Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
3.2.1.1.2. Ailə həkimləri hazırlığının sürətləndirilməsi, təyin olunmuş ailə həkimlərinin təyinat üzrə fəaliyyətə başlaması | 2011 - 2015 |
- Ümumi praktika / ailə həkimi üzrə tədris proqramı
Dərslər həm ənənəvi mühazirələr, seminarlar, praktik İnteraktiv mühazirə formaları, multimediya proyektoru və kompyuterdən istifadə, videofilmlərin nümaiş olunması mühazirələrin effektivliyini artırır. i məşğələlər formasında, həm də yeni formalarda aparılıb. İnteraktiv mühazirə formaları, multimediya proyektoru və kompyuterdən istifadə, videofilmləerin nümaiş olunması mühazirələrin effektiv olmasını təmin edib. |
3.2.1.2. Uşaqlıq dövrü xəstəliklərinin profilaktikasının gücləndirilməsi və bu istiqamətdə əhali arasında maarifləndirmə işinin gücləndirilməsi | 2011 - 2015 |
- VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi
VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi vasitəsi ilə tibb işçisinin potensialının artırılmasına nail olmaq üçün tibb kolleclərində pediatriya dərslərini tədris edən 43 müəllim üçün aperl-iyun aylarında təlimçilər üçün təlim keçirildi. |
3.2.1.2.3. Regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatı konsepsiyasının həyata keçirilməsi üzrə tədbirlərin davam etdirilməsi | 2011 - 2015 | |
3.2.1.3.2. Xronik böyrək çatışmazlığı xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi | 2011 - 2015 | |
3.2.1.3.3. Talassemiya irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi | 2011 - 2015 | |
3.2.1.3.4. Hemofiliya xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi | 2011 - 2015 |
- 17 aprel Dünya Hemofiliya Gününə həsr olunmuş mətbuat konfransı
16.04.2014-cü il tarixində 17 aprel Dünya Hemofiliya Gününə həsr olunmuş mətbuat konfransında çıxış edildi. - Hemofiliyanın diaqnostika və müalicəsi üzrə klinik protokol
"Hemofiliyanın diaqnostika və müalicəsi" üzrə klinik protokol hematoloqlar və müxtəlif ixtisaslı həkimlər üçün nəzərdə tutulmuşdur. Pasient qrupu: hemofiliyalı uşaqlar, yeniyetmələr, böyüklər. Protokol sübutlu təbabətə əsaslananmüasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə hemofiliyanın:
|
3.2.1.3.5. Ana və uşaqların sağlamlığının qorunması istiqamətində doğuş təhlükəsizliyinin və yenidoğulmuşlara əsas qayğının artırılması | 2011 - 2015 |
- "Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol"un yenilənməsi
- "Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol"un yenilənməsi
|
3.2.1.3.7. Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin həyata keçirilməsi | 2011 - 2015 |
- 2014-cü il iyunun 14-də Azərbaycan Gənc Qan Donorlarının I Forumu keçirildi
Azərbaycanda könüllü təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2014-cü il iyunun 14-də Azərbaycan Gənc Qan Donorlarının I Forumu keçirildi. İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun (ETHTİ) Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Az.QAC), Qan Donorları Assosiasiyası İctimai Birliyi (QDA İB), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Gənclər üçün Təhsil Mərkəzinin (GTM) təşkilatçılığı, Hilton Oteli və “Synergy Group” ASC-nin dəstəyilə keçirilən Forumda Azərbaycanda qan donorluğunun inkişafında fəaliyyət göstərən dövlət və QHT nümayəndələri, o cümlədən GTM-in mütəmadi qan donorları iştirak etdilər. - “Qan donorluğu” mövzusunda rəsm müsabiqəsi üzrə qaliblər mükafatlandırılması və rəsmlərin sərgisi
20.12.2014 -cü il tarixində “Metropark” AVM-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun dəstəyilə “Qan donorluğu” mövzusunda rəsm müsabiqəsinin qaliblərin mükafatlandırılması və rəsmlərin sərgisi tədbiri keçirildi.
