Ana və uşaqların sağlamlığını yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı

Tədbir İcra müddəti Məlumat
3.1 Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə kliniki protokolların və metodik sənədlərin hazırlanması 2014 - 2018
- Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə zəruri kliniki protokolların təkmilləşdirilməsi 2014 - 2018
- Sağlamlıq imkanları məhdud uşaqların aşkarlanması üzrə klinik protokol

Sağlamlıq imkanları məhdud uşaqların aşkarlanması üzrə klinik protokol 2013 il tarixdə 2000 nüsxədə çap edilmiş və aidiyyəti tibb müəssisələrinə paylanılmışdır.

- Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə metodik tövsiyələrin hazırlanması 2014 - 2016
- Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait

Əlil və sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması üzrə metodik vəsait İSİM tərəfindən çap edilmiş və müvafiq tibb müəssisələrinə paylanılmışdır.

3.2 Perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardımı xidməti göstərən tibb müəssilərinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsi 2014 - 2018
- Perinatal diaqnostika üzrə klinik protokolların təkmilləşdirilməsi 2014 - 2018
- “Hamiləlik və doğuş zamanı dölün vəziyyətinə nəzarət (USM, KTQ, Dopplerometriya)” üzrə klinik protokolun hazırlanması

İşçi qrup təşkil olunub, mövzu üzrə məlumat toplanılır. 

- Perinatal diaqnostika üzrə klinik protokolların təkmilləşdirilməsi
- Perinatal diaqnostika üzrə klinik protokolların təkmilləşdirilməsi
- Antenatal yardımı xidməti göstərən tibb müəssilərinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsi
- Antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçilərinə təlimlərin keçirilməsinin təşkili 2014 - 2015
4.3. Uşaqların qidalandırılmasına aid yeni təlimatın hazırlanması və tibb işçiləri üçün müvafiq təlimlərin keçirilməsi 2014 - 2015
- Uşaqların qidalandırılmasına aid yeni təlimatın hazırlanması və tibb işçilərinə müvafiq təlimlərin keçirilməsinin təşkili 2014 - 2015
- "5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərlik" adlı sənədin hazırlanması

Müvafiq beynəlxalq ədəbiyyatla və ölkədə mövcud olan qanunvericiliklə tanışlıq olub. Sənədlər toplanılıb. İşçi qrup təşkil olunub. Rəhbərliyin strukturu müəyyən edilib. Rus dilində qaralama variantı işlənir. 

- İSİM-də ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın Azərbaycanda tətbiqinə dair seminar

Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyasının, ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin,  BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin, BMT-nin Uşaq Fondunun (UNİCEF), ölkənin bütün perinatal mərkəzlərinin və bir neçə tibb müəssisəsinin nümayəndələrinin iştirakı ilə ana ölümlərinin qarşısının alınması və həmçinin azaldılmasında xüsusi əhəmiyyətə malik olan “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasının Azərbaycanda geniş tətbiqi müzakirə olundu. Bu metodologiyanın Azərbaycanda tətbiqi üçün texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi olaraq ÜST-nin Avropa Regional Bürosunun Seksual və Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane və ekspert cənab Steilian Xodorogea dəvət olunmuşdular.

ÜST-nin Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nın Avropa Regionunda tətbiqi və Avropa Regionunda ana sağlamlığı və  2017-2021-ci illər üçün seksual və reproduktiv sağlamlığın yaxşılaşdırılması üzrə Avropa Planı haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Seminarın yekununda İSİM-in direktoru adı çəkilən metodologiyanın tətbiqinin ölkəmiz üçün ana və uşaq ölümünün səviyyəsinin azaldılmasında böyük əhəmiyyət kəsb etdiyini deyərək, ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması, komanda işinin peşəkarlığının da olduqca önəmli olduğunu vurğuladı. “Bu baxımdan sözügedən seminar yerli mütəxəssislərimizin “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasını öz fəaliyyətlərində tətbiq etmələri üçün bir başlanğıc platformasıdır və seminar nəticəsində iştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqlara yiyələndilər”, – deyə direktor nitqini yekunlaşdırdı.

