov Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının dosenti, t.f.d. A.Məmmədbəyli Azərbaycan Tibb Universitetinin Nevrologiya və tibbi genetika kafedrasının assistenti, t.f.d. Z.Sadıxova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının dosenti, t.f.d. T.Hüseynov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti, t.f.d. M.Qədimova Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının II Sinir xəstəlikləri şöbəsinin həkim-nevropatoloqu R.Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının baş laborantı Rəyçilər: F.Balakişiyeva Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Fiziki üsullarla müalicə bölməsinin rəhbəri, t.e.d. R.Zeynalov Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Nevroloji şöbəsinin elmi rəhbəri, t.f.d.
Coğrafi əhatə: Ölkə üzrə;
Əhali kateqoriyası: 6-18 yaş; 19-30 yaş; 31-50 yaş; 51-65 yaş; 65 və daha çox;