Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
1.2.4.-3. Məişət zorakılığına məruz qalmış şəxslər üçün ayrılmış tibb müəssisələrinin mütəxəssislərinə xüsusiləşdirilmiş metodik vəsaitlərin hazırlanması və müvafiq təlimlərin təşkil edilməsi | 2012 - 2013 |
- Məişət zorakılığından əziyyət çəkən uşaqlarla iş aparan sosial işçilər, tibb işciləri, məktəb müəllimləri və psixoloqlar üçün Praktik tövsiyələr
1. Ucar Rayon İcra Hakimiyyəti və Ümidli Gələcək QHT ilə əməkdaşlıqda həyata keçirilən layihə çərçivəsində 2014-cü il noyabrın 17-18 tarixlərində Ucar, Kürdəmir, Göyçay, Zərdab, Hacıqabul, Yevlax və Ağdaş rayonlarının İcra Hakimiyyətləri nəzdində fəaliyyət göstərən müvafiq yerli dövlət qurumlarının əməkdaşları və mərkəzi rayon xəstəxanalarının həkimləri və məktəb müəllimləri və psixoloqları üçün iki günlük təlim kursu keçirilmişdir. Təlim kursunda 25 nəfər iştirak etmişdir. 2. Məişət zorakılığından əziyyət çəkən uşaqlarla iş aparan sosial işçilər, tibb işciləri, məktəb müəllimləri və psixoloqlar üçün Praktik tövsiyələr adlı buklet hazırlanmış və Ucar, Kürdəmir, Göyçay, Zərdab, Hacıqabul, Yevlax və Ağdaş rayonlarında paylanmışdır. Təlimlərin keçirilməsində İSİM tərəfindən 2013-cü ildə hazırlanmış “Məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslər üçün xüsusiləşdirilmiş tibbi-psixoloji yardımın göstərilməsinə dair fərdi tövsiyələr” adlı kitabçasından istifadə edilmişdir. |
1.2.4.-4. Məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslər üçün xüsusiləşdirilmiş tibbi-psixoloji yardımın göstərilməsinə dair fərdi tövsiyələr hazırlamaq | 2012 - 2013 |
- Məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslər üçün xüsusiləşdirilmiş tibbi-psixoloji yardımın göstərilməsinə dair fərdi tövsiyələr
1. “Məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslər üçün xüsusiləşdirilmiş tibbi-psixoloji yardımın göstərilməsinə dair fərdi tövsiyələr” adlı kitabça hazırlanmış və çap olunmuşdur. 2. Məişət zorakılığından əziyyət çəkən uşaqlarla iş aparan sosial işçilər, tibb işciləri, məktəb müəllimləri və psixoloqlar üçün Praktik tövsiyələr adlı buklet hazırlanmış və çap olunmuşdur. - 22-23 iyun 2017-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması üzrə Tədbirlər Planı”nın 4-cü bəndinə əsasən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslah
|
1.2.8.-1. Məişət zorakılığına məruz qalmış şəxslərə tibbi-psixoloji yardımın göstərilməsi işin təşkili və təkmilləşdirirlməsi məqsədilə müvafiq beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək | 2014 - 2015 |
- “Məişət zorakılığına məruz qalmış şəxslərə tibbi-psixoloji yardımın göstərilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə Ucar və Ucar ətrafı rayonlarda təlimlərin keçirilməsi
Oktyabr ayında İSİM və Ümidli Gələcək təşkilatı tərəfindən Ucar rayonu İcra hakimiyyətinin iclas zalında Ucar rayon İcra hakimiyyəti nəzdində yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiya və Ucarda yaradılmış Regional Reabilitasiya Mərkəzinin əməkdaşları üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təiimdə 10 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir. Oktyabr ayında həmçinin Ucar rayon İcra Hakimiyyətinin konfrans zalında yerli dövlət qurumları, o cümlədən, gənclər və idman idarəsi, mərkəzi xəstəxana, təhsil idarəsi, polis idarəsi, əhalinin sosial müdafiəsi mərkəzi, yerli QHT-lər və həkimlər üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təiimdə 25 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir. Noyabr