- Zəruri hallarda ana südünü əvəz edən qidalanma barədə metodik tövsiyyələrin hazırlanması və tədbiqi 2014 - 2015
- "Ana südünü əvəz edən süni qarışıqların istifadəsi üzrə metodik tövsiyələr"in hazırlanması
5.3. Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar klinik protokolların və müvafiq təlimatların işlənib hazırlanması 2014 - 2015
- Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar klinik protokolların və müvafiq təlimatların təkmilləşdirilməsi 2014 - 2015
- "22-28 həftəlik daxil olmaqla, vaxtından əvvəl doğuşların idarə olunması üzrə klinik prokol"un və "Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında təlimat"ın hazırlanması
  1. "22-28 həftəlik daxil olmaqla, vaxtından əvvəl doğuşların idarə olunması üzrə klinik prokol" Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yeniləşə bilər ) və müvafiq tibb müəssisələrinə paylanmışdır.
  2. "Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında təlimat" Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03fevral 2014-ci il tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər ) 06/01/2012 - 02/03/2014 və müvafiq tibb müəssisələrinə paylanmışdır.
5.5. Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədər ictimai maarifləndirmə işinin həyata keçirilməsi 2014 - 2016
- Diridoğulmanın beynəlxalq meyyarlarına keçid

Çox az kütləli yenidoğulmuşların reanimasiyası, intensiv terapiyası və qulluğu üzrə klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 oktyabr 2013-cü il tarixli 30 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər)

22-28 həftəlik daxil olmaqla, vaxtından əvvəl doğuşların idarə olunması üzrə klinik prokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər)

Doğum evlərində (şöbələrində) doğuşayardım işin təşkili haqqında təlimat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər)

500,0–999,0 qram çəkisi olan ölüdoğulmuş və yenidoğulmuşların meyitlərinin patoloji-anatomik təşrihi üzrə metodik təlimat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 11 mart 2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər)

Qadın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında təlimat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 03 fevral 2014-cü il tarixli 02 saylı qərarı ilə təsdiq edilmişdir (2018-ci ildə yenilənə bilər) 06/01/2012 - 02/03/2014

- Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədər ictimai maarifləndirmə işinin həyata keçirilməsi

Doğuşdan sonra qadınlara yardımın edilməsinin zəruriyilini əks etdirən plakat çap olunub  1000 ədəd

"Reproduktiv sağlamlıq haqqında nələri bilməliyik" adlı buklet İSİM tərəfindən hazırlanmış və çap edilmişdir.

- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında imzalanmış İllik Fəaliyyət Planına uyğun olaraq yeni diridoğulma meyarlarının tətbiqi ilə əlaqədar doğuşayardım tibb müəssisələrində monitorinqlərin həyata keçirilməs

Fəaliyyət Planı çərçivəsində 2015-ci ilin dekabr ayında 500 nəfəri əhatə etməklə, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, 1 №-li Bakı Tibb Kolleci və 2 №-li Bakı Baza Tibb Kollecində tələbə heyəti ilə İSİM-in həkim və kommunikasiya mütəxəssislərinin görüşləri keçirilib. Növbəti maarifləndirmə tədbirləri 2016-cı ilin yanvar ayında 300 nəfəri əhatə etməklə, Bakı şəhərinin 1, 2, 7, 8, 9 saylı qadın məsləhətxanalarının həkimləri və hamilə qadınlar arasında keçirilib.

Yeni diridoğulma meyarlarına keçidlə bağlı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Qubanın seçilmiş doğuşayardım tibb müəssisələrində monitorinq həyata keçirilib. Monitorinqin keçirilməsində məqsəd 2015-ci il ərzində yeni diridoğulma meyarlarının tətbiqi ilə ilkin nəticələrin təhlili, doğuşayardım tibb müəssisələrinin bu sahədə üzləşdikləri problemlər və çətinliklərin öyrənilməsi, onların yeni diridoğulma meyarlarına hazırlıq səviyyələrinin qiymətləndirilməsi olub. Monitorinq ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş maarifləndirmə tədbirlərinə töhfə verib. 

- İSİM-də ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın Azərbaycanda tətbiqinə dair seminar

Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyasının, ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin,  BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin, BMT-nin Uşaq Fondunun (UNİCEF), ölkənin bütün perinatal mərkəzlərinin və bir neçə tibb müəssisəsinin nümayəndələrinin iştirakı ilə ana ölümlərinin qarşısının alınması və həmçinin azaldılmasında xüsusi əhəmiyyətə malik olan “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasının Azərbaycanda geniş tətbiqi müzakirə olundu. Bu metodologiyanın Azərbaycanda tətbiqi üçün texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi olaraq ÜST-nin Avropa Regional Bürosunun Seksual və Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane və ekspert cənab Steilian Xodorogea dəvət olunmuşdular.

