Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
9.1.1. Ümumrespublika və yerli səviyyələrdə QİX-in qarşısının alınması və onlara nəzarət üzrə Strategiyanın həyata keçirilməsində effektiv sahələrarası əlaqələndirmənin təmin edilməsi | 2016 - 2016 | |
Strategiyanın həyata keçirilməsinə cavabdeh olan, operativ və ümumi əlaqələndirməni həyata keçirən Səhiyyə Nazirliyinin rolunun və vəzifələrinin müəyyən edilməsi və İcra və Əlaqələndirmə Qrupunun (İƏQ) yaradılması | 2016 - 2016 | |
9.1.2. QİX ilə bağlı sahələrarası normativ hüquqi bazanın bütün səviyyələrdə gücləndirilməsi | 2016 - 2016 | |
- Digər dövlət qurumları tərəfindən hazırlanan və ya icra edilən dövlət proqramları, tədbirlər planları və strategiyalarda QİX-lə mübarizəyə dair tədbirlərin əks olunmasının təşviq edilməsi | 2016 - 2017 |
- İSİM-in nümayəndələri Qeyri-infeksion xəstəliklər və qanunvericilik məsələlərinə dair hüquqi hazırlıq üzrə təlim və potensialın gücləndirilməsi seminarında
Seminar ÜST-nin Avropa Regional Bürosunun QİX-lə mübarizə və profilaktikası layihəsi çərçivəsində Hüquq və Xərçəng üzrə McCabe Mərkəzi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birgə ÜST-nin Avropa regionunun bir qrup dövlətlərinin nümayəndələri üçün QİX-lə bağlı hüquqi məsələlər üzrə hazırlıq və bacarıqların artırılması məqsədi daşıyırdı. Seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, Monitorinq və təhlil şöbəsinin əməkdaşı Samir Mehdiyev və Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov iştirak etdilər. Seminarın sonunda QİX-lə əlaqəli Avropa qanunvericiliyi və onun digər üzv ölkələrinin qanunvericilikləri ilə qarşılıqlı əlaqələri, QİX-lə mübarizə sahəsində atılacaq gələcək addımların təyin olunması sessiyası baş tutdu, təcrübə mübadiləsi aparıldı. |
- Digər dövlət qurumları ilə QİX-lə mübarizə istiqamətində onların səlahiyyətlərinə uyğun olaraq birgə görüləcək işlərin müəyyən edilməsi və qarşılıqlı öhdəliklərin sənədləşdirilməsi | 2016 - 2016 | |
- QİX-in yükü, iqtisadi təsiri, davamlı iqtisadi inkişafın bir hissəsi kimi QİX-in qarşısının alınması və onlara nəzarətin vacibliyi haqqında məlumtların bütün maraqlı tərəflərə təqdim edilməsi məqsəd ilə seminarların, simpoziumların keçirilməsi | 2016 - 2017 | |
9.1.3. QİX ilə bağlı səmərəli və bərabərlik prinsipinə əsaslanan tədbirlərin davamlı maliyyələşdirilməsinin və müvafiq büdcə ayırmalarının təmin edilməsi | 2016 - 2020 | |
- Səhiyyə xərclərinin optimallaşdırılması və QİX-lə mübarizədə yalnız səmərəli tədbirlərin həyata keçirilməsi məqsədi ilə institusional və təşkilati dəyişikliklər barədə təkliflərin hazırlanması | 2016 - 2020 | |
9.2.1. QİX-in risk amillərinə qarşı əhali arasında bərabərlik prinsipinə əsaslanan səmərəli tədbirlərin həyata keçirilməsi | 2016 - 2017 |
- İSİM-in nümayəndələrinin iştirakı ilə tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq seminar
2016-cı il martın 3-4-də Rusiya Federasiyasının Moskva şəhərindəÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə Tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı məsələlər üzrə təşkil olunmuş seminarda İSİM-in nümayəndələri iştirak etdi. - Gənclər üçün sağlamlıq forumları
Gənclər üçün sağlamlıq forumlarına 2016-cı il mayın 5-də Bakının Nərimanov rayonunda yerləşən Bakı Modern Məktəbində başlanıldı. Növbəti sağlamlıq forumları 2016-cı il mayın 13-də Bakı şəhəri Nəsimi rayonunda yerləşən 240 nömrəli məktəbdə, mayın 17-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında, mayın 20-də isə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında keçirildi.Forumlarda İSİM –in nümayəndələri tərəfindən erkən nigahlar və onların fəsadları,məişət zorakılığı,tütünçəkmə,narkomaniya və onların zərərləri,sağlam qidalanma və sairə kimi mövzularda təqdimatlar edilmişdir.Təqdimatların sonunda mövzular üzrə videoçarxlar izlənilmiş, İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılmışdır. - ATU-da sağlam qidalanma mövzusunda dəyirmi masa
Tədbirdə iştirak edən Tibb Universitetinin müəllimləri balanslaşdırılmış qidalanmanın üstünlükləri, yağda qızardılmış duzlu və şirin qəlyanaltıların, fas-fud qida məhsullarının insan orqanizminə mənfi təsiri barədə mediaya məlumat verdilər. Həmçinin tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından, hazır un məmulatları və marqarin yağından istifadənin azaldılması və bu məhsullardan gündəlik enerji qəbulunun 1%-ə qədər aşağı salınmasının sağlamlıq üçün zəruriliyi barədə əhalinin maarifləndirilməsinin vacibliyi onların diqqətinə çatdırıldı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə diqqəti şagirdlər arasında sağlam qidalanma vərdişlərinin aşılanması zəruriyyətinə yönəltdi. O, tədbir iştirakçılarına sağlam qidalanmanın, uşaqların qidalanması haqqında müəllimlərin valideynlərlə məlumat mübadiləsinin əhəmiyyəti, həmçinin İSİM-in bu istiqamətdə gördüyü maarifləndirici işlər, apardığı tədqiqatlar barədə qısa məlumat verdi. - İSİM-də "Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi" layihəsi üzrə növbəti iclas
Tədbir iştirakçılarını salamlayan İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün yaradılan Texniki Məsləhətçi Qrupun (TMQ) tütünlə mübarizə ilə əlaqədar keçirilən növbəti tədbirdə iştirakçılara tütünlə mübarizə sahəsinin prioritetləri, problemləri və nailiyyətləri haqqında qısa məlumat verildi. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun Layihəsinin müzakirəsi üçün Milli Məclisdə planlaşdırılan dəyirmi masanın təşkilinə dair iştirakçılarla fikir mübadiləsi etdi. Daha sonra, iştirakçıların nəzərinə “Tütünlə mübarizənin dəstəklənməsinə dair əhali arasında Rəy Sorğusu”nun təşkilin olunacağı çatdırıldı. Görüşün yekununda T. Musayev bildirdi ki, bugünkü görüşün davamı olaraq mövzu ətrafında mütəmadi görüşlər və tədbirlər təşkil olunacaq və məsələ üzrə bütün aidiyyəti qurumlarla və KİV-lə sıx iş birliyi davam etdiriləcək. - "ASAN xidmət" mərkəzində “Tütündən imtina səyyar kabinet”
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ASAN Könüllüləri Təşkilatı ilə birgə təşkil olunan ictimai aksiya 3 gün davam edəcək. Bu müddət ərzində 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edən vətəndaşlara İSİM-in həkimi konsultativ məsləhətlər verəcək, onlara tütündən imtina ilə bağlı yardım göstərəcək. Media nümayəndələri tərəfindən böyük maraqla qarşılanan aksiya zamanı İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Sədinə Babazadə və Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev KİV nümayəndələrinə kameralar qarşısında təbdirin keçirilməsində məqsəd, əhalinin sağlımlığının qorunması istiqamətində tütünlə mübarizənin əhəmiyyətindən danışdılar. - 22 may 2017-ci il tarixdə Bakı şəhərində “Siqaret alma! Alma al!” aksiyası keçirildi.
