Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
2. İstehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sanitar-maariflləndirmə işinin aparılması üçün metodik vəsaitlərin hazırlanması | 2014 - 2015 | |
3. Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliğinə dair çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması | 2014 - 2015 | |
4. Gənclər arasında zərərli vərdişlərin (narkomaniya, alkoqolizm) profilaktikası ilə bağlı respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird heyəti ilə müvafiq həkim-mütəxəssislərin görüşü və mühazirələrin təşkili | 2014 - 2015 |
- 5 iyun 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda palliativ yardımın yaradılması və inkişafı” mövzusunda seminar təşkil olundu.
|
5.Narkomaniyaya, alkoqolizmə aludə olanların İİV/QİCS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi | 2014 - 2015 | |
6. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə tibbi kadrların təkmilləşdirilməsi üçün təlim materiallarının və metodik vəsaitlərin hazırlanması və nəşr edilməsi | 2014 - 2015 |
- Eşitmə qabiliyyəti məhdud olan uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə metodik vəsait
- 2 aprel “Ümumdünya Autizm maarifləndirmə günü”nə həsr olunmuş silsilə maarifləndirilmə tədbirlərinin keçirilməsi
- “Dünya Autizm Maarifləndirmə ayı” çərçivəsində İSİM-nin fəaliyyəti
2016-cı ildə “Dünya Autizm Maarifləndirmə ayı”na aprelin 1-də keçirilən maarifləndirmə aksiyaları ilə start verildi. “Metropark” və “Park Bulvar” AVM-lərdə məşhurların iştirak etdiyi aksiyalarda əhaliyə İSİM tərəfindən hazırlanmış maarifləndirmə vərəqələri paylanıldı. Aprelin 2-də Dənizkənarı Milli Parkda müxtəlif dövlət və özəl qurum nümayəndələrinin iştirak etdiyi “Autizm üçün Gəzinti” təşkil olundu. Tədbirə gəzinti və havaya mavi (dünyada autizmin rəngi kimi qəbul edilib) şarların və Çin fənərlərinin buraxılması daxil idi. Mavi rəngli köynəklər geyən dəvətlilər əllərindəki şarlar ilə bulvarın “Park Bulvar” AVM olan hissəsindəki yerindən Azneft meydanı istiqamətində gəzintiyə başladılar. Ən son dayandıqları hissədə mavi rəngdə olan şarları və dilək hava fənərlərini havaya buraxıb həmin zaman mavi rəngdə işıqlanan Alov Qüllələri, “Bakı Kristal Zalı”, ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası, Qız Qalası və Bakı Olimpiya Stadionu önündə çəkiliş olduqdan sonra tədbir sona çatdı. Aylıq çərçivəsində əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə autizmlə bağlı yerli və beynəlxalq mütəxəssislərin (Nahit Motavalli, Andy Shih və Marina Əzimova) iştirakı ilə seminarların təşkili nəzərdə tutulub. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən cəlb edilən tibb işçiləri və mütəxəssislər üçün seminar aprelin 27-də “Bulvar” Otelinin dəstəyilə keçirildi. Əhali (ailələr) üçün seminar isə aprelin 28-də “Hilton” Otelinin dəstəyilə keçiriləcək. Həmçinin aprelin 29-da Milli Məclisdə Milli Məclisin Səhiyyə komitəsinin təşkilatı ilə dəyirmi masa təşkil olunacaq. Aylıq çərçivəsində həmçinin autizm sindromlu uşaqlar üçün xeyriyyə yarmarkası və moda nümayişi, eləcə də “Mavi Ümid” autizmli uşaqların ağac kampaniyası keçiriləcək. Hazırda televiziya kanallarında təbliğat xarakterli verilişlər hazırlanır, “Autizm – Fərqli, lakin Bərabər” adlı animasiya filmi nümayiş edilir. Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”na autizm də aid edilib. Keçirilən tədbirlər və aksiyalar daha inklüziv cəmiyyətin yaradılmasına, autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır. - II Azərbaycan Autizm Paneli
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə iştirakçıların diqqətinə çatdırdı ki, autizm spektr pozuntuları ildən-ilə artır və getdikcə daha ağır sosial problemə çevrilir. Beynəlxalq statistikanı açıqlayan mütəxəssis bildirdi ki, əgər ABŞ-da 2004-cü ildə hər min uşaqdan 68-də autizm sindromu özünü göstərirdisə, bu rəqəm 2014-cü ildə 150-yə yüksəlib. Səbinə Babazadə bir daha vurğuladı ki, sindromun artması bu sahədə daha geniş maariflənməni və cəmiyyətin bütün təbəqələrinin bu işdə fəallığını zəruri edir. Həkim Kamran Salayevin “Autizmin diaqnostik meyarları” və həkim Nigar Sədiyevanın “Uşaq inkişafi və onun qiymətləndirilməsi” mövzusunda çıxışları maraqla qarşılandı. |
16. Əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasının insan sağlamlığı üçün zəruri olması barədə maarifləndirmə işlərinin aparılması | 2014 - 2015 |
- Bakı şəhərinin 15 orta məktəblərində şagirdlərə əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasının insan sağlamlığı üçün zəruri olması barədə maarifləndirmə təlimləri
İSİM-in əməkdaşları tərəfindən Bakı şəhərində 16.10.2014-cü il tarixdə 55 və 56 saylı, 17.10.2014-cü il tarixdə 8 saylı, 23.10.2014-cü il tarixdə 50 və 51 saylı, 24.10.2014-cü il tarixdə 133 və 129 saylı, 27.10.2014-cü il tarixində 266 saylı orta məktəblərdə şagirdlərə əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasının insan sağlamlığı üçün zəruri olması barədə maarifləndirmə təlimi aparılmışdır. İştirakçılara maarifləndirilmə materialları - buklet və plakatlar paylanılmışdır. Təlimlərdə ümumi sayda 385 şagird və müəllim iştirak etmişdir. - İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə maarifləndirmə işlərinin təşkili
|
20. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın və onun Fakültativ Protokolunun aidiyyəti səhiyyə işçiləri tərəfindən öyrənilməsinin təşkili | 2012 - 2012 | |
21. “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə tədbirinin həyata keçirilməsi, çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması | 2012 - 2012 | |
22. YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin şəhər və rayonlarda əhalinin müxtəlif qrupları (narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün təlimçilərin hazırlanması | 2014 - 2015 | |
23. Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında əhalinin maarifləndirilməsi üçün təlim materiallarının hazırlanması | 2014 - 2015 |
- Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında əhalinin maarifləndirilməsi üçün təlim materiallarının hazırlanması
"Ailəmizi abortsuz planlaşdıraq!" adlı buklet 2014-cü il tarixdə İSİM tərəfindən hazırlanıb və çap edilmişdir. - Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında əhalinin maarifləndirilməsi üçün təlim materiallarının hazırlanması
|
25. Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında əhalinin maarifləndirilməsi üçün seçiliş könüllülər üçün təlimlərin keçirilməsi | 2014 - 2015 | |
26. BMT-nin “Minilliyin inkişaf məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün BMT-nin İnsan Hüquqları Şurası ilə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün müvafiq tədbirin keçirilməsi | 2012 - 2015 |