ÜST-nin Reproduktiv sağlamlıq proqramının rəhbəri xanım Qunta Lazdane “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tətbiqi metodikası”nın Avropa Regionunda tətbiqi və Avropa Regionunda ana sağlamlığı və  2017-2021-ci illər üçün seksual və reproduktiv sağlamlığın yaxşılaşdırılması üzrə Avropa Planı haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Seminarın yekununda İSİM-in direktoru adı çəkilən metodologiyanın tətbiqinin ölkəmiz üçün ana və uşaq ölümünün səviyyəsinin azaldılmasında böyük əhəmiyyət kəsb etdiyini deyərək, ölümlə nəticələnmiş və ya uğurla qarşısı alınmış kritik halların təhlili, əməkdaşlar arasında təcrübə mübadiləsinin aparılması, komanda işinin peşəkarlığının da olduqca önəmli olduğunu vurğuladı. “Bu baxımdan sözügedən seminar yerli mütəxəssislərimizin “Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi” metodologiyasını öz fəaliyyətlərində tətbiq etmələri üçün bir başlanğıc platformasıdır və seminar nəticəsində iştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqlara yiyələndilər”, – deyə direktor nitqini yekunlaşdırdı.

- Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədər ictimai maarifləndirmə işinin təşkili 2014 - 2016
6.1 Hamilə qadınların vahid elektron registrinin yaradılması 2014 - 2015
- Hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması

VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində "Azərbaycanda hamilə qadınların qeydiyyatının modernləşdirilməsi ilə səhiyyənin məlumat sisteminin gücləndirilməsi konsepsiyası", "Hamilə qadınların reyestrin yaradılması üzrə texniki tapşırıq" və qadınların reyestrin proqram təminatı hazırlanmışdır. Proqram pilot olaraq təyin edilmiş 9 saylı Qadın Məsləhətxanasında Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tətbiq edilmişdir.

- Hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrinin yaradılması 2014 - 2015
6.2 Reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması 2014 - 2015
- Reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması

İSİM-in Monitorinq və təhlil şöbəsinin işçiləri Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması üzrə işçi qrupun üzvləridirlər. 

- Reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması 2014 - 2015
6.3 Doğuşa yardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi 2014 - 2015
- Monitorinq və təhlil sistemin yaradılması
- Doğuşa yardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinqlərin həyata keçirilməsi 2014 - 2015
- Hamiləliyin ağırlaşması və ya hamiləlikdə həyata təhlükə törədən halların təqibi metodikasının Azərbaycanda tətbiqi
- Qiymətləndirmə mexanizmi vasitəsilə monitorinqlərin nəticələrinin təhlili 2014 - 2015
- Qiymətləndirmə mexanizmi vasitəsilə monitorinqlərin nəticələrinin təhlili
6.4 Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının yaxşılaşdırılması məqsədi ilə dispanserizasiyanın həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi 2014 - 2015
- Uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi üçün Bakı şəhərində sorğunun aparılması barədə

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən uşaqların icbari dispanserizasiyasının keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi, eləcə də uşaqların sağlamlığı və sağlamlığına təsir edən risk amilləri üzrə məlumatların toplanması məqsədilə 2014-cü ilin noyabr-dekarb aylarında Bakı şəhərinin orta ümumtəhsil məktəbinin şagirdləri, valideynlər və həkim-pediatrlar arasında sorğu keçirilmişdir. Sorğuda ümumilikdə 50 orta məktəbin 1000 6-10-cu sinif şagirdi, 400 valideyn və 5 rayon poliklinikalarının 50 həkim-pediatrı iştirak etmişdir. Sorğunun keçirilməsi üçün 3 müxtəlif sorğu vərəqəsi hazırlanmış və sınaqdan keçirilmişdir. Uşaqlar üçün sorğu vərəqəsi uşaqlar son bir il ərzində həkimə müraciətləri, keçdiyi müayinələr, həkim tərəfindən alınan təyinat və tövsiyələr barədə sualları, eyni zamanda uşaqların qidalanması, fiziki fəallığı və idmanlar məşğuliyyəti, sağlamlıq məsələləri üzrə məlumatlılıq səviyyəsi üzrə sualları əhatə edir. 15 yaşdan yuxarı uşaqlardan eyni zamanda zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərdən və narkotiklərdən istifadə) və reproduktiv sağlamlıq üzrə məlumatlar toplanılmışdır. Valideynlər üçün hazırlanan sorğu vərəqəsi valideynlərin dispanserizasiya haqqında məlumatlılığını, uşaqları keçdiyi həkim müayinələri və aldığı həkim tövsiyələri, aldığı peyvəndlər haqqında suallar, uşaqların qidalanması və fiziki fəallığı məsələlərini əhatə edir. Həkim-pediatrlar üçün hazırlanan sorğu vərəqəsinə pediatrların icbari dispanserizasiyanın keçirmə qaydaları üzrə bilik səviyyəsi, onların dispanserizasiyaya cəlb olunub-olunmaması və dispanserizasiya zamanı hansı müayinələrin apardıqları və təyinatların verdikləri barədə suallar daxil edilmişdir. Belə bir sorğunun keçirilməsi rəsmi statistik məlumatlarla yanaşı digər mənbələrdən, yəni uşaqlar, valideynlər və həkimlərdən alınan məlumatlar əsasında uşaqların icbari dispanserizasiyası və sağlamlığı ilə bağlı vəziyyətin öyrənilməsinə imkan yaradır. Sorğu nəticəsində toplanılan məlumatlar təhlil ediləcək və yekun hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.

