Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
2.4. Şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tədbiqi | 2011 - 2015 |
- “Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi” üzrə klinik protokol
Səhiyyə Nazirliyinin 26 oktyabr 2007-ci il tarixli 173-S saylı sərəncamına uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol” işlənib hazırlanmışdır. Adı çəkilən protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmişdir və müvafiq tibb müəssisələrinə paylanmışdır |
4.1. Şəkərli diabetin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi | 2014 - 2014 |
- Şəkərli diabetin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi
"Sağlam qidalanma səhər yeməyindən başlayır" adlı plakat 50 ədəd, "Şəkərli diabet" vərəqəsi", "Şəkərli diabetə nəzarət" və "Çörək vahidləri" bukletləri hər biri 3.000 ədəd olmaqla çap edilmiş və aidiyyati üzrə paylanılmışdır. |