Tədbir | İcra müddəti | Məlumat |
---|---|---|
6.2.4.(1). Hərbi xidmətdə olan gənclər arasında mənəvi-psixoloji durumun yüksəldilməsinə yönəldilmiş tibbi və psixoloji məsləhət-məlumatlandırma tədbirlərinin keçirilməsi üçün metodik vəsaitlərin, bukletlərin hazırlanması və paylanması | 2012 - 2013 |
- Hərbi hissələrdə maarifləndirmə mühazirələri
2014-cü il noyabrın 25-dən 28-dək dörd gün ərzində aidiyyəti mövzularda mühazirələr oxunaraq təbliğat xarakterli səkkiz görüş keçirildi və hərbi xidmətdə olan gənclərə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici materiallar (bloknot, qələm, mövzulara dair “Sağlam, narkotiksiz həyat seç” və “Sağlam əsgər – güclü ordu! Güclü ordu, Vətəni qoru” adlı buklet və qovluq) paylanıldı. |
6.2.4.(2). Hərbi xidmətdə olan gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikasına, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi məqsədilə hərbi hissələrdə mütəxəssislər tərəfindən təbliğat xarakterli görüşlər keçirilməsi | 2014 - 2014 |
- Hərbi hissələrdə hərbi xidmətdə olan gənclər arasında narkomaniyanın, alkoqolizmin, tütünçəkmənin və digər sosial neqativ halların profilaktikasına, eləcə də öz sağlamlığına qarşı məsuliyyət hissinin gücləndirilməsi məqsədilə təbliğat xarakterli görüşləri
2014-cü il noyabrın 25-dən 28-dək dörd gün ərzində aidiyyəti mövzularda mühazirələr oxunaraq təbliğat xarakterli səkkiz görüş keçirildi və hərbi xidmətdə olan gənclərə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici materiallar (bloknot, qələm, mövzulara dair “Sağlam, narkotiksiz həyat seç” və “Sağlam əsgər – güclü ordu! Güclü ordu, Vətəni qoru” adlı buklet və qovluq) paylanıldı. |
6.6.1.(1). Gənclər arasında zərərli vərdişlərin profilaktikasını, xüsusən tütünsüz həyat tərzinin təbliğini əhatə edən çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması və onların KİV ilə yayılmasının təşkil edilməsi | 2012 - 2015 |
- Gənclər, xüsusi ilə də tələbələr üçün sağlam həyat tərzinin təbliği məqsədilə çap materiallarının hazırlanması.
İSİM tərəfindən 2014-cü ilin sonunadək gənclər, xüsusi ilə də tələbələr üçün sağlam həyat tərzinin təbliği məqsədilə əvvəllər İSİM tərəfindən hazırlanmış “Siqaretin zərərləri”, “Fəal ol, sağlam ol, həyat boyu qalib ol!”, “Vərəm və ondan qorunma yolları – bunları bilmək vacibdir”, “Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt” və “İİV və hepatit B, C – bunları bilmək vacibdir” bukletlər nəzərdən keçirilmiş, məlumatlar yeniləşdirilmiş və yenidən çap olunmuşdur. Həmin materialların KİV ilə yayılması nəzərdə tutulur. - “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin 26.01.2012-ci il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası məqsədi ilə maarifləndirici tədbirlərin təşkili haqqında”
|
6.6.1.(2). Gənclər arasında zərərli vərdişlərin profilaktikası ilə bağlı Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird heyəti ilə müvafiq həkim-mütəxəssislərin görüşü və mühazirələrin təşkili | 2014 - 2015 |
- Gənclər arasında İİV infeksiyası ilə mübarizəyə dair mühazirə və aksiyaların keçirilməsi
- 2015-ci ilin sonunadək gənclər arasında zərərli vərdişlərin profilaktikası ilə bağlı 15 məktəbdə maarifləndirmə mühazirələrinin aparılması planlaşdırılır
- Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələr keçirilməsi barədə
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi. - Gəncə şəhərində "Sağlamlıq həftəsi" kampaniyası
