Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
3.1 Dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə klinik protokolların və müvafiq təlimatların hazırlanması | 2014 - 2014 |
- Dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətlər üzrə klinik protokolların və müvafiq təlimatların hazırlanması
|
- Dispanserizasiya tədbirləri çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırlması məqsədilə qüvvədə olan, o cümlədən müxtəlif xəstəlikləri olan uşaqların dispanser müşahidəsinə dair metodiki tövsiyələrin təkmilləşdirilməsi | 2014 - 2015 |
- "Sağlam yenidoğulmuşlara qulluq üzrə klinik protokol"un yenilənməsi
- Dispanserizasiyadan keçiriləcək uşaqlara yaş qruplarına əsasən göstərilməli olan tibbi yardımın həcmi üzrə həkimlər üçün cib cədvəlinin hazırlanması və paylanılması
|
- Müasir tələblərə uyğun uşaq xəstəliklərinin müalicəsinə dair klinik protokolların, metodik vəsaitlərin və təlimatların hazırlanması | 2014 - 2015 |
- "Uşaqlarda tənəffüs orqanları vərəminin diaqnostika və müalicəsi üzrə klinik protokol"un hazırlanması
"Uşaqlarda tənəffüs orqanları vərəminin diaqnostika və müalicəsi üzrə klinik prokol" Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. Protokol İSİM tərəfindən çap edilmiş (2018-ci ildə yenilənə bilər) və müvafiq tibb müəssisələrinə paylanmışdır. |
3.2. Dispanserizasiya çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinq və qiymətləndirmə mexanizminin hazırlanması | 2014 - 2015 |
- Dispanserizasiya çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinq və qiymətləndirmə mexanizminin hazırlanması
“Uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının 3.2-ci bəndinin icrası məqsədilə 18 mart 2015-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "Azərbaycanda uşaqların icbari dispanserizasiyası: problemlər və perspektivlər" mövzusunda təşkil edilmiş seminar zamanı uşaqların icbari dispanserizasiyası çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinqi üçün İSİM tərəfindən hazırlanmış indikatorlar müzakirə olunmuşdur. Bu müzakirələrin nəticəsi olaraq İSİM tərəfindən təklif olunan indikatorlar üzrə yekun layihə sənədi hazırlanmışdır |
- Dispanserizasiya çərçivəsində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin monitorinq indikatorlarının müəyyən edilməsi | 2014 - 2014 | |
4.1. Uşaqların dispanserizasiyasını həyata keçirən ilkin səhiyyə işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartları və klinik protokollar əsasında təlimlərin keçirilməsi | 2014 - 2015 | |
- Uşaqların dispanserizasiyasını həyata keçirən tibb işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartaları və klinik protokolların əsasında təlimlərin keçirilməsi | 2014 - 2015 |
- Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində pediatrlar üçün
23-24 dekabr 2014-cü il tarixində Sumqayıt şəhəri Səhiyyə İdarəsinin konfrans zalında Sumqayıt Uşaq Xəstəxanası və 4 uşaq poliklinikasından olan 22 pediatr, o cümlədən, poliklinikaların baş həkimləri və şöbə müdirləri üçün uşaqların icbari dispanserizasiyasının təşkili, dispanserizasiyanın keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, habelə geniş yayılmış uşaq xəstəliklərinin profilaktikası, erkən aşkarlanması və diaqnostikasına dair 2 günlük təlim kursu keçirilmişdir. Təlim kursu zamanı həmçinin uşaqlar arasında geniş yayılmış psixi pozuntular, onların erkən aşkarlanması və ixtisaslaşmış müəssisə və müvafiq mütəxəssislərə yönəldilməsi də geniş müzakirə edilmişdir. Bu təlimin sonunda təlim barəsində, onun gündəliyi və təşkilatçılığına dair iştirakçıların fikir və təklifləri də öyrənilmişdir. Gəncə, Mingəçevir və Bakı şəhərlərində keçiriləcək təlimlər üçün işçi qrupu tərəfindən təlimin gündəliyinə və təlim iştirakçılarına paylanacaq materiallara müvafiq düzəliş və əlavələr edilmişdir. Bununla yanaşı İSİM-in əməkdaşlarının təlimin mövzularına dair bilik və bacarıqlarınının genişləndirilməsi məqsədilə 2015-ci ilin yanvar ayında 1 günlük TOT-nin təşkili də qərara alınmışdır. TOT-də İSİM-in 4 mütəxəssisi və 2 rezidentinin iştirakı planlaşdırılmışdır. - Uşaqların dispanserizasiyasını həyata keçirən tibb işçiləri üçün xəstəliklərin erkən aşkarlanması və müalicəsi üzrə keyfiyyət standartaları və klinik protokolların əsasında təlimlərin keçirilməsi
|
5.1. İcbari dispanserizasiyanın əhəmiyyətinə dair videoroliklərin hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap edilməsi | 2014 - 2015 |
- Uşaqlar arasında sorğunun keçirilməsi
|
- İcbari dispanserizasiyanın əhəmiyyətinə dair videoroliklərin hazırlanması, bukletlərin, plakatların və digər əyani vəsaitlərin çap edilməsi və yayılması | 2014 - 2015 |
- icbari dispanserizasiyasını təşviq və sağlam həyat tərzini təbliğ edən maarifləndirici yazılar olan əyani materialların hazırlanması
- İcbari dispanserizasiyanın əhəmiyyəti və onun təşkili barəsində maarifləndirmə
