Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
2.2. Tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onların maliyyələşdirilməsi məqsədilə stasionar xidmətlər üçün müalicə hallarının, ambulator xidmətlər üçün adambaşına hesablanan ödəniş sxemlərinin işlənib hazırlanması | 2014 - 2015 | |
2.6. İcbari tibbi sığorta sisteminə keçidin təmin edilməsi məqsədilə zəruri mexanizmlərin işlənib hazırlanması | 2014 - 2016 | |
3.1.1. Səhiyyə sisteminin inkişafı və fəaliyyətinin təmin olunması üçün lazım olan insan resurslarının optimal strukturunun təkmilləşdirilməsi məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi | 2014 - 2016 |
- İSİM-in əməkdaşları “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsində
Azərbaycanda aparılan sosial yönümlü siyasətin nəticəsi olaraq son illər ərzində ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu addımlardan biri də hal-hazırda sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun yeni “sosial işçi” modeli yaranması üzrə işlərin aparılmasıdır. Bu məqsədlə Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqının “Sosial xidmətin inkişafı” adlı Tvinninq Layihəsini həyata keçirdi. “Sosial işçi” modeli insanlara ilkin sosial xidmətlər göstərilməklə problemlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsini, sosial xidmətlərə əlçatanlığın təmin olunmasını, onların cəmiyyətə inteqrasiyasını, həmçinin sosial-psixoloji ehtiyaclarının müəyyənləşdirilməsini və s. nəzərdə tutur. Təlimlər “Təlim metodları və sistemli yanaşma”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında keçirilib. Təlimlərə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri cəlb olundu. İSİM-in Səhiyyə Kommunikasiyası və İctimayyətlə Əlaqələr şöbəsinin əməkdaşı Ayşəm Balayeva və Səhiyyə Siyasəti ve İslahatlar şöbəsinin əməkdaşı Elmir Valehlinin iştirak etdiyi bu layihə çərçivəsində pilot rayonlar üzrə sosial xidmət işçiləri üçün təşkil olunan silsilə təlimlər artıq yekunlaşıb və təlimlərin sonunda iştirakçılar sertifikatlarla təltif olundular. - 17 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Milli Avtomobil Klubu (AMAK), FİA Foundation, British Embassy Bakunun təşkilatçılığı ilə taksi sürücüləri üçün “Yol nəqliyyat hadisələri zama
|
3.1.2. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim artırılması üçün davamlı tibbi təhsil mexanizmlərinin işlənməsi | 2014 - 2015 |
- Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokollar və metodik tövsiyələr əsasında tibb işçilərinin davamlı tibbi təhsili məqsədilə e-kursların hazırlanması və tətbiqi
|
3.1.6. Səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və səhiyyə menecerlərinin hazırlanması | 2015 - 2020 |
- Rezidentura üçün səhiyyədə idarəetmə üzrə tədris planı və təlim-tədris materiallarının tərtib edilməsi
- İSİM-də səhiyyənin idarə olunmasında dair seminar
Regional səhiyyə sistemi və çoxsaylı xəstəxanaların idarə edməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis Bakıdakı səfəri zamanı İSİM-in təşkilatçılığı ilə keçirdiyi 2 günlük seminarda səhiyyə sisteminin idarə olunması və xəstəxana idarəçiliyi mövzusunda təqdimat etdi. “Yenilik və böyümə yolu ilə səhiyyə xidmətlərinin daşınması” adlı təqdimat ilə çıxış edən cənab Vayt tədbir iştirakçılarını özünün fəaliyyət göstərdiyi tibb müəssisələrində bu istiqamətdə, yəni xəstəxanaların keyfiyyətli, səmərəli idarə olunmasında qazandığı