2016-cı ilin 17-20 may tarixlərində Gəncə şəhərində keçirilən "Sağlamlıq həftəsi" çərçivəsində İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə, meneceri Elnarə Nuriyeva, Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Rəhimov və Təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova Gəncə şəhərinə ezam olundular. İSİM-in mütəxəssisləri bu günlər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Gəncə tibb Kollecində zərərli vərdişlərin profilaktikası, sağlam həyat tərzinin təbliği, piylənmə, tütün çəkmə, narkomaniya, fiziki aktivlik, məişət zorakılığı və digər aktual problemlər ətrafında gənclər arasında görüşlər təşkil edilərək mühazirələr oxudular. Gənclər üçün təhsil mərkəzlərində, Gənclər Evində əhali arasında məişət zorakılığın mənfi tibbi-psixoloji nəticələrini izah edən, məişət zorakılığın qarşısı alınmasına yönəlmış qabaqlayıcı maarifləndirici təqdimatlar etdilər. Bundan başqa İSİM-in əməkdaşları Gəncə şəhər 2 nömrəli şəhər poliklinikasında, 1,2,3 saylı Gəncə şəhər Uşaq poliklinikalarında məişət zorakılığına məruz qalmış şəxslər üçün tibb müəssisələrinin həkim-mütəxəssislərinə xüsusiləşdirilmiş təlimat üzrə təlimlər keçirdilər. "Sağlamlıq həftəsi"-nin son günü Gəncə Qan Bankında əhali, xüsusilə də, gənclərin iştirakı ilə qan vermə aksiyası baş tutdu. Hər bir tədbirin yekununda maarifləndirmə materialları paylanıldı, mövzular ətrafında video-çarxlar izlənildi. |
6.6.1.(3). Gənclər üçün infeksion (HİV-infeksion, hepatit B və C) xəstəliklərlə mübarizəyə dair çap materiallarının (bukletlər, plakatlar, kitabçalar və s.) hazırlanması və yayılması | 2014 - 2015 |
- Gənclər arasında İİV infeksiyası ilə mübarizəyə dair mühazirə və aksiyaların keçirilməsi
İSİM tərəfindən Gənclər üçün İİV infeksiyası ilə mübarizəyə dair aidiyyəti bukletlər və bannerlər hazırlanmış və ”1 dekabr” adlı buklet - 5000 ədəd, ”Özünü QİÇS-dən qoru!” adlı buklet - 7000 ədəd, ”Məndə İİV varmı” adlı buklet - 7000 ədəd. Banner 200*85 - 2 ədəd.
|
6.6.1.(4). Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına dair radio və televiziya kanallarında mütəxəssislərin çıxışlarının təşkilinin tıkmilləşdirilməsi məqsədilə tədbirlərin keçirilməsi | 2014 - 2015 |
- “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan “Sağlamlığını qoru” mədəni-kütləvi aksiyası
12.04.2014-cü il tarixində Bakının Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına Parkda “Fiziki aktiv ol, idmana başla! Həyatına rəng qat və sağlam yaşa!” şüarı altında Gənclər və İdman Nazirliyi, İSİM, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatları tərəfindən keçirilən və “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan “Sağlamlığını qoru” mədəni-kütləvi aksiyası keçirildi. KİV-də geniş əhali üçün mütəxəssislərin çıxışları və tədbir göstərildi. - İSİM-in mütəxəsisləri tərəfindən 15 məktəbdə "Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda təlimlər təşkil olundu
04.03.2014-cü il tarixində Nizami rayon 145 və 61 saylı məktəblərdə, 10.03.2014-cü il tarixində Nizami rayon 70 saylı, 07.05.2014-cü il tarixində Nizami rayon 242 saylı, 13.03.2014-cü il tarixində Nizami rayon 109 saylı, 18.03.2014-cü il tarixində Nizami rayon 210 saylı və Sabunçu rayon 209 saylı, 16.10.2014-cü il tarixində Nərimanov rayon 45 və 212 saylı, 17.10.2014-cü il tarixində Nizami rayon 12 və 62 saylı, 22.10.2014-cü il tarixində Nəsimi rayon 35 və 151 saylı və 23.10.2014-cü il tarixində Nərimanov rayon 82 və 177 saylı orta məktəblərdə "Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda İSİM-in mütəxəsisləri tərəfindən təlimlər təşkil olunmuşdur. Keçirilən təlimlərdə maarifləndirmə bukletləri də paylanıldı. - Piylənmə, qeyri-sağlam qidalanma və fiziki passivlik, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına dair 2015-ci ilin sonunadək 15 məktəbdə maarifləndirmə mühazirələrinin aparılması