- 31 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Tütün – inkişaf üçün təhlükə!” mövzusunda yarım günlük seminar təşkil olundu.
- 31 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Tütün – öldürücü təhlükə” adlı maarifləndirici təlim keçirildi.
- 31 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahat Mərkəzi (İSİM) ilə Mərkəzi Neftçilər Xəstəxanası təşkilatçılığı ilə BP Xəzər Mərkəzində Ümumdünya Tütünsüz Günü ilə bağlı aksiya keçirildi
- 30 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “Tütün - inkişaf üçün təhlükə!” mövzusunda dəyirmi masa təşkil olundu.
- 6 iyul 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında KİV-lərin rolu”na həsr olunmuş seminar keçirildi.
- Dünya Bankının nümayəndələri – Moldovadan olan İnsan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban və Ukraynadan olan səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenko 6 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini
|
- Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından təhlili əsasında mövcud hüquqi bazanın gücləndirilməsinə dair təkliflərin hazırlanması | 2016 - 2017 | |
- Təhsil müəssisələrində tütünün sağlamlığa mənfi təsiri barədə maarifləndirici tədbirlərin keçirilməsi üçün mütəxəssislərin müəyyən edilməsi və maarifləndirici-təbliğat xarakterli görüş və mühazirələrin təşkili | 2016 - 2017 |
- İSİM-in mütəxəssisləri “Siqaretə yox deyirik” adlı tədbirdə
26 may 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) “31 May Ümumdünya siqaretlə mübarizə günü”nə həsr olunmuş “Siqaretə yox deyirik” adlı tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Şəhla Mirzəzadə çıxış etdi. Tədbirin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan riskləri qabaqlamaq və geniş əhali kütləsinin tütünün yaratdığı təhlükələr haqda məlumatlandırmaq məqsədi daşıdığı vurğulandı. İnteraktiv şəkildə keçən tədbirdə İSİM tərəfindən bu mövzuyla əlaqədar hazırlanmış maarifləndirici bukletlər paylanıldı. - İSİM-in nümayəndələri “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi və media nümayəndələri üçün brifinqdə
Ümumdünya Tütünsüz Günü ilə əlaqədar 31 may 2016-cı il tarixdə Bakının 189-190 №-li tam orta məktəbinin həyətində şagirdlərin iştirakı ilə asfalt üzərində “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi keçirildi və eyni zamanda media nümayəndələri üçün brifinq təşkil olundu. Səhiyyə Nazirliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda da 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olundu. Tədbirin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya istinad edərək əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan risklərin qarşısını almaq və geniş əhali kütləsini tütünün yaratdığı təhlükələr barədə məlumatlandırmaqdan ibarət idi. Tütünün yaratdığı problemlərə ictimaiyyətin diqqətini çəkmək məqsədi daşıyan və sağlam həyat tərzinin təbliğinə yönəldilən bu tədbir Azərbaycanın da qoşulduğu Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)Çərçivə Konvensiyasının “Maarifləndirmə, məlumatın ötürülməsi, əhalinin hazırlanması və məlumatlandırılması” haqqında 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərinə tam cavab verir. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Lahiyələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış etdi, İSİM əhalinin müxtəlif qrupları arasında maarifləndirici tədbirləri daim həyata keçirdiyi vurğuladı. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə 31 may Ümumdünya Tütünsüz Gününün tarixi, Azərbaycanda tütünlə bağlı mövcud vəziyyət, qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiyada tütün probleminin əksi, əhali arasında tütünsüz mühit yaradılmasında KİV-in rolu haqda təqdimat etdi. Brifinqdən sonra KİV nümayəndələri və tədbir iştirakçıları rəsm müsabiqəsinə qatılaraq qaliblərin mükafatlandırılma mərasimində iştirak etdilər. - "ASAN xidmət"-in əməkdaşları sağlam həyat tərzi ilə bağlı maarifləndirildi
İSİM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Əməkdaşlıq Sazişi çərçivəsində növbəti tədbir "ASAN xidmət" mərkəzinin əməkdaşları üçün təşkil olundu. 29 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçirilən tədbirdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-metodisti Nərgiz Kərimova çıxış etdi. Tədbirdə 1, 2, 3, 4, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin əməkdaşları və Sumqayıt ASAN-dan olan nümayəndələr iştirak etdilər. Online-telekörpü vasitəsiylə isə Sabirabad, Masallı, Gəncə, Bərdə və Qəbələ "ASAN xidmət" mərkəzinin əməkdaşları da “Sağlam həyat tərzinin təbliği” mövzusunda olan təqdimatları görə bildilər. Maarifləndirici mühazirə ilə çıxış edən natiq tədbir iştirakçılarına sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdi. Fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasından danışan məruzəçi sağlamlığın qorunması üçün əhalinin maarifləndirilməsinin çox vacib məqam olduğunu bildirdi. Tədbirin sonunda məruzəçi iştirakçıları maraqlandıran sualları cavablandırdı. Qeyd edək ki, tədbir “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün və digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədilə təşkil olunmuşdur. |
- Tütün məhsullarının satışının nizamlanması ilə bağlı təkliflərin hazırlanması | 2016 - 2017 | |
- İctimai yerlərdə və parklarda tütünün sağlamlığa mənfi təsiri barədə reklam və stendlərin yerləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması | 2016 - 2017 | |
- 9.2.1.-2-ci bənddə nəzərdə tutulan Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq edilməsi və tövsiyələrin verilməsi | 2016 - 2017 | |