Eyni zamanda bu mövzuda (uşaqların sağalamlığı və uşaqların icbari dispanserizasiyası) valideynlər və pediatrlarla mütəxəssislərin iştirakı ilə fokus-qrup müzakirələr həyata keçirilmiş və tərəfləri maraqlandıran məsələlər və suallar müzakirə və təhlil edilmişdir.

- İSİM-in Monitorinq və təhlil şöbəsinin işçiləri dispanserizasiyanın və keyfiyyət meyarlarının prinsiplərinin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyində keçirilən müşavirədə iştirak etmişdirlər.
- 22 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Nadir rast gəlinən xəstəliklərin aşkarlanması üçün yenidoğulmuşların skrininqi” mövzusunda dəyirmi masa təşkil olundu.
- Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının yaxşılaşdırılması məqsədilə dispanserizasiyanın həyəta keçirilməsi üzrə monitorinqlərin aparılması 2014 - 2015
-
- Monitorinqlərin nəticələrinə əsaslanaraq dispanserizasiya işinin vəziyyəti barədə hesabatların hazırlanması 2014 - 2015
- Monitorinqlərin nəticələrinə əsaslanaraq dispanserizasiya işinin vəziyyəti barədə hesabatların hazırlanması
6.5. Dövlət Proqramının icrasına dair monitorinqlərin keçirilməsi və icmal hesabatlarının hazırlanması 2014 - 2015
- İSİM-in Monitorinq və təhlil şöbəsinin işçiləri Ana və uşaq sağlamlığının yaxşılaşdırmasına dair Dövlət Proqramının monitorinq prinsiplərinin və layihənin keyfiyyət göstəricilərinin hazırlanması üzərində Səhiyyə Nazirliyinin işçi qrupunun tərkibində işlə
- Dövlət Proqramın icrasına dair monitoriqlərin həyata keçirilməsi 2014 - 2015
- Uşaqların sağlamlığı və icbari dispanserizasiyası ilə bağlı vəziyyətin öyrənilməsi məqsədilə Bakı şəhərində tam orta məktəblərin şagirdləri, valideynlər və pediatrlar arasında Sorğu

İSİM tərəfindən uşaqların sağlamlığı və icbari dispanserizasiyası ilə bağlı vəziyyətin öyrənilməsi məqsədilə 2014-cü ilin oktyabr-dekabr aylarında məktəbli uşaqlar, valideynlər və həkim- pediatrlar arasında sorğu keçirilmişdir. Sorğu Bakı şəhərinin təsadüfi seçmə yolu ilə müəyyən edilmiş 50 tam orta məktəbinin 1000 şagirdini, 400 valideyn və 5 rayon poliklinikalarında çalışan 50 həkim-pediatrı əhatə etmişdir. Toplanılan məlumatlar təhlil edilib və sorğunun nəticələri ilə bağlı yekun hesabat hazırlanmaqdadır.

