İcraatda olan Layihələr (2014):
Proqram
MƏLUMAT
Azərbaycan qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının hər bir maddəsinə və həmin maddələrin mövcud olan tam və natamam (qismən) rəhbər prinsiplərinə dair müqayisəli uyğunluğunun araşdırılması və təhlili, o cümlədən boşluqların və çatışmazlıqların aşkarlanması, rəy və tövsiyələrin verilməsi, sonda ümumi bir nəşr formasında dərc olunması nəzərdə tutulur. Bu nəşr Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr ediləcək.
Hazırlanacaq nəşrin tütünə qarşı nəzarət və mübarizə sahəsində qərar qəbul edən və çalışan qurum və şəxslər arasında paylanılması, sonradan isə aidiyyəti internet şəbəkələrində yerləşdirilməsi və ondan məqsədyönlü şəkildə istifadənin təşkil edilməsi planlaşdırılır.
KİÇİK HESABAT
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin qarşısının alınması və nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi işi ilə əlaqədar 2014-cü ilin sonundan başlayaraq tütünlə bağlı Azərbaycan qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının hər bir maddəsinə və həmin maddələrin mövcud olan tam və natamam (qismən) rəhbər prinsiplərinə dair müqayisəli uyğunluğunun araşdırılması və təhlili, o cümlədən boşluqların və çatışmazlıqların aşkarlanması, rəy və tövsiyələrin verilməsi, sonda ümumi bir nəşr formasında dərc olunması nəzərdə tutulur. Bu nəşr Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr ediləcək.

ƏTRAFLI HESABAT

Bu təhlilin nəticələri qərar qəbul edən şəxslər, milli məclis deputatları, siyasətçilər, ictimai səhiyyə mütəxəssisləri, ictimai təşkilatlar və fəallar, Azərbaycanda qanunvericiliyin formalaşması və tütünə qarşı nəzarət və mübarizə işinin təşkili ilə məşğul olan digər təşkilat və fərdlər üçün onların fəaliyyətlərində nəzərə alına bilər. Təhlil tütünlə əlaqəli bütün Azərbaycan qanunvericiliyini əhatə edəcək, Çərçivə Konvensiyasının hər bir maddəsi üzərində iş aparılarkən onun tütünlə bağlı Azərbaycan qanunvericiliyində müvafiq qanunvericilik sənədi və onun konkret maddəsi ilə uyğunluğu axtarılıb tapılacaq, Çərçivə Konvensiyasının hər bir maddəsinin tütünlə bağlı Azərbaycan qanunvericiliyinin müvafiq qanunvericilik sənədi və onun konkret maddəsinə nə dərəcədə uyğun olub-olmaması müqayisə ediləcək, mövcud çatışmazlıqlar və irəliləyişlər aşkarlanacaq, izahlar, rəy və tövsiyələr veriləcək. Müqayisəli uyğunluğunun təhlili zamanı Tütünlə bağlı Azərbaycan qanunvericiliyinin 2005-ci ildən (Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının ildən) bu günədək dəyişməsi nəzərə alınacaq və Çərçivə Konvensiyasının hər bir maddəsi ilə müqayisə zamanı Azərbaycan qanunvericiliyinin mənfi və ya müsbət irəliləyişləri dinamik formada təhlildə əks olunacaq.
Bütün bu tədbirlərin başlıca məqsədi ÜST tərəfindən epidemiya elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hökumət, qeyri hökumət, beynəlxalq təşkilatların, ayrı-ayrı vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və bu istiqamətdə siyasi və ictimai dəstəyin təşkil olunmasına nail olmaqdır.
Coğrafi əhatə:
Əhali kateqoriyası:
İcraçılar: İSİM;
Təşkilatçılar: Rauf Məmmədov;
Koordinatorlar: Tofiq Musayev;
Kuratorlar: Ceyhun Məmmədov;