- Pərakəndə satış obyektlərində spirtli içkilərin uşaqların sağlamlığına zərər gətirməsi barədə, o cümlədən spirtli içkilərin 18 yaşına çatmayan şəxslərə satışının qadağan edilməsi barədə xəbərdaredici məlumatların (lövhələr, plakatlar, işarələr və s.) hazırlanması və görünən yerlərdə yerləşdirilməsi | 2016 - 2017 | |
- Spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi üzrə təkliflərin hazırlanması | 2016 - 2017 | |
- Spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasının təhlükələri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyəti üzrə paylanılması | 2016 - 2017 | |
- Spirtli içkilərə qoyulan vergilərin artırılması ilə bağlı təkliflərin verilməsi | 2016 - 2017 | |
- Spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi ilə bağlı təkliflərin verilməsi. | 2016 - 2017 | |
- Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə müvafiq həkim-mütəxəssislərin iştirakı ilə maarifləndirici-təbliğat xarakterli görüş və mühazirələrin təşkili | 2016 - 2017 | |
- Ölkə üzrə qidalanmanın əsas məsələlərini və prioritet fəaliyyət istiqamətlərini özündə əks etdirən Fəaliyyət Planının hazırlanması | 2017 - 2018 | |
- Fizioloji qida normalarının hazırlanması | 2016 - 2016 | |
- Tərkibində doymuş yağ turşuları, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarının satışının uşaqlara təsirini azaltmaq üçün tədbirlərin müəyyənləşdirilməsi | 2016 - 2016 | |
- Qida məhsullarından trans və doymuş yağ turşularının qismən çıxarılması və doymamış və ya polidoymamuş yağ turşuları ilə əvəz edilməsi üzrə tədbirlər planının hazırlanması | 2016 - 2017 | |
- Tərkibində hidrogenləşdirilmiş bitki yağları, doymuş yağ turşuları, trans-yağ turşuları, sadə şəkərlər və duz olan qida məhsullarının üzərində tərkib hissələrinin “işıqfor etiketlənmə” qaydasına uyğun olaraq gözə çarpacaq dərəcədə qida bağlamasının önündə göstərilməsi üçün təkliflərin hazırlanması | 2016 - 2017 | |
- Tərkibində duz az olan qida məhsullarının qida bağlamasının önündə xüsusi işarənin (“az duz”) yerləşdirilməsi üzrə təkliflərin hazırlanması | 2016 - 2017 | |
- Əhalinin “işıqfor etiketlənmə” ilə maarifləndirilməsi və onun istifadəsinin izah edilməsi məqsədi ilə maarifləndirici materialların hazırlanması və paylanması | 2017 - 2020 | |
- Yağda qızardılmış duzlu və şirin qəlyanaltılar, fastfood qida məhsulları, tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsulları, hazır un məmulatları və marqarin yağından istifadənin azadılması və bu məhsullardan günlük alınan enerji qəbulunun 1%-ə qədər aşağı salınmasının sağlamlıq üçün zəruriliyi barədə əhalinin maarifləndirilməsinin təşkili (maarifləndirici materialların hazırlanması və paylanılması, TV verilişlərinin təşkili, sosial şəbəkələrdə məlumatların yayılması və s.) | 2016 - 2017 | |
- Əhali arasında sağlam qidalanma, gündəlik xörək duzu miqdarının 5 qramdan aşagı salınması istiqamətində maarifləndirmə kampaniyalarının təşkili | 2016 - 2017 |
- Ümumdünya Sağlam Qidalanma Günü ilə bağlı İSİM-in əməkdaşları üçün maarifləndirmə tədbiri
May ayının 26-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində əməkdaşlar üçün 29 may - “Ümumdünya Sağlam Qidalanma Günü”nə həsr olunmuş növbəti maarifləndirici görüş keçirildi. Həkim-dietoloq Nərmin İsmayılova tərəfindən orqanizmin sağlamlığında məhz düzgün qidalanmanın vacib şərt olduğu vurğulandı və İSİM-in əməkdaşları ilə birgə söhbət əsasında müxtəlif mövzularda: uşaqların qidalanmasında vacib məqamlar, qeyri-sağlam qidalar haqda, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi, 45 yaşdan yuxarı insanlar üçün qida normaları və s. müzakirə edildi. Maraqlı şəkildə keçən bu görüş əsasən 3 istiqamət üzrə aparıldı: uşaqların qidalanması, estetik qidalanma (pəhriz və idman), 45yaşdan yuxarı insanlar üçün qidalanma normaları. Tədbirdə həmçinin əməkdaşlara yuxarıda sadalanan istiqamətlər üzrə qida rasionlarını təşkil etmək, gündəlik istifadə etdikləri yeməkləri müzakirə etmək, qeyri-sağlam qidanı sağlam qidadan seçmək imkanı verildi. Daha sonra həkim-dietoloqun müxtəlif xəstəliklərə meylli olan insanlar üçün məsləhətləri, tövsiyələri dinlənildi, hər bir əməkdaşı maraqlandıran suallar cavablandırıldı. |
- Ümumi təhsil məktəblərində sağlam qidalanma vərdişlərinin aşılanması məqsədli tədbirlərin təşkili | 2016 - 2017 | |
- Ümümi təhsil müəssisələrinin yeməkxanalarında tərkibində doymuş və trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarının satışının azaldılması və qadağan edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi | 2016 - 2016 | |
- Hər bir şagirdin yediyi qidanın enerji dəyərini hesablamağı bilməsi və buna vərdiş etməsi, qida məhsulunu alarkən və ya yeyərkən qidanın üzərində göstərilən tərkib hissəsinə və son istifadə tarixinə nəzər salmağa vərdiş etməsi üçün təhsil müəssisələrində sağlam qidalanma haqqında şagirdlər arasında müxtəlif yollar ilə mütəmadi maarifləndirmənin aparılması | 2016 - 2017 | |
- Müvafiq tibb heyətinin bu istiqamətdə təlimləndirilməsi | 2016 - 2017 | |
- Əhalinin yenidoğulmuşların ilk 6 ay ərzində yalnız ana südü, 2 yaşına qədər isə digər qidalar ilə yanaşı ana südü ilə qidalandırılmasının ana və uşağın sağlamlığı üçün zəruriliyi haqqında məlumatlandırılması (buklet, plakat, videoçarx və s. hazırlanması) | 2016 - 2017 | |
-İctimai yerlərdə qadınların və yeni ailələrin ana südü ilə qidalandırılmanın həyati vacibliyinin vurğulaması ilə bağlı kampaniyaların təşkil edilməsi | 2016 - 2017 | |
- İctimai yerlərdə uşaqların ana südü ilə qidalandırılması üçün analara rahat şəraitin yaradılmasının təşviq edilməsi | 2016 - 2017 | |