təcrübə və regional səhiyyə ilə bağlı 15 tendensiya haqqında məlumatlandırdı. Seminar zamanı xüsusi olaraq xəstələrin təhlükəsizliyinin təmin olunması, tibbi xidmət zamanı xəstəxanada israfçılığın qarşısının alınması haqqında ətraflı məlumat verən mütəxəssis həmçinin xəstələrə göstərilən tibbi qayğının artırılması naminə rezidentlərin və tibb tələbələrinin xəstəxana səviyyəsində təlim və hazırlıqlarının əhəmiyyətindən bəhs etdi. O, eləcə də kadrların idarə olunması və xəstəxanaların keyfiyyətli və uzunmüddətli fəaliyyəti baxımından strateji planlaşdırma aparılmasının lazımlı olduğunu da qeyd etdi. Görüşün sonunda cənab Vaytın təqdimatlarından faydalanan iştirakçılar ona təşəkkürünü bildirdilər. |
3.2.2. İSX tibb işçiləri üçün klinik protokolların və metodik tövsiyyələrin işlənib hazırlanması | 2014 - 2020 |
- "Reproduktiv sağlamlıq/Ailə planlaşdırılması üzrə klinik protokol"un yenilənməsi
- Səhiyyə Nazirliyinin “2014-2020-ci illər üçün Strateji Planının həyata keçirilməsi üzrə Fəaliyyət Planı”na uyğun sorğunun və müzakirələrin təşkili haqqında
|
3.2.6. Kənd yerlərinin ucqar yaşayış məntəqələrində səhiyyə xidmətlərinə əlçatanlığın artırılması | 2014 - 2020 | |
3.2.7. İSX səviyyəsində əhalinin maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği işinin gücləndirilməsi | 2014 - 2020 |
- İlkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsi
Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ilkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən layihə keçirilir. Layihənin məqsədi ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsidir. Layihə 3 mərhələdən ibarət olmuşdur. İlkin mərhələdə, Bakı şəhərinin 10 poliklinikasının həkimləri arasında qeyri-infeksion xəstəliklər və onların risk amillərinin qarşısının alınmasına dair biliklərə dair sorğu aparılmışdır. İkinci mərhələdə Bakı şəhərinin 40 poliklinikasının hər birindən bir həkim üçün beynəlxalq ekspertin iştirakı ilə qeyri-infeksion xəstəliklər və onların risk amillərinin qarşısının alınmasına dair təlim keçirilmişdir. Üçünçü mərhələdə İSİM-in əməkdaşları təlimləndirilmiş həkimlərlə birgə çalışdıqları poliklinikalarda digər həkimlər üçün (təxminən 350 həkim) təlimlər keçirilmişdir. - “İlk tibbi yardım” mövzusunda tədbir
Tədbirdə İSİM-in həkim-metodisti İnara Makayeva SOS uşaq Kəndinin heyəti, analar və oranın həkimlərinə istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və qəfil xəstələnmə vəziyyətlərində yaxınlıqda tibb işçisi olmadığı halda xəsarət alana dərhal ilk yardım göstərmələrinin əhəmiyyəti haqqında məlumat verdi. Mütəxəssis belə hallarda insanların özlərini itirmələrinin xəsarət alanın vəziyyətini bir qədər ağırlaşdırmasına səbəb olmasını vurğulayaraq, həkim gələnə qədər ilk yardım göstərmək qaydalarını hər kəsin bilməsinin vacib olduğunu bildirdi. O, qeyd etdi ki, zərərçəkmişə aldığı travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardım göstərilməli (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) və zərərçəkmiş ən qısa müddətdə yaxındakı müalicə müəssisəsinə çatdırılmalıdır. - “Təxirəsalınmaz ilkin tibbi yardımın əsasları”