|
5.2. Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması | 2014 - 2014 | |
- Dispanserizasiya barəsində maarifləndirməyə dair materialların hazırlanması, yayılması və bu sahədə şagirdlərin arasında təşviqat işinin həyata keçirilməsi | 2014 - 2014 |
- Şagirdlər arasında dispanserizasiya barəsində maarifləndirmə işinin aparılması
1. Şagirdlər və müəllim/tibb işçiləri üçün təqdimatlar və 1 günlük təlimlərin gündəliyi hazırlanmışdır. 2. Pre-post testlər və uşaqlar üçün broşuranın hazırlanması iş prosesindədir |
5.3. Uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədilə əhali arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə maarifləndirmə kampaniyalarının həyata keçirilməsi | 2014 - 2014 |
- “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda tədbir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir 2016-cı il martın 11-də əhali arasında talassemiyanın profilaktikasının təbliği məqsədilə Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirildi. “Sağlam ailə sağlam gələcəyin təminatıdır” mövzusunda keçirilən tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İSİM və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olundu. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın və “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri, sosial tədqiqatçılar, səhiyyə üzrə mütəxəssislər, həkimlər, məktəb psixoloqları iştirak etdilər. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə tədbirdə iştirak etdi. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Şəhla Mirzəzadə “Qan və qan donorluğu”, “İcbari dispanserizasiya” mövzularında təqdimat etdi. Tədbirin sonunda İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı. Tədbir çərçivəsində Lökbatan qəsəbəsindəki 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində könüllü qanvermə aksiyası da keçirildi. Rayon sakinləri aksiyada yüksək fəallıq göstərdilər. |
- Əhali arasında sağlamlıq, xəstəliklərin risk amilləri sahəsində müvafiq mövzular üzrə maarifləndirmə kampaniyalarının həyata keçirilməsi | 2014 - 2014 |
- Analar arasında yenidoğulmuş və 1 ayadək uşaqların dispanserizasiyasına dair maarifləndirmə layihəsi
Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin qəbul etdiyi tədbirlər planın 5.3 və 5.5 bəndlərində uşaqların dispanserizasiyaya cəlb edilməsi məqsədilə əhali arasında maarifləndirmə kampaniyalarının həyata keçirilməsi məqsədilə, 2014-cü ilin noyabr ayından başlayaraq İSİM Ümidli Gələcək QHT ilə əməkdaşlıqda və P&G şirkətinin dəstəyilə Bakı və Sumqayıt şəhərlərinin Doğum Evləri və doğum şöbələri olan xəstəxanalarda doğuş keçirən analar arasında geniş maarifləndirmə seminarlarına başlamışdır. Bu layihə çərçivəsində 2014-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək Bakı və Sumqayıt şəhərlərinin müvafiq tibb müəssisələrində 55 maarifləndirmə seminarı təşkil edilmiş və 833 anaya və 100-dən çox həkimə uşaqların, xüsusilə də, yenidoğulmuşların və 1 ayadək uşaqların icbari dispanserizasiyasına dair ətraflı məlumat verilmişdir. Hazırda maarifləndirmə seminarlarının Bakı və Sumqayıt şəhərlərinin bütün doğum evlərini əhatə etməsi planlaşdırılıb. |
5.4. Uşaqlar dispanserizasiyadan keçən zaman uşaqlar/valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin erkən simptomları üzrə maarifləndirmə materiallarının yayılması | 2014 - 2014 |
- Uşaqlar dispanserizasiyadan keçən zaman uşaqlar/valideynlər arasında sağlam həyat tərzi, xəstəliklərin erkən simptomları üzrə maarifləndirmə materiallarının yayılması
"Uşaqların icbari dispanserizasiyası. Uşaqların sağlamlığını birgə düşünək", "Uşaqlarınızı icbari dispanserizasiyadan keçirməyi unutmayın" adlı bukletlər və "Uşaqlarınızı icbari dispanserizasiyadan keçirməyi unutmayın" adlı plakat 2014-cü il tarixdə hazırlanmış və çap edilmişdir. |
- Sağlam həyat tərzi, xəstəliklərin erkən simptomları üzrə maarifləndirmə materiallarının hazırlanması, nəşr edilməsi və tibb müəssisələrinə uşaqlarlar dispanserizasiyadan keçən zaman uşaqlar/valideynlər arasında paylanması | 2014 - 2014 |
- Məktəblilər üçün üzərində dispanserizasiyanı təşviq və sağlam həyat tərzini təbliğ edən maarifləndirici yazılar olan əyani materialların hazırlanması
|
5. İcbari dispaserizasiya sahəsində maarifləndirmə | 2014 - 2015 |
- Uşaqların icbari dispanserizasiyasının əhəmiyyətinə dair maarifləndirmə materiallarının və televiziya verilişlərinin hazırlanması
"Uşaqların icbari dispanserizasiyası. Uşaqların sağlamlığını birgə düşünək", "Uşaqlarınızı icbari dispanserizasiyadan keçirməyi unutmayın" adlı bukletlər və "Uşaqlarınızı icbari dispanserizasiyadan keçirməyi unutmayın" adlı plakat 2014-cü il tarixdə hazırlanmış və çap edilmişdir. Məktəblilər üçün üzərində dispanserizasiyanı təşviq və sağlam həyat tərzini təbliğ edən maarifləndirici yazılar olan əyani materialların hazırlanmışdır. |