- Körpələrin ana südü ilə qidalandırılmasının zəruriliyinin təhsil müəssisələrində təbliği | 2016 - 2017 | |
- Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr vasitəsi ilə) | 2016 - 2017 | |
- Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair sosial çarxların hazırlanması, KİV və digər üsullarla yayımlanmasının təşkili | 2016 - 2017 | |
- Radio və televiziya vasitəsi ilə mütəxəssislərin fiziki aktivliyin təbliğinə dair çıxışlarının təşkili | 2016 - 2017 | |
- Ümumi təhsil müəssisələrini cəlb etməklə fiziki aktivliyin təbliği məqsədi ilə ictimai yerlərdə kütləvi aksiyaların təşkili, o cümlədən 6 Aprel Ümumdünya Fiziki Aktivlik Gününün keçirilməsi | 2016 - 2017 |
- “Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında gənclərin sağlamlıq festivalı
“6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə 2013-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Gənclərin növbəti sağlamlıq festivalı “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən 2016-cı il aprelin 20-də Suraxanı rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında“Fiziki aktivliyi seç, xəstəliyi ötüb keç!” şüarı altında keçirildi. 2016-cı il "7 aprel Ümumdünya Sağlamlıq Günü" mövzusunun şəkərli diabetlə mübarizəyə həsr olunmasını nəzərə alaraq, festivalda “Fiziki aktivliyi seç, diabeti ötüb keç!” şüarı altında diabetlə mübarizədə fiziki aktivliyin vacibliyi də önə çəkildi. Gənclərin sağlamlıq festivalının təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı Rayon İcra Hakimiyyəti, İSİM, Ümumdünya Səhiyyə Təşkilatı və “İnkişaf Naminə İdman” İctimai Birliyidir. Sağlamlıq festivalının məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuş festivala musiqi ilə başlanıldı. Bu müddət ərzində parkın bir neçə yerində Suraxanı rayonu üzrə müxtəlif idman bölmələri fəaliyyətə başlayacaq və nümunəvi çıxışlar göstərdilər. İdman bölmələrində fəaliyyət göstərən məşqçi-təlimatçılar musiqi sədaları altında tədbir yerinə təşrif buyuran ailələr və uşaqları da bu fəaliyyətlərə qatılmağa dəvət etdilər. Təklif edilən idman növlərinə yüngül atletika, karate, akrobatika, basketbol, futbol daxil idi. Maraqlı əyləncəli idman fəaliyyətlərindən biri də parkın görüntülü yerində quraşdırılmış üfürülmə idman qurğusundakı yarışlar oldu. Sonda musiqi nömrəsi oldu, müsabiqələrdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundular, 1, 2, 3-cü yerləri tutan məktəblər isə diplom, sertifikat, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. Sağlamlıq festivalı çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı. |
- Mütəxəssislərin iştirakı ilə tam orta məktəblərdə şagird və müəllim heyəti üçün fiziki aktivliyin sağlamlığa müsbət təsiri barədə maarifləndirmə işinin aparılması | 2016 - 2017 | |
- Ümumi təhsil müəssisələrinin kurrikulumunda fiziki aktivlik barədə məlumatın təkmilləşdirilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq edilməsi və tövsiyələrin verilməsi | 2016 - 2017 | |
- İş yerləri üçün fiziki aktivlik proqramlarının təşviq edilməsi | 2016 - 2017 | |
- Təkmilləşdirilmiş şəhərsalma planlarının, o cümlədən idman obyektlərinin tikilməsinin və parkların salınmasının təşviq edilməsi | 2016 - 2017 | |
- QİX-in əsas risk amillərinin profilaktikasına dair hazırlanacaq və yenilənəcək klinik protokolların siyahısının müəyyən edilməsi | 2016 - 2016 | |
- Hazırlanacaq və yenilənəcək hər bir klinik protokol üzrə işçi qrupun müəyyən edilməsi | 2016 - 2016 | |
- Klinik protokolların hazırlanması, yeniləşdirilməsi | 2016 - 2017 | |
- Səhiyyə mütəxəssisləri üçün (xüsusilə də ilkin səhiyyə işçiləri) QİX-lə bağlı klinik protokollar üzrə təlimlərin keçirilməsinin təşkili | 2016 - 2017 | |
- Qeyri-səhiyyə mütəxəssisləri üçün QİX-in risk amillərinə dair təlim (o cümlədən e-təlim) paketinin hazırlanması | 2016 - 2017 | |
- Hazırlanmış təlim paketi üzrə qeyri-səhiyyə mütəxəssisləri üçün təlimlərin (o cümlədən online) keçirilməsi | 2016 - 2017 | |
9.2.2. QİX-in risk amillərinin qarşısının alınması | 2016 - 2017 |
- “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin tətbiqinə dair seminar
ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək etməkdir. Tədbiri İSİM-in direktoru Ceyhum Məmmədov iştirakçıları və qonaqları salamlamaqla açaraq ölkəmizdəki uşaqların sağlamlıqlarına dövlət tərəfindən göstərilən diqqətdən danışdı. O, uşaqların sağlamlıq durumunun qorunub saxlanılmasını təmin edən bir sıra dövlət proqlamları, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş sənədlər haqda məlumat verdi. Tədbirin ilk günü İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təqdimatı ilə tədbir iştirakçılarının diqqətini məktəb yaşlı uşaqlara hədəflənən və müxtəlif aspektlərdən İSİM tərəfindən aparılan tədqiqatlara yönəltdi. Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber uşaq sağlamlığının inkişafı və bu inkişafda ÜST-nin rolu, məktəblərdə Sağlamlıq Xidmətlərinə dair ÜST-nin standartları və qaydaları haqqında, Avropada “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinin sədri Quf Buics isə Avropada sözügedən şəbəkənin gördüyü işlər və bu inkişaf siyasətinin milli səviyyədə inkişafı üzrə lazımi fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məruzələr etdilər. Dəvət olunmuş ekspertlərin yerli məktəblərdə sağlamlığın qorunması üzrə mövcud vəziyyətlə tanışlıq üçün 17 yanvar 2017-ci il tarixdə Bakı şəhərinin iki məktəbinə ziyarəti baş tutdu. Bundan sonra seminarın işi davam etdirildi və yekunda iştirakçılar tərəfindən məktəblərdə sağlamlığın təşviqi üzrə yanaşmanın Azərbaycanda tətbiqi ilə bağlı təkliflər hazırlandı. - İSİM-də “Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu” üzrə seminar