- Forumların və tədbirlərin keçirilməsi barədə
- Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirin keçirilməsi barədə
|
3.2.1.3.8. Şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə davamlı təminatı | 2011 - 2015 | |
3.2.1.3.9. HİV/AİDS xəstəliklərinin profilaktikası və müalicəsi işinin təkmilləşdirilməsi | 2011 - 2015 |
- Bakı şəhərində təhsil ocaqlarında muhazirələrin təşkili
07.02.2014-ci il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı Neft-Energetika Kolleci nəzdində 5 saylı Füzuli köçkün məktəbində "Azərbaycanda İİV/QİÇS-in epidemiyası və profilaktikası" mövzusunda təlim təşkil olunmuşdur. 16.05.2014-cü il tarixində Yasamal rayonu 167 saylı, 19.05.2014-cü il tarixində Yasamal rayonu 158 saylı, 20.05.2014-cü il tarixində Yasamal rayonu 53 saylı, 21.05.2014-cü il tarixində Yasamal rayonu 18 saylı, 28.10.2014-cü il tarixində Nəsimi rayonu 9 saylı, 35 saylı, 29.10.2014-cü il tarixində Nəsimi rayonu 14 və 15 saylı, 30.10.2014-cü il tarixində Nəsimi rayonu 46 saylı, 19 saylı, 31.10.2014-cü il tarixində Nəsimi rayonu 28 saylı və 5 saylı tam orta məktəblərdə narkomaniyanın profilaktikası ilə bağlı respublikanın orta təhsil müəssisələrində tələbə/şagird heyəti üçün "Azərbaycanda İİV/QİÇS-in epidemiyası və profilaktikası" mövzusunda İSİM-in həkim-mütəxəssislərin görüşü və mühazirələrin təşkil olunmuşdur. |
3.2.1.4.1. 0-1 yaşadək uşaqlara qulluq və qidalanma qaydaları vərdişlərinin analara öyrədilməsi | 2011 - 2015 | |
3.2.1.5. Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi | 2011 - 2015 | |
3.2.2.2. Səhiyyədə idarəetmə üzrə beynəlxalq standartlara uyğun olan tədris kursunun təşkili və tətbiqi | 2011 - 2015 | |
3.2.3.1. Əhali və yüksək yayılma riskinə malik qruplar arasında HİV/AİDS və cinsi yolla yoluxan xəstəliklərin profilaktikasının gücləndirilməsi | 2011 - 2015 | |
3.2.3.2. Əhalinin, xüsusilə gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində maarifləndirilməsi | 2011 - 2015 | |
3.2.3.4. Qeyri-infeksion xəstəliklərin risk faktorları olan tütünçəkmə, piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam qidalanma tərzi, fiziki aktivliyin olmaması ilə mübarizə və bu sahədə maarifləndirmə işlərinin aparılması | 2011 - 2015 |
- Dünya Diabet Gününə həsr olunmuş maarifləndirici aksiyanın keçirilməsi
14.11.2014-cü il tarixində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə təşkilatçılığı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilən “Sağlam qidalanma səhər yeməyindən başlayır!” şüarı altında tədbir keçirildi. Təşkil olunmuş tədbirdə millət vəkilləri, ölkənin aparıcı endokrinoloqları, hökumət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. - Təhsil ocaqlarında “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar
2014-cü il fevralın 19-dan etibarən İSİM-in əməkdaşları Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi, Suraxanı rayonunun 208, 87 və 226 saylı, 27.10.2014-cü il tarixində Bakı şəhəri A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasında və Nəsimi rayon 16 saylı Texniki humanitar liseyində, 28.10.2014-cü il tarixində Nəsimi rayon N.Axundov adına 1 saylı orta məktəbdə və Səbail rayon E.Məmmədov adına 189 saylı orta məktəbdə, 29.10.2014-cü il tarixində Səbail rayon H.Mahmudbəyov adına 2 saylı liseydə və Nəsimi rayon 44 saylı orta məktəbdə, 30.10.2014-cü il tarixində Səbail rayon 49 saylı intellekt məktəb-liseyində və Səbail rayon 91 saylı orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar etmişdir. Təqdimatların sonunda əhalinin maarifləndirilməsi istiqamətində İSİM-in həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açıldı, passiv tütünçəkmənin nəticələrini özündə əks etdirən videoçarx nümayiş etdirildi, bukletlər, qələm və məlumatlandırıcı nişan paylanılmışdır. - Hərbi xidmətdə olan əsgərlər üçün tütünçəkmənin və digər sosial neqativ halların profilaktikasına dair görüşlər
2014-cü il noyabrın 25-dən 28-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Dövlət Proqramının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq hərbi xidmətdə olan gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikası, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi məqsədilə hərbi hissələrdə 20 görüş keçirildi. |
3.2.4.1.1. Peyvənd təqviminin təkmilləşdirilməsi və yeni vaksinlərin təqvimə daxil edilməsi | 2011 - 2015 |