ayının 17-18 Ucar rayon İH-nin konfrans zalında Hacıqabul, Yevlax, Ağdaş, Kürdəmir, Göyçay və Zərdab rayonlarının yerli dövlət qurumları, o cümlədən, gənclər və idman idarəsi, mərkəzi xəstəxana, polis idarəsi, təhsil idarəsi, əhalinin sosial müdafiəsi mərkəzi, yerli QHT-lər və həkimlər üçün 2 günlük təlim kursu təşkil edilmişdir. Təlimdə 30 nəfər iştirak etmiş və məişət zorakılığı, milli qanunvericilik, zorakılığa məruz qalmış uşaq və gənclərlə psixoloji, sosial və tibbi işin aparılmasına dair bilik və bacarıqlar əldə etmişdir. Təlimlərin iştiakçılarına məişət zorakılığına dair İSİM tərəfindən hazırlanmış buklet, plakat və həmçinin praktik tövsiyələr kitabçası paylanmışdır. - Gender əsaslı zorakılıqla mübarizəyə dair beynəlxalq seminar
İSİM-nin nümayəndələri 2016-cı il martın 3-4-də Türkiyənin İstanbul şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya Regionunda multi-sektoral qruplar tərəfindən gender əsaslı zorakılığa effektiv cavab” mövzusunda BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) Reproduktiv Sağlamlıq üzrə Şərqi Avropa İnstitutu-nun (EEIRH) təşkilatçılığı ilə təşkil olunmuş seminarda iştirak etdi. - Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tapşırığı və BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) dəstəyi ilə 6 iyun 2016-cı il tarixdən etibarən İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə yardım göstərən tibb işçiləri üçün təlim”lər başlanmışdır. Təlimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15.02.2012-ci il tarixli 13 nömrəli əmri ilə təsdiq edilmiş "Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı"nın 1.2.4 (2)-cü və 1.2.8 (1)-ci bəndlərinə uyğun olaraq İSİM-in mütəxəssisləri tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin (UNFPA) dəstəyi ilə 2015-ci ildə tərtib edilmiş “Gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardım göstərən tibb işçiləri üçün metodik vəsait”- in üzərində qTürkiyədən olan beynəlxalq mütəxəssislərin: Başkent Universitetinin BÜKÇAM-in direktoru Ayşe Akın və Ezgi Türkçelikin iştirakı ilə həyata keçirilən təlimlər iyunun 10-na kimi davam edəcək. 5 gün davam etmişdir. Tədbirin məqsədi ekspertlərin köməyi ilə yerli həkim-mütəxəssislər gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə təcili və təxirəsalınmaz tibbi-psixoloji yardımın zamanında və düzgün sistematik qaydada aparılması üzrə, həmçinin zərər çəkmişin emosional və fiziki durumunu nəzərə almaqla psixoloji yardımın və tibbi müayinənin hər tərəfli təmin edilməsi, zorakılıq halı ilə bağlı qanunla tənzimlənmiş qaydada hərəkət etmə kimi bilik və bacarıq səviyyələrini artırmağıdır. Qeyd edək ki, İSİM-in mütəxəssisləri ilə yanaşı təlimlərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutudan (ADHTİ), Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzindən, Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından, A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasından, 25 saylı şəhər poliklinikasından, 7 saylı qadın məsləhətxanasından olan həkimlər iştirak edir. Təlimlər bitdikdən sonra bütün iştirakçılar sertifikatlarla təltif olundu. - 6 iyun 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” istiqamətində maarifləndirici təlim keçirildi.
|
1.2.8.-2. Məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və keçirilməsində müvafiq qrumlarla əməkdaşlıq etmək | 2014 - 2015 |
- Azərbaycanda qadınlara qarşı məişət zorakılığının xüsusiyyət və səbəblərinin araşdırılması üzrə sorğu.