Avropada və digər ölkələrdə həyata keçirilən və uşaqların sağlamlığının təşviqinə dəstək verən tədqiqatın Azərbaycanda da tətbiq edilməsi üçün təşkil olunmuş bu seminar Azərbaycanda uşaqların vəziyyətinə dair aparılmış sorğuların nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmaq və uşaqların sağlamlığının qorunması yolunda Azərbaycanda həyata keçirilməsi düşünülən bu tədqiqatın iş strukturunu müzakirə etməyə yönəlmişdi. Tədbiri İSİM-in direktoru Ceyhum Məmmədov iştirakçıları və qonaqları salamlamaqla açaraq ölkəmizdəki uşaqların sağlamlıqlarına dövlət tərəfindən göstərilən diqqətdən danışdı. Seminarın birinci günündə tədbir iştirakçılarını ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və bu problemlərin həlli istiqamətində əldə olunmuş nailiyyətlər barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov məlumatlandırdı. O, uşaqların sağlam qidalanması, sağlam davranışları, dispanserizasiya və reproduktiv sağlamlıqla bağlı keçirilmiş sorğuların nəticələrini iştirakçıların diqqətinə çatdırdı. Daha sonra seminarda çıxış edən ÜST-nin Avropa Regional Bürosunun müşaviri Martin Veber iştirakçılara ÜST-nin Uşaq və yeniyetmələrin sağlamlığı (HBSC CAH) strategiyası baxımından Azərbaycandakı ilkin vəziyyət və strategiya üçün əhəmiyyətli faktlar, Latviyanın Xəstəliklərə Nəzarət Mərkəzinin İctimai Səhiyyənin təhlili üzrə baş mütəxəssisi, ÜST-nin beynəlxalq eksperti İveta Pudele isə "Məktəb yaşlı uşaqların sağlam davranışlarına dair sorğu" şəbəkəsi və onun 2016-cı ilə dair beynəlxalq hesabatı haqqında geniş məlumat verdi. Yekunda beynəlxalq ekspertlərin iştirakı ilə təşkil olunmuş iki günlük bu tədbirin həm qonaqların, həm də yerli mütəxəssislərin təcrübələrinin artırılmasında böyük töhfə olduğu bildirildi və Azərbaycanın ÜST-nin “Sağlamlığı təşviq edən Məktəblər” şəbəkəsinə daxil olması üçün piot monitorinqin keçirilməsi qərara alındı. - “Gənclər arasında piylənmə və artıq çəki” mövsuzunda onlayn formatlı mühazirə
İSİM-in nümayəndələri geniş auditoriya qarşısında maarifləndirici mühazirə ilə çıxış edərək gənclərə müasir cəmiyyətin ciddi tibbi-sosial və iqtisadi problemi olan piylənmənin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verdilər. Qusar, Qazax, Göyçay, Şirvan, Şamaxı, Şəki rayonlarından olan məktəblilərin, müəllim və valideynlərin, həmçinin tibb işçilərinin onlayn qoşulduğu videokonfransda İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov, Tibbi keyfiyyət standartları şöbəsinin meneceri Nərmin Əliyeva, Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova iştirak etdilər. Mütəxəssislər gənclərə mübadilə proseslərinin pozulması nəticəsində orqanizmdə piyin dərialtı və digər toxumalarda toplanması və bədən kütləsinin artması ilə xarakterizə edilən piylənmənin səbəb olduğu bir neçə xəstəlik, xüsusən diabet, sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, düzgün qidalanmanın əsas prinsipləri, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar verdilər. - “Məktəblilər arasında fiziki aktivliyin inkişafı” mövzusunda tədbir
Tədbirdə İSİM-in əməkdaşı Elnarə Nuriyeva məktəblilərə və onların müəllimlərinə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğuladı, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs etdi: “5-17 yaş qrupunda olan uşaq və yeniyetmələr üçün fiziki aktivlik oyunlar, yarışlar, idmanla məşğul olma, gəzinti, sağlamlaşdırıcı tədbirlər, ailə, məktəb, rayondaxili bədən tərbiyəsi tədbirlərindən və ya dərslərindən ibarətdir. Bütün bunlar, ürək-damar sisteminin, skeletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklər riskinin azaldılmasına səbəb olur”. E.Nuriyeva, həmçinin İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər haqqında qısa məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. - ASAN könüllüləri üçün "Tütün - öldürücü təhlükə" adlı maarifləndirici təlim
Təlimdə maarifləndirici təqdimatla çıxış edən İSİM-in mütəxəssisi Şəhla Mirzəzadə ASAN könüllülərinə tütünün insan orqanizminə vurduğu zərərlərdən, tütün tüstüsünün qeyri-infeksion xəstəliklərə səbəb olmasından, eləcə də fiziki sağlamlıqla yanaşı, psixoloji təsirlərindən danışdı və tütünün insana yarada biləcəyi problemləri təlim iştirakçılarının diqqətinə çatdırdı. İştirakçılarla interaktiv formada davam edən təlimdə mütəxəssis tütündən istifadəni tərgitməyin yollarından və bununla bağlı İSİM tərəfindən əldə olunan təcrübədən bəhs etdi. Təlimin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın müvafiq tələblərinə uyğun olaraq həyata keçirildiyini vurğulayan natiq dövlətimizin bu problemə olan böyük diqqətindən, xüsusən də gənclərin tütün aludəçiliyindən uzaq olmaları üçün görülən işlərdən, atılan addımlardan danışdı. - Ümumdünya İmmunitet gününə həsr olunmuş dəyirmi masa
“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına əsasən təşkil olunan dəyirmi masada KİV-ləri və onlar vasitəsiylə ictimaiyyəti uşaqların dispanzerizasiyası barəsində məlumatlandırmaq məqsədi daşıyırdı. Tədbirdə iştirak edən həkim-pediatrlar, uşaq poliklinikalarının həkimləri Azərbaycanda uşaqların icbari dispanserizasiyasının uğurla həyata keçirilməsi barədə ətraflı məlumatlar verildi, statistik göstəricilər açıqlandı. Tədbir iştirakçılarına uşaqların icbari dispanserizasiyasının məqsəd və vəzifələri, Dövlət Proqramının mahiyyəti və əsas hədəfləri haqda iştirakçısı Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev danışdı. Baş pediatr dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlər haqda jurnalistlərə məlumat verdi. Tədbirin sonunda KİV nüməyəndələrin sualları cavablandırıldı və İSİM tərəfindən uşaqların icbari dispanserizasiyası mövzusunda hazırlanmış maarifləndirici materiallar paylanıldı. - Məktəblilər üçün “Sağlam qidalanma” mövzusunda seminar
