2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Planı

Tədbir İcra müddəti Məlumat
3.4. Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi 2011 - 2015
- Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması

Ağciyərdən kənar vərəmin diaqnostika və müalicəsi üzrə klinik protokol:

Protokol həkim-ftiziatrlar, ilkin səhiyyə həkimləri, ağciyərdən kənar orqanların vərəmi problemləri ilə məşğul olan ixtisas həkimləri, səhiyyə təşkilatçıları və rəhbərləri üçün nəzərdə tutulmuşdur.

Pasiyent qrupu: ağciyərdən kənar vərəm xəstəliyi olanlar.

Protokol ACKV xəstələrinin diaqnostikası və müalicə üsullarına dair sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.

 

Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tədbiqi üzrə klinik protokol:

Protokol vərəmlə mübarizə sahəsində çalışan aşağıda ğöstərilən tibb işçiləri üçün nəzərdə tutulur: həkim-ftiziatrlar, cərrahlar və anestezioloq - reanimatoloqlar.

Pasiyent qrupu: vərəm xəstəliyi olan şəxlər

Protokol vərəm xəstələrinin kompleks müalicəsində vaxtında və keyfiyyətli cərrahi müdaxilə üsullarının düzgün tətbiqi üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.

- Vərəmin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması

"Uşaqlarda tənəffüs orqanları vərəmin diaqnostika və müalicəsi" üzrə klinik protokol ftiziatrlar, pediatrlar, səhiyyə təşkilatçıları və rəhbərləri üçün nəzərdə tutulmuşdur. Pasiyent qrupu: vərəm xəstəliyi olan 0-18 yaşa qədər uşaqlar və yeniyetmələr. Protokol uşaqlarda vərəmin diaqnostika və müalicəsi üzrə sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır.

"Hamiləlik və vərəm" üzrə klinik protokol mama-ginekoloqlar, ftiziatrlar, ailə həkimləri, terapevtlət və mamalar üçün nəzərdə tutulub. Pasiyent qrupu: vərəmlə xəstə olan hamilə qadınlar. Protokol hamilələrdə vərəmin diaqnostika və müalicə üsullarına dair sübutlu təbabətə əsaslanan metodik tövsiyələrin verilməsi və bununla xəstəliyin ciddi ağırlaşmalarının və zahılıq dövründəki ölümün qarşısının alınması məqsədini daşıyır

5.1. Vərəmlə mübarizəyə dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi 2011 - 2015
- Vərəmlə mübarizəyə dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Vərəm və ondan qorunmaq yolları. Bunları bilmək vacibdir!” adlı buklet çap edilmiş və aidiyyatı üzrə paylanılmışdır.