- 6 aprel – Ümumdünya Fiziki aktivlik Günü”nə həsr olunan “Fiziki aktiv olarsan, Sağlamlığa təməl qoyarsan!” adlı mədəni-kütləvi aksiyanın keçirilməsi
2013-2014-cü illərdə “6 aprel – Ümumdünya Fiziki aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilmiş gənclərin sağlamlıq festivalları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda gənclər, xüsusilə yeniyetmələr arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib. - Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələr keçirilməsi barədə
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi. |
6.6.2.(1). KİV-də, radio və televiziya kanallarında “İdman və sağlamlıq” mövzusunda mütəxəssislərin çıxışlarının təşkili | 2014 - 2015 |
- Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsi ilə geniş təbliğ edilməsi üçün KİV-də, radio və televiziya kanallarında mütəxəssisərin çıxışlarının təşkili
2014-cü ilin noyabr ayından etibarən İSİM tərəfindən Azərbaycan Televiziyasının “Səhər” musiqi-informasiya proqramı ilə əməkdaşlığa başlanıldı. Proqram çərçivəsində “Şəkərli diabetin profilaktikası” mövzusunda və “Sağlam həyat tərzi səhər yeməyindən başlayır” adlı diabet gününə həsr edilmiş tədbir haqda , “Uşaq qidalanması və dispanserizasiya”, “Tütünçəkmənin zərərləri” , “Arterial təzyiq, maqnit dalğalarının insan orqanizminə təsiri” , “İdmançıların qida rasionu” mövzularında İSİM-in əməkdaşları və 5 saylı şəhər klinik xəstəxanasının həkimi çıxış ediblər. |
6.6.3.(1). Reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair gənclərin məlumatlandırılması məqsədilə metodik vəsaitin, buklet, plakat və kitabçaların hazırlanaraq paylanması | 2014 - 2015 |
- Reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsinə dair təhsil müəssisələrində mühazirələrin təşkili barədə
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində 2014-cü il dekabrın 27-28-də Bakı və Sumqayıt şəhərlərində biologiya müəllimləri üçün iki günlük təlim kursları keçirilmişdir. Təlimlər Bakıda Akademik Zərifə Əliyeva adına liseydə və Sumqayıt şəhəri 31 nömrəli tam orta məktəbdə təşkil edilmiş və reproduktiv sağlamlıq, uşaq və yeniyetmələrin sanitar-gigiyenik maarifləndirmə, ailə planlaşdırılması, sağlam ailənin əsasları, habelə valideynlik bacarıqları, həmyaşıdlarla sağlam ünsiyyətin qurulması, məişət zorakılığı və s. mövzuları əhatə etmişdir. - Reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsinə dair təhsil müəssisələrində mühazirələrin təşkili barədə
|
6.6.3.(2). Təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün sağlam həyat tərzi və reproduktiv sağlamlığa dair mühazirələrin təşkili | 2014 - 2015 |
- Təhsil müəssisələrində reproduktiv sağlamlıq və ailə planlaşdırılmasının tədrisi Layihəsi
1. 2014-cü ilin oktyabr ayında İSİM, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatı tərəfindən tam orta məktəblərdə reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair təlim-tədris prosesinin təşkili ilə bağlı ekspertlər qrupu yaradılmışdır. 2. İSİM-də yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün təlim keçirildi. 2014-cü il noyabr ayının 29-dan dekabrın 1-dək və daha sonra dekabrın 8-10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Yeniyetmələrin reproduktiv sağlamlığının tədrisinə dair təlimçilər üçün iki təlim keçirildi. Təhsil Nazirliyi, İSİM və “Ümidli Gələcək” Gənclər Təşkilatının birgə həyata keçirdiyi reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Təhsil Problemləri İnstitutu və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundan 40 təlimatçı iştirak etdil. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, İSİM-in məsul əməkdaşı Nabil Seyidov və “Ümidli Gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumovanın fasilitatorluğu ilə İSİM-in əməkdaşları Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparıldı. Təlimin əsas hissəsində mövzu ilə əlaqədar təqdimatlar oldu. “Yeniyetmələrin sağlamlığının qorunmasının əhəmiyyəti”, “Cinsi yolla yoluxan xəstəliklər və bu xəstəliklərin profilaktikası” kimi mövzular üzrə reproduktiv sağlamlıq, sağlam həyat tərzi, fiziki inkişaf və aktivlik, qidalanma ilə bağlı məlumatlar verdi. Həmçinin uşaqlarda reproduktiv anatomiya, uşağın inkişaf mərhələləri, yetişkənlik dövründə fiziki və fizioloji əlamətlər, ailə planlaşdırılması ilə bağlı məqamlardan bəhs edildi. “Yeniyetmələrin orqanizmində, psixo-emosional sahəsində və davranışında olan dəyişiklər və onların hormonlar və beyin inkişafı ilə olan bağlılığı”, “Özünə qulluq (şəxsi gigiyena)”, “Zorakılıq və onun profilaktikası”, “Riskli və zərərli davranış”, “Cinsi münasibətlərin nəticələri”, “Erkən nikahlar və onların nəticələri” mövzularında təqdimatlar da maraqla dinlənildi. Təlimdə eyni zamanda statistik rəqəmlərin dili ilə reproduktiv sağlamlıqla bağlı vəziyyət, demoqrafiya və reproduktiv sağlamlıq, dövlət proqramlarında reproduktiv sağlamlığın yeri, Milli Qanunvericilik və reproduktiv sağlamlıqdan söhbət açıldı. Təlim çərçivəsində biliklərin təcrübədə tətbiqi məqsədilə testlər həll olundu, ünsiyyət qurma bacarıqları ilə bağlı biliklərə yiyələnən iştirakçılar tərəfindən təqdimatlar nümayiş etdirildi. 3. 2014-cü ilin dekabr ayının 26-27 tarixlərində Bakı və Sumqayıt şəhərlərində ümumilikdə 42 nəfər biologiya müəllimi üçün reproduktiv sağlamlıq və ailə planlaşdırılması mövzularına dair regional təlimçilər üçün təlim kursları keçirilmişdir. Bu təlimlər isə yuxarıda qeyd edilmiş təlimçilər üçün təlimlərdə iştirak etmiş müəllimlər tərəfindən aparılmış, Təhsil nazirliyi, İSİM və Ümidli Gələcək təşkilatının ekspertləri isə müşahidəçi və supervayzer qismində iştirak etmişlər. Təlimlər zamanı “Yeniyetmələrin orqanizmində, psixo-emosional sahəsində və davranışında olan dəyişiklər və onların hormonlar və beyin inkişafı ilə olan bağlılığı”, “Özünə qulluq (şəxsi gigiyena)”, “Zorakılıq və onun profilaktikası”, “Riskli və zərərli davranış”, “Cinsi münasibətlərin nəticələri”, “Erkən nikahlar və onların nəticələri”, "Valideynlik bacarıqları", "Ailədaxili münasibətlər" və s. mövzularında təqdimatlar edilmişdir. - Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələr keçirilməsi barədə
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi. |
6.6.5.(1). Erkən nikahların qarşısının alınması məqsədilə KİV-də, radio və kanallarda mütəxəssislərin çıxışlarının təşkili | 2012 - 2015 | |
6.6.5.(2). Erkən nikahların qarşısının alınması məqsədilə təhsil müəssisələrində gənclər və yeniyetmələr üçün mühazirələrin təşkili | 2012 - 2015 |
- Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planının icrası məqsədi ilə görüş və mühazirələr keçirilməsi barədə
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və “Gəncə-2016 AGP” İctimai Birliyinin tərəfdaşlığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilati dəstəyi ilə “Sağlam 5 gün” adlı layihə həyata keçirildi. “Sağlam 5 gün” adlı layihənin məqsədi ““Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, gənclərin sağlamlığa aid müxtəlif mövzularda maarifləndirilməsinin təşkili idi.
|