Təlimdə İSİM-in əməkdaşı Nərmin Əliyeva məktəbin yuxarı sinif şagirdlərinə və müəllim heyətinə sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda təqdimat etdi. O, sağlam qidalanmanın balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarət olduğunu qeyd etdi. Məktəblilərin böyük marağına səbəb olan təqdimatda N.Əliyeva sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdikdən sonra şagirdləri maraqlandıran sualları cavablandırdı. Daha sonra İSİM-in digər mütəxəssisi Şəhla Mirzəzadə “Enerji balansı və enerji sərfi” mövzusunda təqdimat ilə çıxış etdi. Həkim-metodist insanların sağlam qidalanmadıqları təqdirdə mübadilə proseslərinin pozulması hallarının baş verdiyini, bunun nəticəsində yaranan və ictimai sağlamlığa təhlükə sayılan piylənmə hallarını da tədbir iştirakçılarının diqqətinə çatdırdı. - İslam Universitetində Ümumdünya Fiziki Aktivlik Günü
Tədbirdə İSİM-in əməkdaşı Elnarə Nuriyeva tələbələrə fiziki aktivliyin və sağlam həyat tərzinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis fiziki aktiv olmağın və sağlam həyat tərzi sürməyin orqanizm üçün vacibliyini vurğuladı. O, passiv həyat tərzi ucbatından yaranan xəstəliklər, onların risk amillərindən bəhs etdi. Natiq həmdə qeyd etdi ki, müasir dövün tələblərinə uyğunlaşaraq gündəlik fəaliyyətlərində fiziki aktivliyə çox az yer ayrılır. Günlərinin əksər hissəsi passivlikdə, oturaq şəraitdə keçir, bu da öz növbəsində, yaşından, saqlamlıq durumundan asılı olmayaraq orqanizmdə problemlər yaradır, müxtəlif xəstəliklərin emələ gəlməsinə yol açır. Tədbirdə həmçinin qeyd olundu ki, aktiv həyat tərzi ürək-damar sisteminin, skeletin, əzələ toxumasının möhkəmləndirilməsinə və qeyri-infeksion xəstəliklərin riskinin azaldılmasına səbəb olur. E.Nuriyeva İSİM-in əhalinin sağlamlığının qorunması naminə bu istiqamətdə həyata keçirdiyi işlər barədə qısa məlumatı da tədbir iştirakçıları ilə bölüşdü. Tədbirin sonunda iştirakçılar İSİM tərəfindən hazırlanmış fiziki aktivliyin faydalarından bəhs edən maarifləndirici materiallarla tanış oldular, daha sonra onları maraqlandıran suallar mütəxəssis tərəfindən cavablandırıldı. - “Hərəkətdəsən! Pozitivsən!”
“Sağlamlıq festivalı”nın məqsədi gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Xətai rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlarda iştirak etdilər. Tədbirin sonunda estafetdə iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundular. 1-ci (245 saylı orta məktəb), 2-ci (138 saylı orta məktəb) və 3-cü (204 saylı orta məktəb) yerləri tutan məktəblər isə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırıldılar. - 14 iyul 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlamlığı təşviq edən Məktəblər” (School Health Education - SHE) beynəlxalq layihəsinin Azərbaycanda yaradılması istiqamətində növbəti tədris ilinin Fəaliyyət Plan
|
- Sağlam həyat tərzinə və QİX-in profilaktikasına dair kommunikasiya strategiyasının hazırlanması, təsdiqlənməsi və KİV, digər müvafiq qurumlar cəlb olunmaqla tətbiqinin təşkili | 2016 - 2017 | |
- QİX-in risk amillərinin qarşısının alınması ilə bağlı əhalinin müxtəlif təbəqələrinin bilik və bacarıqlarını artırmaq üçün çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) və sosial çarxların hazırlanması və onların KİV ilə yayımlanmasının təşkil edilməsi | 2016 - 2017 | |
- Əhalinin sağlam həyat tərzinin təşviqinə yönəldilən kütləvi aksiyaların, eləcə də İnternet resurslarından və sosial şəbəkələrdən geniş istifadə etməklə, "SMS" və mobil rabitə imkanlarını araşdırmaqla təşviqat kampaniyalarının və digər tədbirlərin KİV və digər qurumlar cəlb olunmaqla təşkil edilməsi | 2016 - 2017 | |
- Sağlam həyat tərzi barədə məlumatların məktəb təhsili kurrikulumuna daxil edilməsinin təşkili | 2016 - 2017 | |
- Respublikanın ümumi təhsil müəssisələrində şagird və müəllim heyəti ilə sağlam həyat tərzi barədə müvafiq görüşlərin təşkili | 2016 - 2017 | |
9.3.1. İnteqrasiyaya əsaslanan vahid yanaşma vasitəsilə QİX ilə bağlı, xüsusən də ilkin səhiyyədə, əlçatan və istifadəsi əhali üçün mümkün olan, keyfiyyətli, sübutlara əsaslanan tibbi xidmətlərə və keyfiyyətli dərmanlara əhalinin ayrı-ayrı qrupları üçün bərabər çıxışın təmin edilməsi | 2016 - 2017 | |
- Beynəlxalq təcrübənin öyrənilməsi əsasında skrininq və erkən aşkarlanma üçün səmərəli, sübutlara əsaslanan proqramların işlənib hazırlaması və həyata keçirilməsi (Süd vəzi, kolorektal və uşaqlıq boynu xərçəngləri, hipertoniya, və s.) | 2016 - 2018 |
- ÜST-nin ekspertlərinin iştirakı ilə İSİM-də onkoloji xəstəliklərin profilaktikası