IV İslam Oyunları könüllülərinin iştirakı ilə dəvət olunmuş ekspert tərəfindən İSİM –də “Təxirəsalınmaz ilkin tibbi yardımın əsas bilikləri” mövzusunda tədbir keçirildi. Ekspertin təxirəsalınmaz yardımla bağlı nəzəri və əyani təqdimatı könüllülər tərəfindən maraqla qarşılandı. O, xüsusi manikendən istifadə etməklə, ilk yardımın qaydalarını iştirakçıların nəzərinə çatdırdı. Ilk yardım qaydaları bilavasitə könüllülərin iştirakı ilə təqdim olundu. Mütəxəssis həmçinin, yanıq və onun dərəcələri, yanıqlar zamanı ilk yardımın göstərilməsi, qanaxmalar zamanı qanın dayandırılması üsulları, sınıq-çıxıq və zədələnmələr zamanı zədələnmiş ətrafın fiksasiya edilməsi üsulları, qıcolmalar vaxtı düzgün yardımla bağlı ətraflı məlumat verdi. - 17 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Azərbaycan Milli Avtomobil Klubu (AMAK), FİA Foundation, British Embassy Bakunun təşkilatçılığı ilə taksi sürücüləri üçün “Yol nəqliyyat hadisələri zama
|
3.3.1. Tibb müəssisələrinin akkreditasiyası məqsədilə göstərilən tibb xidmətlərin standart və normativlərinin hazırlanması | 2014 - 2020 | |
3.3.3. Vətəndaş cəmiyyəti institutları (QHT-lər, həkim assosiasiyaları (HA), xəstələrin assosiasiyaları (XA) tərəfindən tibbi yardımın keyfiyyətinə müstəqil ictimai nəzarətin gücləndirilməsinin dəstəklənməsi | 2014 - 2020 | |
3.3.8. Tibbi xidmətlərin keyfiyyət standartları sisteminin yaradılması və müalicə prosesində sübutlu təbabət prinsiplərinin tətbiqinin və milli klinik protokolların, metodik tövsiyələrin hazırlanmasının davam etdirilməsi | 2014 - 2020 |
- XBT03 təsnifat sisteminin tərcüməsi və tətbiqinə dair tədbirlərin keçirilməsi
- Səhiyyə Nazirliyinin “2014-2020-ci illər üçün Strateji Planının həyata keçirilməsi üzrə Fəaliyyət Planı”na uyğun sorğunun və müzakirələrin təşkili haqqında
- Səhiyyə Nazirliyinin “2014-2020-ci illər üçün Strateji Planı üzrə Fəaliyyət Planının 3.3.8-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə xəstəxana əsaslı Ürək Çatışmazlığı Registrinin yaradılması haqqında
|
3.3.9. Skrininq (hipertoniya, uşaqlıq boynunun xərçəngi, süd vəzi xərçəngi və kolorektal xərçəng) və erkən aşkarlanma üçün səmərəli, sübutlarla əsaslanan proqramların hazırlanması və həyata keçirilməsi | 2015 - 2017 | |
3.3.11. Palliativ yardım xidmətinin yaradılması | 2015 - 2017 | |
4.1. Sosial əhəmiyyətli xəstəliklərlə qarşı mübarizənin gücləndirilməsi məqsədilə (vərəm, diabet, onkoloji xəstəliklər, hemofiliya, talassemiya, QİÇS, immunoprofilaktika və s.) bu sahədə Dövlət Proqramları layihələrinin hazırlanması | 2014 - 2015 | |
4.2. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarətinin, o cümlədən QİX-in risk amillərinə qarşı (tütünçəkmə, qeyri-sağlam qidalanma, fiziki fəallığın az olması, spirtli içkilərdən sui-istifadə və s.) əhali arasında sübutlu və səmərəli tədbirlərin həyata keçirilməsinin gücləndirilməsi | 2014 - 2020 |
- “İlkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsi” layihəsi
Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ilkin səhiyyə səviyyəsində qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınmasının gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən layihə keçirilir. Layihənin məqsədi ilkin səhiyyə səviyyəsində çalışan həkimlərin əhali arasında qeyri-infeksion xəstəliklərin risk amillərinin qarşısının alınması üzrə bilik və bacarıqlarının gücləndirilməsidir. Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən İSİM-in əməkdaşlarına bu layihənin keçirməsi üçün müvafiq şərait yaradıldı. Layihə bir neçə mərhələdə həyata keçirilir. Layihənin 1-ci və 2-ci mərhələləri artıq həyata keçirilib. Hazırda 3-cü mərhələ üzrə işlər davam edir - Azərbaycan qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına müqayisəli uyğunluğunun araşdırılması və təhlili
