Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
2.4 (4.2.4). Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən ixtisasdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartının müəyyən edilməsi | 2016 - 2020 | |
-Tip 1 şəkərli diabet üzrə standartların hazırlanması və nəşri | 2016 - 2020 | |
4.1 (4.4.1.) Əhali arasında şəkərli diabet xəstəliyinin risk amillərinə həsr olunmuş müfaviq mövzular üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi | 2016 - 2020 |
- 7 aprel – Ümumdünya Sağlamlıq Günü qeyd edildi
Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. 2016-cı il Ümumdünya Sağlamlıq Gününün mövzusu fiziki aktiv olmaqla, sağlam qidalanmaqla, tibbi məsləhətlərə riayət etməklə, şəkərli diabetlə mübarizəyə həsr olunub: “Diabetə qalib gələk!”. 2016-cı il aprelin 7-də Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Günü qeyd olundu. “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən tədbirdə ictimai səhiyyənin qarşısında dayanan əsas vəzifələrdən biri kimi, şəkərli diabetin profilaktikası barədə məlumatlar diqqətə çatdırıldı. İSİM-i Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Şəhla Mirzəzadə təmsil etdi. Çıxış edənlər ÜST-nin 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabetlə mübarizədə hər kəsi həmrəy olmağa çağırdılar. |