Bu ilin may ayının 31-indən başlayaraq ÜST-nın Avropa Regional ofisinin Qeyri-infeksion xəstəliklər idarəsinin mütəxəssisləri Dr. Marilis Korbeks və Dr. Andre İlbavinin iştirakı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) onkoloji xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə görüşlər təşkil olundu. Görüşlərin keçirilməsi, dünyada eləcə də Azərbaycanda son illər sayı artan onkoloji xəstəliklərin önlənməsi, xərçəng xəstəliklərinin qarşısının alınması, effektiv skrininq proqramlarının tərtib edilməsi, onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəsisahəsində beynəlxalq təcrübənin, xüsusən də profilaktik tədbirlərə dair ÜST-nin təcrübəsini (dünyanın müxtəlif bölgələrində həyata keçirilən) öyrənmək məqsədi daşıyırdı. İyun ayının 2-nə qədər davam edən bu görüşlər həmçininMilli Onkologiya Mərkəzində və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyində dəkeçirildi. Bir neçə gün davam edən tədbirlərdə palliativ xidmətin ölkəmizdə yaradılmasının vacibliyi vurğulandı və ilkin mərhələdə palliativ xidmətin pilot modelinin təşkilinin zəruriliyi, palliativ xidmətlə bağlı qanunvericiliyin yaradılması kimi məsələlər müzakirə olundu. Əlavə olaraqHPV-yə qarşı vaksinasiya, uşaq və gənclər arasında effektiv profilaktika tədbirlərinin təşkili, xərçəng xəstəliklərinin müalicəsində həyati vacib dərman preparatlarının əlçatanlığı və s. məsələlər üzrə də fikirlər dinlənildi. 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Milli Strategiya” nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.3 bəndinə əsasən QİX-in qarşısının alınması və onlara nəzarətin yaxşılaşdırılması üçün inteqrasiya olunmuş tibbi xidmətlərin, o cümlədən ilkin profilaktika, skrininq və erkən aşkarlanma, müalicə, reabilitasiya tədbirlərinin və palliativ qayğının gücləndirilməsihaqda olan məqamlar yerli mütəxəssislər tərəfindən xarici ekspertlərin diqqətinə çatdırıldı. Bu istiqamətlərdə işin təşkilinin vacib olduğu bildirildi. Yekun olaraq Azərbaycanda ən uğurlu strategiya və yanaşmaları tətbiq etmək, ölkəmizdə QİX-lərin qarşısının alınmasına və əhali arasında xəstələnmə və vaxtından əvvəl ölüm hallarının azaldılması istiqamətində nailiyyətlər əldə etmək üçün atılacaq addımlar müəyyən edildi. |
- Səhiyyə xidmətlərinin bütün səviyyələrində QİX-in qarşısının alınması və müalicəsi üçün sübutlara əsaslanan standartların və klinik protokolların hazırlanması və yeniləşdirməsi, o cümlədən müvafiq QİX-in müayinə və müalicəsi, habelə davamlı təqibi üzrə klinik təlimatların, metodik vəsaitlərin və müalicə alqoritmlərinin hazırlanması | 2016 - 2017 | |
- QİX-in müalicəsi üçün tələb olunan əsas və yardımçı dərman qruplarının müəyyən edilməsi | 2016 - 2016 | |
- QİX ilə bağlı ümumrespublika və yerli səviyyədə palliativ və reabilitasiya xidmətlərini yaratmaq | 2016 - 2020 | |
9.3.2. QİX üzrə xidmətlərin göstərilməsinin yaxşılaşdırılması üçün hazırlıqlı insan resurslarının ölkədə, xüsusilə də kənd yerlərində, bölgüsünün bərabər təmin edilməsi | 2016 - 2018 | |
- İlkin səhiyyə mütəxəssislərinin QİX ilə mübarizə və pasiyentləritəlimatlandırma bacarıqları üzrə hazırlığının artırılması məqsədi ilə müvafiq metodik vəsaitlərin hazırlanması və təlimlərin keçirilməsi | 2016 - 2020 |
- İSİM-in mütəxəssisləri tərəfindən QİX və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi
Son zamanlar səhiyyə sisteminin bütün səviyyələrində müşahidə olunan inkişaf, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin yüksək səviyyəli təmiri, təchizatı, müasir standartlara uyğun yeni tibb ocaqlarının yaradılması, ölkə üzrə tibbi yardımın təşkilinin təkmilləşdirilməsi, pilot olaraq regionlarda icbari tibbi sığortaya hazırlıq işlərinin görülməsi tibb işçilərinin ixtisas səviyyələrinin yüksəldilməsi məsələsini daha da aktual edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycanda icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqi aparılan Mingəçevir şəhəri və Yevlax rayonunun Mərkəzi xəstəxanalarının ilkin səhiyyə səviyyəsində (İSX) çalışan həkimləri üçün 2016-cı ilin 14-15 və 16-17 noyabr tarixlərində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssislərinin iştirakı ilə qeyri-infeksion xəstəliklər (QİX) və onların risk amillərinin qarşısının alınmasına dair təlimlər keçirildi. Təlimlərin əsas məqsədi İSX səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsi idi. Çünki səhiyyə xidmətləri QİX nəticəsində insanların səhhətinə dəyən zərəri aradan qaldırmağa çalışsa da, bu problemin həllində əhəmiyyətli nəticələr əldə etmək üçün məhz əhali ilə bilavasitə təmasda olan İSX-də çalışan tibb işçilərinin bilik və bacarıqları mühüm rol oynayır. Layihənin ilkin mərhələsində təlimlərə qeyd olunmuş regionlarda ilkin səhiyyə səviyyəsində çalışan 40 həkim cəlb olundu. Təlimlər zamanı ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin QİX-in profilaktikasında rolu, xəstə gəlişinin strukturu (anamnez, fiziki baxış, daxili orqanların vəziyyəti, müalicə planı və riskin azaldılması üçün profilaktik tədbirlər/məsləhətlər), insanın yaşına və cinsinə əsaslanan QİX-in risk faktorlarına aid profilaktik məsləhətlər; eləcə də bədən çəkisinin azaldılması, qidalanma, davranışın dəyişdirilməsi və s. məsələlərə xüsusi diqqət yetirildi. |
- Səhiyyə mütəxəssisləri üçün QİX ilə mübarizə üzrə bacarıqlara əsaslanan fasiləsiz təhsil təlimləri üzrə toplunun işlənib hazırlanması və tətbiqi, o cümlədən virtual elektron təlimlərin hazırlanması, təşkili, teletəbabət vasitəsi ilə həkimlər arasında bilik və təcrübə mübadiləsinin təşkili | 2016 - 2018 | |
9.3.3. Savadı və sağlamlıqla bağlı məlumatı zəruri səviyyədə olmayanlara xüsusi diqqət yetirilərək əhalinin, ailənin və pasiyentin QİX ilə bağlı məsələlər üzrə maarifləndirilməsi | 2016 - 2017 | |
- Əhali/ailə/pasiyentlərin öz sağlamlıqlarının qoruması üzrə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyati üzrə paylanılması | 2016 - 2017 | |
- Sağlamlıq portalı və Səhiyyə Nazirliyinin digər elektron resursları vasitəsi ilə QİX və onların profilaktikası, habelə müalicəsinə dair daha dərinləşdirilmiş məlumatların hazırlanması | 2016 - 2017 | |
- Əhali/ailə/pasiyentlərin öz sağlamlıqlarının qorumasına yönəldilən kütləvi aksiyalar və kampaniyaların təşkil edilməsi, bu məqsədlə mobil, internet və KİV resurslarından, sosial şəbəkələrdən geniş istifadə edilməsi | 2016 - 2017 | |