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda qadınlara qarşı məişət zorakılığının xüsusiyyətlərinin və səbəblərinin, ailədə qadınların səlahiyyətləndirilməsi və onların bu baxımdan səhiyyə xidmətlərindən istifadə imkanlarının öyrənilməsi məqsədi ilə 18 yaşdan yuxarı evli və ya nə vaxtsa evli olmuş qadınlar arasında sorğu həyata keçirilmişdir. Sorğuda Lənkəran, Füzuli, Şəmkir və Beyləqan rayonlarında ümumilikdə 400 qadın iştirak etmişdir. Sorğu zamanı toplanmış məlumatlar əsasında yekun hesabat hazırlanacaq və nəticələr keçiriləcək dəyirmi masa zamanı təqdim və müzakirə olunacaq. |
1.3.3.-1. 1. Əhali arasında (ictimai yerlərdə, təhsil ocaqlarında və s.) məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilməsinə, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirləri (görüşlər, təşviqat kampaniyaları) keçirmək | 2014 - 2015 |
- Məişət zorakılığının profilaktikası və zorakılıq qurbanı olmuş uşaq və yeniyetmələrə tibbi, psixoloji, sosial və hüquqi yardım işinin təkmilləşdirilməsi.
- Bakı şəhərin 15 tam orta məktəblərində məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilmək və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil olunub keçirildi İSİM-in mütəxəssisləri tərəfi
14.04.2014-cü il tarixində 252, 18.04.2014-cü il tarixində 74, 15.04.2014-cü il tarixində 212, 16.04.2014-cü il tarixində 193, 17.04.2014-cü il tarixində 20, 18.04.2014-cü il tarixində 240, 21.04.2014-cü il tarixində 211, 25.04.2014-cü il tarixində 271, 22.04.2014-cü il tarixində 96, 22.04.2014-cü il tarixində 138 saylı məktəblərdə maarifləndirmə tədbirləri keçirildi. Məişət zorakılığına dair video-çarx nümayiş etdirildi. İSİM-in əməkdaşları tərəfindən 03.11.2014-cü il tarixində Sabunçu rayonu 80 və 310 saylı,13.11.2014- cü il tarixində Sabunçu rayonu 107 saylı, 13.11.2014- cü il tarixində 169 saylı,14.11.2014- cü il tarixində Sabunçu rayonu 309 saylı tam orta məktəblərdə məişət zorakılığının mənfi tibbi-psixoloji nəticələrinin izah edilmək və məişət zorakılığının qarşısının alınmasına yönəlmiş qabaqlayıcı maarifləndirmə tədbirləri təşkil olunub keçirildi. - Məişət zorakılığının qarşısının alınması üzrə” Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələrin təşkili
- Gənclər arasında erkən nikah və məişət zorakılığının təsirləri barədə maarifləndirmə tədbiri
2016-cı il aprelin 26-da Gəncliyə Yardım Fondunda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən erkən nikah və məişət zorakılığının təsirləri barədə dəyirmi masa təşkil olundu. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq keçirilən dəyirmi masada Bakı şəhəri üzrə ali təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatı və qeyri-hökumət təşkilatlarının fəal gəncləri iştirak etdilər. İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova, İSİM-in sosioloqu Ayşəm Balayeva, İSİM-in həkim-metodisti Nərgiz Kərimova erkən nikah və məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə keçirilən belə tədbirlərin əhəmiyyətini vurğuladılar. Məişət zorakılığının mənfi təsirləri barədə İSİM-in ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərmin İlyasova təqdimat etdi - 6 iyun 2017-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” istiqamətində maarifləndirici təlim keçirildi.
|
1.3.3.-2. Hər il 2 oktyabr Beynəlxalq qeyri-zorakılıq günü, 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü və s. analoji günlərində müvafiq kütləvi aksiya və təşviqat kampaniyaları keçirmək | 2014 - 2014 |
- 25 noyabr Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü” ilə əlaqədar konfrans və dəyirmi masanın keçirilməsi
Tədbirdə Nəsimi rayon H.Sarabski adına Mədəniyyət Evinin kollektivi “Dörd divar” adlı səhnəcik təqdim edildi.
- 2 oktyabr -“Beynəlxalq Qeyri-Zorakılıq Günü”nə həsr olunmuş TV verilişi və aksiya
|