Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
3.3. Qan və qan komponentləri donorluğuna aid populyar kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi, təbliğat xarakterli sosial çarxların hazırlanması və onların ictimai yerlərdə yayılmasının təşkili | 2016 - 2020 |
- İSİM-nin nümayəndələri “14 iyun – Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş xeyriyyə tədbirində
Hər il 14 iyun – Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. 2005-ci il mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatdan irəli gələn bu günün keçirilməsi hər il müxtəlif şuarlarla dəstəklənir. ÜST-nin bütün dünyaya bəyan etdiyi bu ilki kampaniyanın şüarı belə səslənir: “Qan hamımızı birləşdirir!”. Könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirməklə və qan donorları ilə pasientlər arasındakı “birlik” və “əlaqə” anlayışlarını xüsusi vürğulamaq məqsədi ilə bir çox ölkələrdə bu şuar altında maarifləndirici tədbirlər həyata keçirilir. Azərbaycanda da hər il olduğu kimi 14 iyun tarixi xüsusi diqqətlə qeyd olundu. “14 iyun - Ümumdünya Qan Donoru Günü” münasıbəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) daimi tərəfdaşları olan “LAYF” Xeyriyyə İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə bu günə həsr olunmuş xeyriyyə konserti keçirildi. Tədbir həm qan donorları, həm də donor qanına mütəmadi ehtiyacı olanlar üçün təşkil olunmuşdu.İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bu tədbirdə iştirak etdilər. Xeyriyyə tədbirinin sonunda tədbir iştirakçılarına qan donorluğu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı. - 14 iyun 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Bakı şəhərində maarifləndirici aksiya keçirdi.
|
3.8. Qan, qan komponentlərinin, tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması | 2016 - 2020 | |
3.9. Qan və qan komponentləri donorluğuna dair Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq təşkilatların təlimatlarının Azərbaycan dilinə tərcümə edilməsi | 2016 - 2020 |