- İSX səviyyəsində əhali/ ailə/ pasiyentlərin maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği işinin gücləndirilməsi | 2016 - 2017 | |
- QİX-in risk amillərinə dair hərtərəfli kommunikasiya paketinin hazırlanması | 2016 - 2017 | |
9.4.1. Məlumatların cins, yaş və sosial-iqtisadi göstəricilərə əsasən bölüşdürülməsini təmin etməklə, QİX və onların risk amilləri üzrə epidemioloji nəzarət, registrlər və elektron qeydiyyat sistemi daxil olmaqla, dövlət səhiyyə informasiya sisteminin gücləndirilməsi | 2016 - 2018 | |
- QİX-ə dair Dövlət Registrlərində toplanmış məlumatlara əsasən elmi-epidemioloji araşdırmaların aparılması və müvafiq elmi sərgilərdə nəticələrin müzakirəsi və dərci | 2016 - 2017 | |
- Dövlət Registrlərinin yaradılması və fəaliyyəti, registrlərin QİX-ə dair tibbi epidemioloji vəziyyətin təhlili və gələcək tədbirlərin planlaşdırılmasında rolu mövzusunda elmi konfransların və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlim kurslarının təşkili | 2016 - 2018 | |
- Dövlət registrlərində çalışan mütəxəssislərin müntəzəm təlimatlandırılması və fəaliyyətinin təşkilinə dair bilik və bacarıqlarının artırılması, habelə registrlərdə toplanan məlumatların təhlilinə dair müvafiq statistik proqramlardan istifadə üzrə təlimlərin təşkili və metodik təlimatların hazırlanması | 2016 - 2018 | |
9.4.2. QİX-nin qarşısının alınması və ona nəzarət üçün həyata keçirilən strateji planlaşdırmanın əsası kimi tədqiqatların və elmi sübutlara əsaslanan nəticələrin istifadəsinin gücləndirilməsi | 2016 - 2020 |
- İSİM-in nümayəndələri “Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə” mövzusunda təlim kursu
2016-cı il aprelin 18-23-də Rusiya Federasiyasının paytaxtı Moskvada “Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası və onlarla mübarizə” mövzusunda ikinci təlim kursu keçirildi. Kurs Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəstəyilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu və ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası, bu xəstəliklərlə mübarizədə siyasətin təşkili ilə bağlı mütəxəssis hazırlığı və təhsili üzrə mərkəzi tərəfindən təşkil olundu. İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin səhiyyənin idarə edilməsi üzrə ali məktəbinin bazasında keçirilən kursun əsas aktuallığı “Avropada 2016-2025-ci illərdə QİX-in profilaktikası və bu xəstəliklərlə mübarizə üzrə Fəaliyyət Planı”nın qəbulu ərəfəsində keçirilməsindədir. QİX üzrə milli proqram rəhbərləri və mütəxəssislərinin, milli səviyyədə QİX-lə mübarizədə siyasətin təşkili ilə məşğul olan şəxslərin iştirakçısı olduğu kursda Azərbaycanı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktorunun birinci müavini Rauf Məmmədov və Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Töhfə Cəmilova təmsil etdilər. Kursda milli resurslar əsasında QİX-in profilaktikası və QİX-ə nəzarət sahəsində davamlı proqramların hazırlanması və möhkəmləndirilməsi, risk amillərinin azaldılmasında inkişafa nail olunması məsələlərinə diqqət edildi. Həmçinin QİX-lə mübarizə sahəsində ölkə nümunələri əsasında təcrübə mübadiləsi aparıldı, bu sahədə rast gəlinə biləcək maneələr və çətinliklər müzakirə edildi. QİX-lə mübarizədə kompleks yanaşmanın gücləndirilməsi məqsədilə gələcək addımlar müəyyən edildi və tövsiyələr dinlənildi. Kurs çərçivəsində iştirakçılar Rusiya Federasiyasının QİX-in profilaktikası və QİX-lə mübarizə sahəsində aparıcı elmi-araşdırma institutlarının nümayəndələri ilə görüşmək və fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. ÜST-nin qeyri-infeksion xəstəliklərin profilaktikası və bu xəstəliklərlə mübarizə sahəsindəki strateji sənədlər əsasında hazırlanan kursun proqramı Avropa regionu ölkələrində QİX-in profilaktikası üzrə ölkə paketinin qəbuluna dəstəyə yönəldilib. |
- QİX-ə dair tədqiqatların prioritet istiqamətlərini formalaşdırmaq məqsədi ilə tədqiqat planını işləyib hazırlamaq və tətbiq etmək | 2016 - 2017 | |
- Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq QİX-ə dair vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi | 2016 - 2017 | |
- QİX-ə dair aparılan tədqiqat və araşdırmaların nəticələrinin dərci, mütəxəssislər tərəfindən nəticələrin geniş müzakirəsi və qiymətləndirilməsi, habelə bu istiqamətdə elektron resursların istifadəsi | 2016 - 2020 | |
- QİX-ə dair regional və beynəlxalq elmi tədqiqatların və araşdırmaların dəstəklənməsi, müxtəlif ölkələrin tədqiqatçıları ilə mübadilə proqramlarının və birgə araşdırmaların dəstəklənməsi | 2016 - 2017 | |
- QİX-ə dair ildə bir dəfə milli və iki ildən bir beynəlxalq hesabat xarakterli elmi-praktik konfransların keçirilməsi | 2017 - 2017 | |
QİX-in risk amiilərinin ölkədə yayılması və xüsusiyyətləri üzrə milli səviyyədə reprezentativ tədqiqatların aparılması | 2016 - 2020 | |
- Uşaqlar arasında QİX-in risk amillərinin yayılması üzrə tədqiqatların aparılması | 2017 - 2017 | |
9.5.1. QİX-nin qarşısının alınması və onlara nəzarət üzrə strategiyanın həyata keçirilməsinin monitorinqi və qiymətləndirilməsi çərçivəsinin işlənib hazırlanması | 2016 - 2017 | |
- Strategiyanın həyata keçirilməsinin monitorinqi və qiymətləndirilməsi mexanizminin işlənib hazırlanması | 2016 - 2020 | |
- Mütəmadi monitorinq və qiymətləndirmə üçün planın və indikatorların işlənib hazırlanması | 2016 - 2016 | |
9.5.2. Strategiyanın yerinə yetirilməsi və fəaliyyətin qiymətləndirilməsi | 2016 - 2020 | |
- Monitorinq nəticələri əsasında tövsiyələrin hazırlanması | 2016 - 2017 |