Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
2.3 Xronik böyrək çatışmazlığı üzrə ixtisaslaşdırılmış tibbi yardımın həcminin və keyfiyyət standartlarının müəyyən edilməsi | 2016 - 2020 | |
4.1 Böyrəklərin xronik xəstəliklərinin prifilaktikasına dair elmi-kütləvi ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi | 2016 - 2020 |
- KİV nümayəndələri Ümumdünya Böyrək Günü ilə bağlı dəyirmi masa
Hər il mart ayının ikinci həftəsinin dördüncü günü bütün dünyada “Ümumdünya Böyrək Günü” kimi qeyd olunur .“2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üçün “Səhiyyə Nazirliyin Fəaliyyət Planı”na əsasən təşkil olunan tədbirdə media nümayəndələrini xroniki böyrək çatışmazlığı xəstəliyi ilə bağlı Azərbaycanda mövcud olan vəziyyət haqda RKUX-nın hemodializ şöbəsinin müdiri Fariz Babayev tanış etdi. O, xroniki böyrək çatışmazlığı xəstəliyinə düçar olmuş şəxtələrin həyat tərzinin yaxşılaşdırılması,onlara tibbi yardımın daha da təkmilləşdirilməsi, ömürlərinin uzadılması, ölüm hallarının azaldılması, hemodializ mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verdi. Təbdir zamanı xəstəliyin profilaktikası, erkən aşkarlanmasında ictimaiyyətin maarifləndirilməsi istiqamətində KİV-lərin rolu xüsusi qeyd olundu. Sonda KİV nümayəndələrinə İSİM tərəfindən xroniki böyrək çatışmazlığı mövzusunda əhalinin maarifləndirilməsi üçün hazırlanmış çap materialları paylanıldı. |