Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
16(22.1). Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar tədbirlərin sürətləndirilməsi | 2012 - 2015 | |
- Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar təkliflərin təqdim edilməsi | 2012 - 2015 |
- Səhiyyə sistemində icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar təkliflərin təqdim edilməsi
İctimai Səhiyyə və İslahatlar Mərkəzində İcbari tibbi sığorta sisteminin tətbiqi məqsədilə “İcbari tibbi sığorta Proqramı”nın layihəsi, icbari tibbi sığorta münasibətlərinin şamil edilməyən əhali kateqoriyalarının siyahısı və icbari tibbi sığorta münasibətləri tətbiq edilən əhalinin müxtəlif kateqoriyaları üçün sığorta haqlarının odənilmə qaydası üzrə təkliflər hazırlanmışdır. |
21(26.1) Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak, habelə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq orqanları ilə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi | 2012 - 2015 | |
- davamlı olaraq Qlobal Fondun Qiymətləndirmə Şurası və Ölkə Əlaqələndirmə Mexanizmində olan təşkilatlarla əlaqələrin davam etdirilməsi | 2012 - 2015 | |
- Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda həyata keçirdiyi proqramlar çərçivəsində təşkilatın Proqram Büdcə Administrasiyası ilə fəaliyyətin gücləndirilməsi | 2014 - 2015 | |
22(26.2) Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələrin icrası istiqamətində zəruri tədbirlərin davam etdirilməsi | 2012 - 2015 | |
- Transparency İnternational təşkilatının və BMT, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) Azərbaycan Respublikasına verilmiş tövsiyələri əsasında səhiyyə sahəsində həyata keçirilən milli və beynəlxalq layihələrin aşkarlıq şəraitində şəffaf aparılması üzrə fəaliyyətin davam etdirilməsi | 2012 - 2015 | |
- Transparency İnternational təşkilatının nümayəndəsinin iştirakı ilə dəyirmi masanın və ya telefon konfransının keçirilməsi | 2012 - 2015 | |
- Avropa Şurasının ölkə üzrə Tərəqqi hesabatlarında səhiyyəyə dair tövsiyələrin yerinə yetirilməsi | 2012 - 2015 | |
23(27.1) Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi | 2012 - 2015 | |
- fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrasına cəlb olunacaq vətəndaş cəmiyyəti institutların müəyyən edilməsi | 2014 - 2015 | |
- milli strategiyanın həyata keçirilməsinə qeyri-hökümət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdaşların cəlb edilməsi işində müxtəlif layihələrin hazırlanması | 2012 - 2015 | |
- “Əhalinin səhiyyə xidmətlərindən razılıq səviyyəsinin müəyyənləşdirilməsi” məqsədi ilə sosial şəbəkələrdə, televiziya və radio dalğaları vasitələri ilə əhali arasında sosioloji sorğunun həyata keçirilməsi | 2012 - 2015 | |
24(27.2) Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin icrası üçün vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyi və birgə layihələrin həyata keçirilməsi | 2012 - 2015 | |
- vətəndaş cəmiyyəti institutlarına maliyyə dəstəyinin mənbələrinin müəyyən edilməsi | 2012 - 2015 | |
- vətəndaş cəmiyyəti institutları ilə birgə layihələrin həyata keçirilməsi | 2012 - 2015 | |
25(28.2) Dövlət orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verlişlərin və debatların təşkil edilməsi | 2012 - 2015 | |
Səhiyyə Nazirliyinin təşkil etdiyi (İTV, Space) tibbi verilişlərində səhiyyə sahəsində korrupsiya ilə mübarizə, tibb işçilərinin etik davranışları və nazirliyin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərlə bağlı müzakirəsi, Tok-şounun təşkili. KİV-in iştirakı ilə tibb müəssisələrində reydlərin aparılması | 2012 - 2015 | |
26(28.3) Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi | 2012 - 2015 |
- Əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərlə məmnunluq səviyyəsinin öyrənilməsi üçün sorğunun aparılması və həmin sorğu nəticələrinin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə açıqlanması
Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının “Dövlət orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi” barədə 26-cı (28.3) bəndinin icrası məqsədi ilə Azərbaycanda əhalinin səhiyyə sisteminə etimadının və göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin öyrənilməsi üzrə Bakı, Gəncə, Mingəçevir və Lənkəran şəhərləri, eləcə də Masallı, Quba, Xaçmaz, Şamaxı və İsmayıllı rayonlarında ilkin səhiyyə müəssisələrinə (poliklinikalar) müraciət etmiş 500 pasiyent arasında sorğu keçirilmişdir. Əldə olunmuş nəticələr 26 dekabr 2014-cu il tarixində keçirilmiş dəyirmi masa tədbirində təqdim və müzakirə olunmuş və ictimaiyyətə açıqlanmışdır. |
Əhalinin səhiyyə sisteminə etimadının səviyyəsinin öyrənilməsi, habelə bu sahədə görülən işlərlə əhalini maarifləndirmək məqsədi ilə televiziyada tok-şouların təşkili, sosial şəbəkələr vasitəsi ilə keçiriləcək sorğunun nəticələrinin ictimaiyyətə açıqlanması və KİV-də müzakirəsi | 2012 - 2015 | |
27(28.6) Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması | 2012 - 2015 | |
Müvafiq bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması | 2012 - 2015 |