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən qeyri-infeksion xəstəliklərinin tütünçəkmə risk amilinin qarşısının alınması və nəzarəti tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi işi ilə əlaqədar 2014-cü ilin sonundan başlayaraq tütünlə bağlı Azərbaycan qanunvericiliyinin Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının hər bir maddəsinə və həmin maddələrin mövcud olan tam və natamam (qismən) rəhbər prinsiplərinə dair müqayisəli uyğunluğunun araşdırılması və təhlili, o cümlədən boşluqların və çatışmazlıqların aşkarlanması, rəy və tövsiyələrin verilməsi, sonda ümumi bir nəşr formasında dərc olunması nəzərdə tutulur. Bu nəşr Azərbaycan Respublikasının Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasına qoşulmasının 10 illik ildönümünə həsr ediləcək. Hazırlanacaq nəşrin tütünə qarşı nəzarət və mübarizə sahəsində qərar qəbul edən və çalışan qurum və şəxslər arasında paylanılması, sonradan isə aidiyyəti internet şəbəkələrində yerləşdirilməsi və ondan məqsədyönlü şəkildə istifadənin təşkil edilməsi planlaşdırılır. - İSİM-in nümayəndələrinin iştirakı ilə tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı beynəlxalq seminar
2016-cı il martın 3-4-də Rusiya Federasiyasının Moskva şəhərindəÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin təşkilatçılığı ilə Tütünə qarşı mübarizədə KİV-in potensialının gücləndirilməsi ilə bağlı məsələlər üzrə təşkil olunmuş seminarda İSİM-in nümayəndələri iştirak etdi. - 19 may 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə Şəmkir Bilik Evində təlim keçirdi.
|
4.3. Ölkə üzrə qidalanmanın əsas məsələlərini və prioritet fəaliyyət istiqamətlərini özündə əks etdirən vahid Qidalanma siyasətinin işlənib hazırlanması və tətbiqi | 2014 - 2015 | |
4.4. Əhali/ailə/pasiyentlərin öz sağlamlıqlarının qorunması üzrə bilik və bacarıqlarının yaxşılaşdırılması və məsuliyyətinin artırılması | 2014 - 2020 |
- Müsahibələr, verilişlər, çap materialları, diskussiyalar, tədbirlər
"Xəzər" TV-yə “Uşaqların siqaret çəkməsi” mövzusunda müsahibə verildi.
Space TV-yə “Tütünçəkmədən imtina etmə kabinetləri” mövzusunda müsahibə verildi.
AzTV-nin “Səhər” verilişində tütünçəkmənin zərərləri barədə və bu vərdişdən imtinaya dair məsələlərin müzakirəsində canlı olaraq iştirak edildi.
Uşaqların ictimai həyatda iştirak hüququnun təmin edilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə keçirilən Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunda ekspert qismində iştirak edildi, işçi qruplarda “Ətraf mühitin mühafizəsi. Sağlam həyat tərzi” mövzusu respublikanın müxtəlif ərazilərindən gələn 50-dək uşaq, yeniyetmə və gənclərlə müzakirə olundu.
“Sağlam ətraf mühit və uşaqlar” mövzusunda buklet hazırlandı.
“Yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsinə həsr olunur” mövzusunda buklet hazırlandı.
21 Noyabr 2014-cü ildə 46 N-li Məktəbdənkənar Tərbiyyə İşi Mərkəzində Ümümdünya Yol-Nəqliyyat hadisələri qurbanlarının Xatirə Günü qeyd olunmuşdur. Bu ilin şüarı belədir: “Sürət öldürür! Sürətə qarşı addımlar ataq!” Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyəti, 46 N-li Məktəbdənkənar Tərbiyyə İşi Mərkəzi, Bakı Dövlət Yol Polisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə əməkdaşlığı nəticəsində təşkil olunmuşdur.