- Monitorinqlərin nəticələrinin təhlili əsasında icmal hesabatlarının hazırlanması 2014 - 2015
- Monitorinqlərin nəticələrinin təhlili əsasında icmal hesabatlarının hazırlanması
7.1. Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsi 2014 - 2015
- Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsinin təşkili
- Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsi
- “Reproduktiv Sağlamlıq portalı” adlı vərəqənin çap edilməsi
- İSİM-in əməkdaşları "Humanitar sahələrdə Reproduktiv Sağlamlıq üzrə Minimal İlkin Xidmətlər Paketinin (MİXP) əlaqələndirilməsi və həyata keçirilməsi üçün milli potensialın artırılması" layihəsi çərçivəsində növbəti görüşdə

23 may 2016-cı il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında baş tutan bu tədbirdə Şamaxı, İsmayıllı, Qəbələ, Qobustan, Ağsu rayon mərkəzi xəstəxanalarının baş həkimlərinin müavinləri və mama-ginekoloqları, Şamaxı Diaqnostika Mərkəzinin müdir müavini və doğum şöbəsinin baş həkimin müavini, Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin baş inspektoru,  Şamaxı RPŞ-nin İTB-nin rəisi, baş inspektoru və qurumun digər nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müdir müavini, şöbə rəisi və qurumun digər əməkdaşları iştirak etdilər.

 Bu tədbirdə İSİM-i təmsil edən Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti Teymur Hüseynov layihə çərçivəsində keçirilən görüşün məqsədini açıqlayıb,  fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması barədə görüş iştirakçılarına məlumatlar verdilər. Eyni zamanda görüş zamanı fövqəladə vəziyyətə düşmüş insanlara humanitar xidməti göstərən və təşkil edən əməkdaşlar arasında cinsi istismarın və kobud hərəkətlərin istisna edilməsi məqsədi ilə təklif olunan etik qaydalar  da  müzakirə olundu.

- “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir

Tədbirdə İSİM-in həkim-metodisti, ginekoloq Afət Məmmədova tədbir iştirakçılarına “Cinsi yolla yoluxan infeksiyalar və ailə planlaşdırılması” mövzusunda təqdimat etdi. Mütəxəssis reproduktiv sağlamlığın, reproduktiv sistem və onun funksiyaları daxil olmaqla, insanın tam fiziki, əqli və sosial rifah halı olduğunu vurğuladı. A.Məmmədova nitqində cinsi yolla yoluxan infeksiyaların əlamətlərindən, onların ötürülmə yollarından, ailə planlaşdırılması və onun üsullarından bəhs etdi. O, tələbə qızlara müasir kontraseptivlər barədə, arzuolunmaz hamiləlikdən qorunma üsulları və eləcə də abortların qadın sağlamlığına mənfi təsiri haqında geniş məlumat verdi. Sonda tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.

- Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsinin təşkili 2014 - 2015
- Reproduktiv sağlamlığın Tədrisi sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə Təhsil Nazirliyi və "Ümidli Gələcək" təşkilatı ilə əməkdaşlıq Layihəsi

Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə yuxarı sinif şagirdləri və gənclərin davamlı və uzunmüddətli maarifləndirilməsini təmin etmək məqsədilə İSİM tərəfindən Təhsil Nazirliyi və Ümidli Gələcək QHT ilə əməkdaşlıqda Təhsil Problemləri İnstitutu, Azərbaycan Müəllimlər Universiteti, Bakı şəhər Təhsil İdarəsi və Milli Kurikulum Mərkəzinin müəllimləri olan 50 nəfər üçün iki 3 günlük təlimçilər üçün təlim kursu təşkil edilmişdir. Bununla yanaşı Təhsil Nazirliyinə təqdim olunması nəzərdə tutulan yuxarı sinif şagirdlərinə dərs deyəcək müəllimlər üçün reproduktiv sağlamlıqla bağlı metodik vəsait və əyani təqdimatlar da hazırlanmışdır.

Bundan əlavə, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində 150 nəfər müəllim üçün altı təlim, habelə 3000-dən çox yeniyetmə və 2000-dən çox valideyn üçün reproduktiv sağlamlığa dair maarifləndirmə seminarları da keçirilmişdir.  

- Reproduktiv sağlamlığa dair 40 saniyəlik video çarxın hazırlanması

Reproduktiv sağlamlığa dair maarifləndirmə işinin daha geniş əhali arasında aparılması üçün erkən nikah və onun fəsadlarına dair 40 saniyəlik sosial yönümlü video çarx hazırlanmış və onun müxtəlif tədbirlərdə və TV kanalları vasitəsilə yayımlanmasının təşkil edilməsi planlaşdırılır.

- Reproduktiv yaşda qadınlar üçün hamiləlik və ondan sonrakı dövrü əhatə edən mobil əlavələrin (application) yaradılması