- “Pnevmokokk peyvəndinin Azərbaycanda tətbiqi ilə bağlı sosial mobilizasiya tədbirləri” layihəsi (İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) UNİCEF-in dəstəyi ilə)
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) UNİCEF-in dəstəyi ilə “Pnevmokokk peyvəndinin Azərbaycanda tətbiqi ilə bağlı sosial mobilizasiya tədbirləri” layihəsi çərçivəsində :
|
3.2.4.2.1. Səhiyyə sahəsində fövqəladə halların idarə edilməsinin gücləndirilməsi məqsədilə müvafiq qurumların işinin təkmilləşdirilməsi | 2014 - 2014 |
- “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) layihəsi BMT-nin Əhali Fondunun UNFPA dəstəyi ilə İSİM tərəfindən həyata keçirildi
2014-cü il oktyabrın 21-dən etibarən BMT-nin Əhali Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində hər biri 3 gün olmaqla, 3 təlim keçirildi. İlk təlimdə Sabirabad, Saatlı, İmişli, Füzuli, Ağcabədi, Beyləqan rayonlarından olan baş həkimlər, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, növbəti təlimlərdə isə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak etdilər. Təlimin keçirilməsində məqsəd fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirmək idi. |
3.2.4.2.2. Fövqəladə hallar zamanı tibbi kadrların psixoloji yardım işinin təkmilləşdirilməsi | 2011 - 2015 |
- “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) layihəsi BMT-nin Əhali Fondunun UNFPA dəstəyi ilə İSİM tərəfindən həyata keçirildi
2014-cü il oktyabrın 21-dən etibarən BMT-nin Əhali Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması” layihəsi çərçivəsində hər biri 3 gün olmaqla, 3 təlim keçirildi. İlk təlimdə Sabirabad, Saatlı, İmişli, Füzuli, Ağcabədi, Beyləqan rayonlarından olan baş həkimlər, baş həkim müavinləri, mülki müdafiə üzrə qərargah rəisləri və xəstəxanaların ginekologiya şöbələrinin müdirləri, növbəti təlimlərdə isə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin tibb idarələrinin nümayəndələri iştirak etdilər. Təlimin keçirilməsində məqsəd fövqəladə hallarda insanların xilas edilməsində xidmət göstərənlərin bilik və təcrübələrini təkmilləşdirmək idi. |
3.6.1.1. Gənclər arasında narkomanlığın və digər neqativ halların profilaktikası məqsədilə maarifləndirmənin genişləndirilməsi | 2011 - 2015 |
- Gənclər arasında zərərli vərdişlərin-narkomaniyanın profilaktikası ilə bağlı respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird heyəti ilə müvafiq həkim-mütəxəssislərin görüşü və mühazirələrin təşkili
07.02.2014-cü il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Bakı Neft-Energetika Kolleci nəzdində 5 saylı Füzuli köçkün məktəbində "Siqaretə və narkomaniyaya "Yox" deyək!" mövzusunda maarifləndirmə tədbiri təşkil edib və keçirtdi. 28.05.2014-cü il tarixində Qubada ADDIM təşkilatı ilə birgə ali məktəblərin tələbələri arasında "Narkomaniya - bu həyət deil, ölümdür!" mövzusunda maarifləndiemə görüşü təşkil olundu. Görüş zamanı gənclərə maarifləndirmə bukletləri paylanıldı. 28.06-2014-cü il tarixində Zirə Qəsəbəsində Zirə Mədəniyyət Mərkəzində İSİM və Bakı və Mədəniyyət Turizm idarəsinin təşkilatçilığı ilə "Gəncliyimizi qoruyaq" 17-21 iyun Narkomaniyaya qarşı mübarizə həftəsi təşkil olundu. Həftə çərçivəsində "Narkomaniya - bu həyət deil, ölümdür!" maarifləndirmə aksiyası keçirildi,tədbirdə İSİM tərəfindən tərtib olunmuş maarifləndirmə materialları bütün iştiralçilara paylanılmış. 16.05.2014-cü il tarixində Yasamal rayonu 167 saylı, 19.05.2014 - cü il tarixində Yasamal rayonu 158 saylı, 20.05.2014- cü il tarixində Yasamal rayonu 53 saylı, 21.05.2014- cü il tarixində Yasamal rayonu 18 saylı, 28.10.2014-cü il tarixində Nəsimi rayonu 9 saylı, 35 saylı tam orta məktəbdə, 29.10.2014-cü il tarixində Nəsimi rayonu 14 və 15 saylı, 30.10.2014-cü il tarixində Nəsimi rayonu 46 saylı,19 saylı, 31.10.2014-cü il tarixində Nəsimi rayonu 28 saylı və 5 saylı tam orta məktəblərdə narkomaniyanın profilaktikası ilə bağlı respublikanın orta təhsil müəssisələrində tələbə/şagird heyəti ilə müvafiq həkim-mütəxəssislərin görüşü və mühazirələri təşkil edildi. |
5.2.3. Uşaqlar arasında boyatmanın ləngiməsi və zəiflik, anemiya səviyyəsi, A vitamini və yod çatışmazlığı haqqında müntəzəm və etibarlı məlumatların toplanması və müvafiq dövlət qurumları ilə birlikdə təhlil edilməsi | 2011 - 2015 | |
5.2.4.1. Ən azı beş ildən bir DSS-in keçirilməsi | 2011 - 2015 |