Polis Akademiyasının I kurs müdavimləri və müəllim-zabit heyəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlarının “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda görüşü keçirildi və “Tütün epidemiyası, öldürücü təhlükə” mövzusunda prezentasiya ilə çıxış edildi. Çıxış zamanı tütünün insan orqanizminə zərəri, dünyada və Azərbaycanda tütünçəkmə ilə mübarizə üsulları, tütünçəkmədən ölən və xəstələnənlərin statistikası barədə geniş məlumat verildi, slaydlar və qısa video görüntülər nümayiş etdirildi, müdavimləri maraqlandıran suallar cavablandırıldı. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı.
|
5.7. Ana südu ilə qidalanma da daxil olmaqla, erkən uşaqlıq dövründən başlayan sağlam qidalanmanın təşviq edilməsi | 2014 - 2020 | |
5.9. Əhali arasında ailə planlaşdırılması üsullarından istifadənin təşviq edilməsi və bu sahədə biliklərin artırılması, İSX səviyyəsində seçilmiş müasir kontrasepsiya üsullarının əhali üçün əlçatanlığının təmin edilməsi | 2014 - 2020 |
- “Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir
Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan İSİM-in mütəxəssisi Aysel Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışdı. Onun sözlərinə görə, son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. C.Kərimova qeyd etdi ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğuladı. Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verildi. |
5.10. Süni abortların sayının azalmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi | 2014 - 2020 | |
6.5. Səhiyyə sisteminin fəaliyyətinin nəticələrinin davamlı monitorinqi mexanizminin yaradılması və tətbiqi | 2014 - 2020 |
- Səhiyyə sisteminin fəaliyyətinin nəticələrinin davamlı monitorinqi mexanizminin yaradılması və tətbiqi
|
6.6. Sağlamlıq sahəsində mövcud vəziyyət və səhiyyə sistemi fəaliyyətinin keyfiyyət göstəriciləri haqqqında məlumatların müntəzəm toplanılması və təhlili vasitəsilə şəffaflığın və cavabdehliyin artırılması | 2014 - 2020 |
- Sağlamlıq sahəsində mövcud vəziyyət və səhiyyə sistemi fəaliyyətinin keyfiyyət göstəriciləri haqqqında məlumatların müntəzəm toplanılması və təhlili vasitəsilə şəffaflığın və cavabdehliyin artırılması
- Səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsinin keçirilməsi
|
6.8. Demoqrafiya və Sağlamlıq Sorğusunun 2016-cı ildə keçirilməsinin təmin edilməsi | 2015 - 2017 | |
7.2. Xəstəliklərin profilaktikası haqqında vətəndaşların gigiyenik tərbiyəsi və təhsili sisteminin təkmilləşdirilməsi | 2014 - 2016 |
- Əhalinin tibbi savadlığının və tibbi mədəniyyətinin inkişaf etdirilməsi, habelə qeyri-infeksion və infeksion xəstəliklər barədə məlumatlılığının artırılması.
Əhalinin tibbi savadlığının və tibbi mədəniyyətinin inkişaf etdirilməsi, habelə qeyri-infeksion və infeksion xəstəliklər barədə məlumatlılığının artırılması məqsədilə Xəstələrin Tibbi Təhsili üzrə İnternet Portal yaradılmışdır. - Bakı şəhərinin Binəqədi rayonunda “Gigiyenik qaydalara düzgün əməl edək” mövzusunda təlimlərin təşkili və keçirilməsi barədə
|
8.1. Səhiyyə sahəsində xarici dövlətlər və Azərbaycan Respublikası Hökuməti arasında səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq haqqında Sazişlərin icrası | 2014 - 2020 | |
9.1. Fəaliyyət planın monitorinqi üçün indikatorların seçilməsi, baza və hədəf göstəricilərinin (rəqəmlərin) müəyyənləşdirilməsi | 2014 - 2015 | |
9.2. İnformasiyanın əldə edilməsi və məlumatların toplanması üçün mənbələrin müəyyən edilməsi və lazımi təşkilati işlərin görülməsi | 2014 - 2015 |
- İnformasiyanın əldə edilməsi və məlumatların toplanması üçün mənbələrin müəyyən edilməsi və lazımi təşkilati işlərin görülməsi
|
9.3. Hər il alınmış məlumatların təhlili və indikatorların yerinə yetirilməsinin proqnozu | 2014 - 2020 |
- Hər il alınmış məlumatların təhlili və indikatorların yerinə yetirilməsinin proqnozu
|
9.4. Alınmış nəticələr barədə məlumatın müvafiq strukturların nəzərinə çatdırılması | 2014 - 2020 |
- Alınmış nəticələr barədə məlumatın müvafiq strukturların nəzərinə çatdırılması
|